Bakıda narkobaron həbs edildi - FOTO
Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sonxeber.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan Sabunçu rayonu, Balaxanı qəsəbəsi sakini Emin Əliyev saxlanılıb.
Onun üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman 23,631 qram heroin, metadon həbləri, 12,104 qram psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Saxlanılan şəxs ifadəsində bir müddətdir ki, yaşadığı Balaxanı qəsəbəsində narkotik maddələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal Baxılıb: 2110 Tarix: 07 avqust 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşQardaşının ölümünə görə onun arvadını ittiham etdi, cəzalandırıldı
Bakıda intihar etmiş Rauf Abbasovun bacısı mərhumun həyat yoldaşı ilə bağlı səsləndirdiyi ittihamlara görə məsuliyyətə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində Sevinc Təhməzovanın intihar etmiş həyat yoldaşının bacısı Könül Abbasova barəsində xüsusi ittiham qaydasındak
17 aprelQadın alveri edən şəxs 2500 manat cərimələndi
Nərimanov Rayon Məhkəməsində qadınları fahişəliyə cəlb edən 60 yaşlı Səma Məmmədovaya (ad-soyad şərtidir) hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, məhkəmə S.Məmmədovanı Cinayət Məcəlləsinin 243.1-ci (Fahişəliyə cəlb etmə) maddəsi ilə təqsirli bilib. Bildirilib ki, o, iki həmcinsini pul qarşılığınd
5 martƏhməd Əhmədov barəsində ekspertiza rəyi məlum olub
Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun barəsində keçirilən psixoloji ekspertizanın rəyi məlum olub. APA-nın əldə etdiyi xəbərə görə, həkim-ekspertlər tərəfindən verilən rəyə əsasən, Əhməd Əhmədovun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib
8 aprelNazim Bəydəmirlinin istintaqı yekunlaşıb: Məhkəmə başlayır
Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. APA xəbər verir ki, istintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Fərid Namazovun sədrliy
16 aprelQətldə şübhəli bilinən şəxs tutuldu
Bakıda qətl törətməkdə şübhəli bilinən şəxs tutulub. DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü Əhmədli Səbuhi Arif oğlunun qətlə yetirilməsi ilə bağlı açılmış cinayət işi ilə bağlı 1985-ci il təvəllüdlü Heybətov Əli Həmid oğlu saxlanılıb. O, istintaqa təhvil verilib. Qey
11 mart