Rəşad Sadıqovun illər öncəki görüntüləri yayıldı - VİDEO

Rəşad Sadıqovun illər öncəki görüntüləri yayıldı - VİDEOMillimizin sabiq futbolçusu, "Qarabağ"ın kapitanı Rəşad Sadıqov iyirmi il əvvəl Fransadakı dünya çempionatında iştirak edib.

Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, o, FIFA-nın baş sponsorlarından olan "Coca-Cola" şirkətinin Azərbaycanda keçirdiyi turnirin ən yaxşı oyunçusu kimi 1998-ci ildəki mundialı izləmək imkanı əldə edib.

Həmin vaxt yeniyetmələrdən ibarət millimizin üzvü olan Rəşad Sadıqov və Əli Baytalov adlı gənc dünya çempionatının F qrupunda keçirilmiş ABŞ – Yuqoslaviya matçında iştirak ediblər.

Onlar "CocaCola"nın layihəsi çərçivəsində sabiq Yuqoslaviyanın bayrağını meydana çıxarıblar.

Qeyd edək ki, videonu AzTV-nin sabiq idman jurnalisti Elnur Əşrəfoğlu yayıb.

İdman   Baxılıb: 3433   Tarix: 07 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR