Tıxaclar ölkə iqtisadiyyatına necə təsir göstərir?

Tıxaclar ölkə iqtisadiyyatına necə təsir göstərir?Tıxaclar, gündəlik olaraq nəqliyyatdan istifadə edən insanların həyatının bir hissəsinə çevrilmişdir. Üstəlik də tıxaclar təkcə vaxt itkisinə səbəb olmaqla kifayətlənmir. Eyni zamanda iqtisadi baxımdan da ciddi zərərlərə səbəb olur.

Avtomobil xidmətləri və nəqliyyat analizi üzrə mütəxəssis olan "INRIX" adlı amerikalı şirkət və "İqtisadiyyat və Biznes Təhlili Mərkəzi" adlı müəssisənin 2014 – cü ilin oktyabr ayı üçün birlikdə hazırladığı hesabata görə, əhalinin artması, ümumdaxili məhsul istehsalının çoxalması, yanacaq qiymətlərinin aşağı düşməsi və əhalinin avtomobil sahibliyindəki artım səbəbilə ABŞ – da tıxacların birbaşa və ya dolayı yolla səbəb olduğu maddi itki 2030 – cu ilə qədər 186 milyard dollara çatacaq. Qeyd edək ki, 2013 – cü ildə bu göstərici 124 milyard dollar həcmində idi. Yəni, ABŞ – dakı tıxacların səbəb olduğu maliyyə itkisinin 17 il ərzində 50% artacağı proqozlaşdırılır. Təbii ki, bu göstərici araşdırmanın həyata keçirildiyi il mövcud olan şəraitin nəzərdə tutulan illərdə də davam edəcəyi təqdirdə keçərlidir.

Misirin paytaxtı Qahirənin 2010 – cu ildəki tıxac problemi təqribən 50 milyard Misir funtu məbləğində bir maliyyə itkisinə səbəb olmuşdu. Bu rəqəm də Misirin ümumdaxili məhsul istehsalının 4% - nə bərabərdir.

Lakin, bu göstəricilərə baxmayaraq hər hansı bir şəhərdə ümumiyyətlə tıxacın olmaması çox da müsbət hal hesab edilmir. Çünki bir araşdırmaya görə müəyyən səviyyəyə qədər tıxacların olması ilə iqtisadi inkişaf arasında əlaqə vardır. Keçmiş amerikalı siyasətçi John Norquist tıxaclarla bağlı aşağıdakı sözləri söyləmişdir:

"Tıxac problemi bir növ xolesterinə bənzəyir. Heç olmadığı təqdirdə ölə bilərsən. Onun da xolesterin kimi yaxşı və pis növü vardır."

Matthias Sweet adlı bir tədqiqatçının apardığı araşdırmaya görə, tıxac problemi yaşamayan şəhərlər üçün müəyyən dərəcədə tıxacların yaşanması bu şəhərlərin iqtisadiyyatı üçün faydalıdır. Çünki bəzən tıxacları azatlmaq üçün sərf edilən maliyyə vəsaiti, tıxacların səbəb olduğu maliyyə itkilərindən daha yüksəkdir. (banco.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2863   Tarix: 06 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"BİG Group" şirkətinin rəhbəri iqdisadiyyatın pandemiya və post pandemiya dövrünü şərh etdi

Artıq iki ilə yaxındır ki, qlobal miqyasda tuğyan edən Covid-19 pandemiyası və onunla bağlı qaydalar dünya iqtisadiyyatının çətin böhranla üz-üzə qoyub. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına hesablanan online sistem təkcə dünyada deyil, elə Azərbaycanda da iqtisadiyyatın bir ço

6 sentyabr 2021
.

Ticarət mərkəzləri və "mall"ların fəaliyyəti nə zaman bərpa ediləcək? - AÇIQLAMA

Son günlər ərzində koronavirusa yoluxanların sayında azalma müşahidə edilir. Karantinlə bağlı bəzi qadağalar aradan qaldırılsa da ticarət mərkəzləri və "mall"ların fəaliyyəti hələ də bərpa edilməyib. Bəs görəsən bu məsələ ilə bağlı tətbiq edilən qadağalar aradan qaldırıla bilərmi?. Mövzu il

5 may 2021
.

İsraillə Azərbaycan arasında dəyirmi masa keçirildi

İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb, İsrail biznes dairələrinin iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib. İqtisadiyyat Nazirliyindən -a bildirilib ki, işgüzar görüşdə çıxış edən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birg

31 iyul 2021
.

İnvestisiya Holdinqinin idarə edəcəyi qurumlarla bağlı - Sərəncam

Baş nazir Əli Əsədov Prezidentinin "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı"nda dəyişiklik edilməsi haqqında" Fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb

8 may 2021
.

Muzdla çalışanların SAYI artıb - STATİSTİKA

Mayın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 min nəfər və ya 0,1 faiz artaraq 1 milyon 678,4 min nəfər olub. Dövlət Statistika Komitəsindən -a bildirilib ki, onlardan 913,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 764,8 min nəfəri isə qeyri-dövlə

13 iyun 2021
.

Maliyyə Nazirliyi 60 milyon manat da BORC ALDI

18 may 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105016882 ISIN-li, 40 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 18 investor tərəfindən qiymət interval

18 may 2021
.

Mikayıl Cabbarovdan qeyri-neft ixracı ilə bağlı AÇIQLAMA

Azərbaycanda qeyri-neft ixracının təşviqi tədbirləri bu sahədə artımı sürətləndirib. xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov məlumat verib. Nazir bildirib ki, pandemiyanın təsirlərinə baxmayaraq, göstəricilər müsbətdir: "İlkin nəticələrə görə, əvvəlki ilin müvafiq dövrü il

6 may 2021
.

Xakerlərin istədiyi pul ödəndi, ABŞ-ın ən böyük yanacaq kəməri fəaliyyətini BƏRPA ETDİ

ABŞ-ın ən iri daxili yanacaq boru kəməri sistemi Colonial Pipeline həftənin çərşənbə günü fəaliyyətini qismən, dünən isə tam bərpa edə bilib. Lakin iddialara görə, bu, heç də operator şirkətə havayı başa gəlməyib. -a istinadən xəbər verir ki, bir sıra amerikan KİV-lərinə istinadla xəbər verir ki, ad

14 may 2021
.

Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

17 may 2021