Şəhriyarın adına metro stansiya? - Tuneldə qalan cavab
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov İsveçrənin Bil şəhərində keçirilən ənənəvi beynəlxalq superturnirin qalibi olmaqla tarixi uğura imza atdı desək, yanılmarıq.
Hər halda 33 yaşlı qrossmeysterin norveçli Dünya çempionu Maqnus Karlsen üzərində qələbə qazanması adi hadisə deyil. Özü də o, bunu sona bir tur qalmış bacardı.
Düzdü, idmançılarımızın beynəlxalq arenada qazandığı uğurlar istər dövlət, istərsə də federasiyalar tərəfindən yüksək dəyərləndirilir, onların zəfəri müxtəlik mükafatlarla qiymətləndirilir.
Bəs görəsən, idmanın inkişafı və gənclərin bu sahəyə olan marağını artırmaq üçün daha nələr etmək olar? Məsələn, müvəqqəti də olsa, metro stansiyalardan biri qısa müddətlik Şəhriyarın adını daşıya bilərmi? Niyə də yox? Bu, həm idmançı üçün əlavə motivasiya olacaq, həm də onun daha da tanınmasına şərait yaradacaq.
Nəzərə alaq ki, dünya təcrübəsində belə nümunələr var. Məsələn, Fransa millisinin dünya çempionu olmasından sonra Parisdə iki metro stansiyasının adı dəyişdirilib. Müvəqqəti olaraq "Notre-Dame des Champs" stansiyası millinin baş məşqçisi Didye Deşamın şərəfinə "Notre Didier Deschamps" və "Champs Elysées-Clémenceau" stansiyası "Deschamps Elysées-Clémenceau" adlandırılıb. Bundan başqa, komandanın kapitanı Uqo Llorisin şərəfinə "Victor Hugo" stansiyasının adı "Victor Hugo Lloris" olaraq dəyişdirilib. Sözügedən dəyişiklər 6 aylıq nəzərdə tutulub.
Hər halda bu nümunədən Bakı metrosunda da istifadə edilsə, heç nə itirmərik, əksinə qazanarıq. Məsələn, "Ulduz", "Əhmədli" kimi stansiyaların adını idmançının şərəfinə heç olmasa 10 günlük dəyişmək olar.
Görəsən, Bakı Metropoliteni bu təşəbbüslə çıxış edə bilərmi? Bu sualla qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədova müraciət etdik. O, əməkdaşımızla söhbətində bildirdi ki, stansiyaların adının dəyişdirilməsi Nazirlər Kabinetinin səlahiyyətindədir. Məmmədov sualımızı metropoliten rəhbərliyinin nəzərinə çatdıracağını, ondan sonra ətraflı cavab verə biləcəyini söylədi. Ötən həftə müraciət etməyimizə baxmayaraq, eşitmək istədiyimiz cavab tuneldə qaldı.
Görünür, metropoliten rəhbərliyinin işçi qəbuluna başı qarışdığından, 3-5 dəqiqə suala cavab verməyə imkanı olmayıb.
Hər halda biz təklifimizi irəli sürdük. İdmançılarımızın növbəti uğurlarında bu barədə fikirləşmək, hətta Nazirlər Kabineti qarşısında təşəbbüslə çıxış etmək olar. Məsələn, növbəti stansiya "Qarabağ"…
yenicag
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman Baxılıb: 3928 Tarix: 08 avqust 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşMDB Oyunları: Badmintonçumuz qızıl medal qazandı - YENİLƏNİB + FOTO
Yeniyetmə və gənc badmintonçularımız Rusiyanın Kazan şəhərində keçirilən MDB Oyunlarında ümumilikdə 1 qızıl, 3 gümüş və 1 bürüc medal qazanıb. xəbər verir ki, oğlan badmintonçuların şəxsi yarışında Diki Panqestu finalda Qazaxıstan idmançısı Dmitri Panarini 2:0 hesabı ilə məğlub edərək MDB Oyunlarını
11 sentyabr 2021"Qalatasaray"ın qadın futbolu komandası yaradıldı
Türkiyənin "Qalatasaray" klubu prezidentinin köməkçisi Rezan Epözdəmir maraqlı açıqlama ilə çıxış edib. -ın Haber Globala istinadən verdiyi məlumata görə, o, hələ bir ay öncə klub daxilində qadın futbol komandasının yaradıldığını bildirib. Onun sözlərinə görə, qadının yaşıl meydanlarda ye
6 sentyabr 2021Pelenin əməliyyatdan sonra ilk görüntüsü yayıldı - FOTO
Futbol üzrə üçqat dünya çempionu Pele bir-iki gün ərzində xəstəxanadan evə buraxılacaq. Bu barədə braziliyalı futbol əfsanəsinin qızı Keli Nasimenta özünün "Instagram" səhifəsində bildirib. Onun sözlərinə görə, əməliyyatdan sonra Pele yaxşı vəziyyətdədir, ağrısı yoxdur və əhvali-ruhiyyəsi yaxşıdır
14 sentyabr 2021"Neftçi" - "Qarabağ" matçının hakimləri məlum oldu
Azərbaycan Premyer Liqasında II turun digər iki matçı üçün bütün təyinatlar açıqlanıb. xəbər verir ki, ikinci oyun günündə keçiriləcək "Səbail" - "Sumqayıt" görüşü Vüqar Həsənliyə, "Neftçi" - "Qarabağ" qarşılaşması isə Rəşad Əhmədova tapşırılıb. 12 sentyabr. 18:00
11 sentyabr 2021İki nəfərin qatili ömürlük həbs cəzasından narazıdır
Tərtər rayonunda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən Nuri Allahverdiyev barəsində olan ömürlük həbs cəzasından narazıdır. -ın xəbərinə görə, o, məhkəmə hökmündən apellyasiya şikayəti verib. Şikayət Gəncə Apellyasiya Məhkəməsində araşdırılır. İttihama görə, ötən ilin aprelin 26-da Tərtərin Ədalə
11 sentyabr 2021MDB Oyunları: Azərbaycan 22-ci medalını qazandı
Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycanın aktivinə daha bir medal yazılıb. verir ki. kəmər güləşində 66 kq çəki dərəcəsində çıxış edən Sənubər Nəbiyeva bürünc medala sahib olub. Bununla da Azərbaycanın I MDB Oyunlarında əldə etdiyi medalların sayı 22-yə yüksəlib. Medallarda
5 sentyabr 2021Paralimpiya bayrağı Parisə ötürüldü
Bu gün "Tokio-2020" Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib. Ümumilikdə idmanın 22 növündə 539 mükafat komplekti qazanılıb. İlk yeri 96 qızıl, 60 gümüş və 51 bürünc medal alan Çin idmançıları tutublar. xəbər verir ki, ikinci yerdə Böyük Britaniya, üçüncü pillədə ABŞ, dördüncüd
5 sentyabr 2021Azərbaycan idmançısı ermənini nokauta belə saldı - VİDEO
I MDB Oyunlarında tayboks idman növündə mübarizə başlayıb. xəbər verir ki, 63.5 kq çəki dərəcəsində yer alan Azərbaycan təmsilçisi Mahir Əsədzadə ilk görüşdə erməni rəqibindən üstün olub. Ermənistandan olan Alen İsraelyana güclü zərbələr endirən Əsədzadə qələbəni 2 dəqiqə 36 saniyəyə təmin edib
6 sentyabr 2021