Putinlə Tramp arasındakı qapalı görüşün İNANILMAZ SİRRİ AÇILDI

Putinlə Tramp arasındakı qapalı görüşün İNANILMAZ SİRRİ AÇILDIHelsinkidə görüş zamanı Rusiya prezidenti Vladimir Putin ABŞ lideri Donalda Trampa nüvə silahının ixtisarı və kosmosda silahın yerləşdirilməsinin qadağası edilməsi haqqında danışıqların keçirilməsi də daxil olmaqla, silahlara nəzarət üzrə bir sıra təkliflər edib.

Bu barədə Sonxeber.az publika.az-a istinadən xəbər verir.

Nəşr bildirir ki, belə təkliflər daha əvvəl "Silahlara nəzarət üzrə Dialoq" adlı sənədin dərc edilmiş hissəsində yer almayıb. Sənədi "Politico"ya təqdim etmiş insanın onu Rusiya məmurlarından aldığı, orada Putinin Helsinkidə Trampa verdiyi təkliflərin yer aldığı bildirilir.

"Politico" iddia edir ki, təkliflər arasında Strateji hücum silahlarının (SNV-3) azaldılması və məhdudlaşdırılması üzrə müqavilənin müddətinin 5 il uzadılması da var. Müqavilə 2011-ci ilin fevralın 5-də qüvvəyə minib. Sənədə əsasən, Rusiya və ABŞ 2018-ci il fevralın 5-i tarixinə, yəni bu günə qədər qitələrarası ballistik raketlərin (QBR), sualtı qayıqlardakı ballistik raketlərın (SBR) və ağır bombardmançı təyyarələrin ümumi sayının 700, döyüş başlıqlarının 1550, səfərbər olunan və olunmayan atıcı qurğuların ümümi sayının 800-dən çox olmayacaq rəqəmə qədər azaltmaq barədə razılığa gəliblər.

Yeri gəlmişkən, SNV-3 ilk dəfə qeyri-səfərbər, yəni döyüş başlığı olmayan, təlim və sınaqlar üçün nəzərdə tutulan daşıyıcılar və atıcı qurğular anlayışını təqdim edib.

2018-ci ildə müqavilənin yenilənməsi gözlənilir, çünki 2021-ci ilədək nəzərdə tutulan müqavilə bitir.

"Politico" qeyd edir ki, sənəddə "Orta və kiçik mənzilli raketlərin ləğvi" müqaviləsinə "sədaqətin təsdiq edilməsi" barədə Moskvanın təklifi yer alıb.

Sənəddə həmçinin kosmos haqqında yeni müqavilənin perspektivi haqqında deyilir. Müqavilə hər iki ölkəyə Yer kürəsinin orbitinə silahı çıxarmağı qadağan edərdi. "Politico" yazır ki, təkliflər həmçinin, özündə Avropada hərbi təlimlər və əməkdaşlıq üzrə ABŞ-ın dövlət katibi və müdafiə nazirinin rusiyalı həmkarları ilə "2+2" formatında dialoqu özündə saxlayır.

Nəşr qeyd edib ki, Tramp administrasiyası bu təklifləri şərh etməkdən imtina edib və bildirib ki, prezident belə sənədləri almayıb.

Qeyd edək ki, Tramp və Putinin birinci tammiqyaslı danışıqları 16 iyulda Helsinkidə keçirilib. Prezidentlər əvvəlcə iki saatdan çox təkbətək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə genişləndirilmiş tərkibdə görüş keçiriblər. Görüşdən sonra keçirilən mətbuat konfransında liderlər danışıqların konstruktiv keçdiyini ifadə ediblər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2626   Tarix: 08 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Onlar sülhməramlı deyil, "erməniməramlı"dır" - Deputatdan SƏRT AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə tərəflər arasınd

6 sentyabr 2021
.

Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb

12 sentyabr 2021
.

"Caliber": Ermənistan dövlətçiliyinin mövcudluğu Türkiyə və Azərbaycandan asılıdır - VİDEO

"Caliber" layihəsinin Türkiyənin Sütçü İman Universitetinin professoru, politoloq Toğrul İsmayılla geniş müsahibəsinin ikinci hissəsi təqdim olunub. Müsahibədə türkiyəli politoloq regional güc balansı, Ermənistan dövlətçiliyinin saxlanılmasında Azərbaycan və Türkiyənin oynadığı rol, 44 günlü

30 avqust 2021
.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021
.

İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild

29 avqust 2021
.

Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün

15 sentyabr 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021
.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021
.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021