Putin bağışlamadı: Ermənistanda "hibrid müharibəsi" başlayır

Putin bağışlamadı: Ermənistanda "hibrid müharibəsi" başlayırErmənistan-Rusiya xəttində atəş səsləri susmur. Paşinyan hakimiyyətinin Moskva qarşısında mərkəzdənqaçma siyasəti Kremlin ciddi qəzəbinə səbəb olur. Lakin bağışlamağı sevməyən ruslar hələ ki, ermənilərlə sərt dildə danışmaqla kifayətlənirlər. Ötən həftə Rusiya xarici işlər naziri Sergey Lavrov Koçaryanın həbsinə münasibət bildirərkən, Ermənistanda baş verənlərin onları narahat etdiyini açıqladı.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova isə qonşu ölkələrin Gürcüstandakı NATO təlimlərində iştirakından təəssüf hissi keçirdiklərini bildirdi. Bu təlimlərdə Ermənistanla yanaşı, Türkiyə və Azərbaycan da iştirak edir. Lakin Ermənistan mediası Zaxarovanın məhz erməniləri nəzərdə tutduğunu yazır.

Sonxeber.az publika.az-a istinadla xəbər verir ki, erməni siyasi şərhçi Aykazn Qaqriyanın fikrincə, Rusiya Ermənistanın Qərblə istənilən əməkdaşlığına qarşıdır və Kreml çətin ki, baş verənləri bağışlayacaq.

"Rusiya və Ermənistan arasında "atışma" getdikcə şiddətlənir. Rusiya indi dilemma qarşısındadır: Ermənistanın yeni hökuməti ilə işləmək, yaxud da qırmızı xətti keçərək, müdaxiləyə əl atmaq. İkinci yol nə qədər təhlükəli olsa da, Moskvanın müdaxiləni seçəcəyi daha çox inandırıcıdır", - deyə erməni şərhçi vurğulayıb.

Digər şərhçi Romella Mnasakanyan isə Qərbin Ermənistanı xilas etməli olduğunu yazıb.

O, Gürcüstan və Ukrayna ssenarisini xatırladıb və Qərbin Rusiyanın müdaxiləsi qarşısında heç nə edə bilmədiyini qeyd edib.

"Rusiya Gürcüstan və Ukraynada istədiyini etdi. Bununla göstərdi ki, o istəyəndə dağıda bilir. Bu baxımdan, Rusiya Ermənistana da müdaxilə edə bilər. Qərb bunu nəzərə alaraq keçmiş səhvlərini təkrarlamamlı və Ermənistanı xilas etməlidir. Çünki Rusiya Ukrayna və Gürcüstanda olduğu kimi Ermənistanda da "hibrid müharibəsi"nə başlayacaq. Halbuki, bu müharibə birbaşa Qərbə qarşıdır", - deyə erməni şərhçi iddia edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4048   Tarix: 06 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Mehriban Əliyevanın rəsmi "Instagram" hesabındakı paylaşımda deyilir:. "Əziz həmvətənlər!. Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, sevinc

20 mart
.

Ardıcıl olaraq iki dəfə eyni vəzifəyə təyin olunan Elçin Babayev kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Babayev yenidən Bakı Dövlət Universitetinin rektoru təyin edilib. Elçin Babayevin dosyesini təqdim edir:. Elçin Babayev 1965-ci il aprelin 4-də Naxçıvan şəhərində doğulub. O, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) astrofizika

27 mart
.

Sarkisyan açıqladı: Ermənilər Qazaxın işğal altındakı kəndlərini tərk edirlər

"Martın 18-də Nikol Paşinyanın Tavuş sakinləri ilə görüşündən sonra Noyemberyanın (Barana -red.) sərhəd zonasının kəndlərində məskunlaşan sakinlər həmin yerləri tərk edirlər". Bu sözləri erməni jurnalist Oskan Sarkisyan deyib. "Voskeparda (Əskipara - red.) məskunlaşan Qarabağdan gəlmi

22 mart
.

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki..." - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki, biz ona öz aramızda "Doktor" ləqəbi qoymuşduq. Onda həkim dəqiqliyi var idi". Bu sözləri Milli Qəhrəman Elbrus Allahverdiyev haqqında İctimati TV-ə danışan döyüş yoldaşları deyib. Döyüş yoldaşları Milli Qərhəmanın şücaətlərindən danışarkə

28 mart
.

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb - FOTO

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC xəbər verir

16 mart
.

Azərbaycanlı deputat Avronest PA-nın komitə sədri seçildi

Azərbaycan Avronest Parlament Assambleyasının (PA) Sosial məsələlər, işsizlik, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinə sədrlik edəcək. "Report"un xəbərinə görə, Belçikanın Brüssel şəhərində keçirilən Avronest Parlament Assambleyasının 11-ci sessiyasında komitələrin məruzələri dinlənilib

20 mart
.

"Dörd kənd Azərbaycana qaytarılmalıdır" - Paşinyan

Qısa müddət ərzində dörd kənd Azərbaycana qaytarılmalıdır. "Qafqazinfo" xəbər verir ki, bu barədə Trend Ermənistanın "Hraparak" qəzetinin materialına istinad edib. Materialda qeyd olunub ki, bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə qapalı iclasda danışıb. "Ötə

26 mart
.

Azərbaycan DİN qırğız vətəndaşlarla bağlı məlumat yaydı

Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il tarixli mətbuat açıqlamasında Qırğız Respublikası ərazisində 5 nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilib. xəbər verir ki, bununla bağlı Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qey

26 mart
.

Prezidentin köməkçisi: Azərbaycan Çini yaxşı dost və tərəfdaş kimi görür

Biz Çinlə strateji əməkdaşlığımızı və tərəfdaşlığımızı genişləndirməyi səbirsizliklə gözləyirik. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin "Global Times" qəzetinə müsahibəsində deyib. O vurğulayı

26 mart