Azərbaycanda kənd sakinin həyətində xristian qəbirləri aşkarlandı - FOTO

Azərbaycanda kənd sakinin həyətində xristian qəbirləri aşkarlandı - FOTOAMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Balakən rayonu Tülü kəndi ərazisində kənd sakini Elşad Dabaxovun həyətyanı sahəsində yerləşən ilk orta əsrlərə aid Qafqaz Albaniyasına məxsus xristian abidəsində arxeoloji qazıntı işlərini aparır.

İnstitutun "Qafqaz Albaniyası xristian abidələrinin arxeoloji tədqiqi" ekspedisiyasının rəhbəri, İnstitutun Antik dövr arxeologiya şöbəsinin aparıcı elmi işçisi Natiq Alışovun Sonxeber.az-a verdiyi məlumata görə, 2017-ci ildə aşkarlanan yerli əhəmiyyətli türbənin Qafqaz Albaniyası xristian abidəsinə məxsus zəng qülləsi olduğu müəyyən edilib.

Ekspedisiya rəhbərinin sözlərinə görə, bu il aparılan arxeoloji tədqiqat kilsənin ibadət zalında, tədqiqatı ötən il yarımçıq qalmış hissəsində davam etdirilib. Burada bişmiş kərpiclərlə döşənmiş ibadət zalı tam tədqiq olunub.Altar hissədə alban xaç altlığının yeri müəyyən edilib.

"Zəng qülləsi döşəmə səviyyəsinə qədər qarışıq təbəqədən təmizlənib. Burada yaşayış yerini özündə əks etdirən mühüm tapıntılardan biri — zəng qülləsinin şimal-şərq və cənub-şərq tağlarında ocaq yerləri aşkar olunub. Tədqiqat mövsümündə kilsənin şimal divarında izlənən qapı yerinin dəqiq konturlarının müəyyən edilməsi istiqamətində aparılmış tədqiqatlar nəticəsində müəyyən edilib ki, şimal giriş qapısı dörd sütun üzərində inşa edilib və bişmiş kərpiclərdən döşənib. Tədqiqatlar zamanı aşkar edilmiş döşəmənin üç yerdən şərq–qərb istiqamətində söküldüyü müəyyənləşib.

Arxeoloji tədqiqatlar zamanı döşəmənin sökülmüş hissələrində iki ədəd daş qutu, bir ədəd isə, torpaq qəbir abidəsinin olduğu müəyyən edilib. Daş qutu qəbirlərdə təkrar dəfn izləri aşkar edilib. Bir nömrəli qəbirdə birinci skeletin az miqdarda sümüklərinə rast gəlinib, ikinci sarkofaqda birinci skeletin qalıqlarının ikincinin ayaq hissəsinə toplandığı aydınlaşıb. Üç qəbirdən aşkar olunan 5 skelet antropoloji tədqiqatların aparılması ilə əlaqədar müvafiq laboratoriyaya təqdim edilib".

N.Alışov bildirib ki, ümumilikdə, 300 kv m ərazidə aparılan arxeoloji tədqiqatlar nəticəsində şirsiz keramika nümunələrinə, kirəmitlərə və s. tikinti materiallarına rast gəlinib. İki il davam edən tədqiqatlar nəticəsində abidənin memarlıq quruluşu 70 faiz müəyyən edilib. Gələcəkdə abidədə və onun ətrafında mövcud olmuş həyat şəraitinin canlandırılması istiqamətində kompleks tədqiqatın aparılması nəzərdə tutulur.

N.Alışovun bildirdiyinə görə, Qafqaz Albaniyasına məxsus xristian abidələrində aparılan arxeoloji tədqiqatlar, bir daha xalqımızın zəngin maddi mədəniyyətinə olan əsassız iddiaların kökündə heç bir elmi əsasın olmadığını sübut etməkdədir.
Azərbaycanda kənd sakinin həyətində xristian qəbirləri aşkarlandı - FOTOAzərbaycanda kənd sakinin həyətində xristian qəbirləri aşkarlandı - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1898   Tarix: 08 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Bu, hərbi insident risklərini artırır"

"NATO-nun Rusiya sərhədlərində həyata keçirdiyi təlimlər mümkün hərbi insident risklərini artırır". "Qafqazinfo" xəbər verir ki, bunu "RİA Novosti"yə açıqlamasında Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova deyib. Zaxarova alyansın aprelin 26-da Finlandiyada keçirməyi planlaşdırdığ

24 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel
.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel
.

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub. Bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib. Belə ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Biblioqrafiya şöbəsinin bazasında daxili imkanlar hesabına Biblioqrafik resursların yaradılması şöbəsi və Biblioqrafik və elektron informasiy

24 aprel
.

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Sabah 31 dərəcə isti olacaq

Aprelin 25-ə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfer təzyiq

24 aprel
.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

24 aprel
.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24 aprel
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

25 aprel