Deputatdan HƏYƏCAN TƏBİLİ: "Bu, böyük fəlakətlərə səbəb ola bilər"

Deputatdan HƏYƏCAN TƏBİLİ: "Bu, böyük fəlakətlərə səbəb ola bilər""Əkin sahələrinin biçindən sonra yandırılması həm aqrotexniki, həm də təhlükəsizlik baxımından doğru hesab edilmir".

Bu sözləri publika.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.

Millət vəkili bu üsulun müasir aqronomiya elmi ilə zidd olduğunu bildirib:

"Azərbaycanda keçmişdən qalma streotiplə bağlı olaraq biçilmiş əkin sahələri yandırılır. Fermerlər həmin sahədə yaranan külün əkin sahəsinin məhsuldarlığı üçün faydalı olduğunu düşünür. Yanmış külün torpağın münbit qatı üçün faydalı olması məlumdur. Lakin yanğın zamanı itkilərlə əldə olunacaq faydanı müqayisə etsək, zərərin daha çox olduğunu görürük.

Bu gün aparılan təhlillər göstərir ki, əkin sahələrinin yandırılması torpağın münbit qatının, eləcə də üst qatdakı canlı orqanizmlərin məhv olmasına səbəb olur. Bu məhsuldarlığın azalması ilə nəticələnir. Yəni həm texnologiya, həm də elmi cəhətdən əkin sahəsinin yandırılması yolverilməzdir. Müasir aqronomioya elmi torpağın yandırılması ilə onun münbitliyinin artırılması üsulunu qəbul etmir".

Bu ilin yaz sessiyasında İnzibati Xətalar Məcəlləsinə bununla bağlı edilən dəyişikliyə toxunan millət vəkili sözügedən istiqamətdə maarifləndirmə tədbirlərinə daha çox ehtiyac duyulduğunu bildirib:

"Prezidentin təşəbbüsü ilə İnzibati Xətalar Məcəlləsində bu ilin yaz sessiyasında Milli Məclisdə dəyişiklik edildi. Əkin sahələrini yandıran həm fiziki, həm də hüquqi şəxslərə qarşı cərimələr müəyyən olundu. Hesab edirəm ki, inzibati metodlarla yanaşı bu sahədə maarifləndirici üsullara da ehtiyac yaranıb. Bildiyim qədərilə Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə fəaliyyət göstərir. Lakin cərimələrlə bağlı məsələ yeni müəyyən edildiyindən onun təsiri qısa zamanda özünü göstərmir. Bununla yanaşı fermerlərə torpağın yandırılmasının zərəri, onun müasir üsullarla gübrələnməsinin məhsuldarlığa müsbət təsiri barədə məlumatlandırılmasına ehtiyac var. Üstəlik, bu məsələdə təkcə Kənd Təsərrüfatı Nazirliyi məsuliyyət daşımır. Həm də aqrar sahə ilə məşğul olan digər təşkilatlar, eləcə də cəmiyyət bu işə dəstək olmalıdır".

Millət vəkili əkin sahələrinin yandırılmasının təhlükəsizliklə bağlı yarada biləcəyi problemlərə də toxunub:

"Bu gün Avropa, eləcə də digər ölkələrdə dəhşətli meşə yanğınlarının nə qədər ciddi problemlərə səbəb olduğunu görürük. Əkin sahələrinin yandırılarkən yanğının yaxınlıqdakı meşə ərazisinə keçməsi təhlükəsi var. Çünki onsuz da hava isti keçir, bu zaman əkin sahəsindən meşələrə keçən yanğın böyük fəlakətlərə səbəb ola bilər. Həmçinin sahə yaxınlığında elektrik xətti keçərsə, onlar üçün də təhlükəli vəziyyət yaranır. Avropadakı yanğınlar göstərdi ki, qısa zamanda meşə yanğınları kənd və qəsəbələri əhatə edə bilir. Bir sahənin yandırılmasının təbiət üçün fəlakətə çevrilməsini nəzərə alsaq, qətiyyən bu hallara yol verilməməlidir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3586   Tarix: 07 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini

24 aprel
.

Keçmiş başçının hospitalından şikayət - Pasientlə "Rela Hospital" arasında nə baş verib?

Sumqayıtda fəaliyyət göstərən "Real Hospital"dan maddi ziyan tələb edilir. Qaynarinfo xəbər verir ki, xəstəxanın pasienti olmuş Cəmilə Abbasova bu tələblə məhkəmə iddiası qaldırıb. O, paralel olaraq hospitalın həkimi Səkinə Xudiyevanı da məhkəməyə verib. Lakin birinci instansiya məhkəməsi onu

25 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı

Bakıda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən 1971-ci il təvəllüdlü Telli Adiyevanın məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində T.Adiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdard

24 aprel
.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel
.

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

25 aprel
.

Xalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO

"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"

24 aprel
.

Nəsib Quliyevlə bağlı yeni faktlar - Oğlu ailəsini atıb, qızı isə...

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. xəbər verir ki, -a daxil olan məlumatda iddia edilir ki, həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynad

25 aprel