Cərimələrlə bağlı güzəştlər artırılsın - TƏKLİF

Cərimələrlə bağlı güzəştlər artırılsın - TƏKLİFVətəndaşlardan, xüsusən, avtomobildən, şəxsi nəqliyyat vasitələrindən istifadə edənlərdən bir sıra xətalara görə tutulan və ya onlara kəsilən cərimələrə görə güzəştlərin edilməsi vacibdir. Bu, əslində, nəticə etibarilə xətaların, yol qəzalarının və insan həyatı üçün digər təhlükəli halların azalmasında, onların minimuma endirilməsində də mühüm əhəmiyyətə və rola malik olar.

Bunu oxu.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

O qeyd edib ki, qanunlardakı, qanunlar toplusu olan məcəllələrdəki cərimələr, maliyyə sanksiyaları, sərtləşdirmələr, əslində, insanların, vətəndaşların maarifləndirilməsi üçün atılan addımlardır:

"Çünki bəzən insanlar, vətəndaşlar qanunlardan xəbərsiz olurlar və xəbərləri olduqları halda, ondan "yan" ötməyi üstün tuturlar. Bir çoxları isə qanunları oxusalar da, qanunlarla tanış olsalar da, onun dərinliyinə, mahiyyətinə tam vara bilmirlər.

Əslində, burada qəribə heç nə yoxdur, el məsəlində deyildiyi kimi, hər oxuyandan Molla Pənah olmaz ki?! Yəni, hamının qanunlardan xəbərdar olması real və inandırıcı görünmür. Amma elə məsələlər və məqamlar var ki, hər kəsin onları bilməsi və əməl etməsi lazımdır. Çünki gec-tez onunla qarşılaşmalı olur.

Deməkdə məqsədim həm də odur ki, qanunlar, məcəllələr qəbul edilərkən, təkcə cəzalandırma deyil, həmçinin, maarifləndirmə də nəzərdə tutulur. İnsanlara, vətəndaşlara dolayı yolla anladılır ki, bunları, filan-filan məsələləri, xətaları etmə, yoxsa sonda qanunun sərt üzü ilə qarşılaşmalı olacaqsan.

Ona görə əksər ölkələrdə olduğu kimi, bizdə də cərimə sanksiyaları ilə bağlı bəzi güzəştlər nəzərdə tutulur. Məsələn, yol hərəkəti qaydalarını pozanlarla bağlı, vaxtında və ya tez ödədikləri təqdirdə, güzəşt nəzərdə tutulur.

Bu, o qədər də yüksək olmur. Bəzi ölkələrdə cərimələrlə bağlı güzəştlər bəzən 30, 40, 50 faiz olur və bu da nəticə etibarilə insanların qanunlara daha sayğılı yanaşmasına, həm də yol hərəkəti qaydalarının daha az pozulmasına gətirib çıxarır, ən əsası, insanların maddi durumuna, ailə büdcəsinə, cibinə yaxşı mənada təsir göstərir.

İnsanlar vaxtında cərimələrini ödəyir və güzəştlər əldə edirlər, eyni zamanda, daha diqqətli və məsuliyyətli olurlar. Odur ki, bizdə də cərimələrlə bağlı güzəştlərin həcminin yüksəldilməsinə ehtiyac var. İnanıram ki, qanunvericiliyin təkmilləşdirilməsi prosesinin gedişatında buna da qayıdılacaq, baxılacaq və müsbət qərar veriləcək.

Çünki Azərbaycanda dövlət başçısının fəaliyyətinin, dövlət siyasətinin baş xəttini insanların, vətəndaşların rifahı, məmnunluğu təşkil edir".

Millət vəkili Kamilə Əliyeva da həmkarı kimi düşünür.

Özünün də şəxsi avtomobildən istifadə etdiyini və çox zaman sükan arxasında özünün oturduğunu deyən millət vəkili yol hərəkəti zamanı qoyulan normalara və qaydalara daim riayət etməyə çalışdığını bildirib:

"Amma həyatdır, heç kim heç nədən, hansısa xətadan sığorta olunmayıb. Millət vəkili də sükan arxasında haçansa bilmədən və istəmədən yol-hərəkət qaydası pozuntusuna, xətaya yol verə bilər. Bu, istisna deyil. Ona görə bu məsələdə gələcəkdə daha böyük güzəştlərin tətbiqi məqsədəuyğun olardı.

Bununla qanunlarımıza hörmət hissi daha yüksək şəkildə aşılanardı. Bu baxımdan, hesab edirəm ki, cərimələrlə bağlı güzəştlərin artırılması lazımlıdır və bunun reallaşacağı utopiya deyil, reallıqdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1228   Tarix: 08 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

"Universitetə qəbul olan tələbəyə illiyi hissə-hissə ödəməyə imkan yaradılmalıdır" - Ekspert

Hər il universitetə ödənişli əsaslarla qəbul olan bəzi abituriyentlər təhsil haqqını ödəməyə bilmədikləri üçün universitetdən yayınırlar. Universitetlər bir çoxu isə I kursda ödənişi bütün şəkil istəyir. Bu halın qarşısı necə alına bilər?. Məsələ ilə bağlı təhsil ekspert Elçin Efəndi -a açıqlama verib

24 aprel
.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel
.

Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi

Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə Cəbrayil Məmmədovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Elşad Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərara əsasən, protes

25 aprel
.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel
.

İrəvan bundan imtina edir: Paşinyandan ermənilərə "soyqırımı" şilləsi

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı"nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı" "böyük faciə" adlandırmasıdır. xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı" ifadəsin

25 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25 aprel
.

Mübariz Qurbanlının ailəsinə ağır itki

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP-ın İdarə Heyətinin üzvü Mübariz Qurbanlıya ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, keçmiş komitə sədrinin bacısı Zərəngiz xanım dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Qeyd edək ki, bir çox tanınmı

25 aprel