Azərbaycanlı avtoritetin məşhurlarla qəribə dostluğu – Maraqlı FAKTLAR

Azərbaycanlı avtoritetin məşhurlarla qəribə dostluğu – Maraqlı FAKTLARSonxeber.az azvision-a istinadən XX əsrdə Bakıda yaşamış məşhur avtoritet Ağababa haqqında yazını təqdim edir:

Dosye: Ağababa Musa oğlu Babayev ("Doktor") 1926-cı il dekabrın 15-də Bakıda anadan olub. 1944-cü ildə hamının "haramzadə", "qırmızısifət" adlandırdığı sahə inspektorunun növbəti insafsızlığına dözməyərək, onu "Sovet" və "Şors" küçələrinin kəsişdiyi yerdəki mağazanın qarşısında əzişdirir, tabel silahını əlindən alır. Çoxsaylı şahidlərin milis leytenantının təqsirkar olduğu haqda verdikləri izahat və ifadələrə baxmayaraq, məhkəmə Ağaya 4 il iş kəsir. Üç ay Bayıl və paylama məntəqəsindəki kameralarda oturduqdan sonra onu Lənkərandakı "Nadir şah"qazamatına etap edirlər. Atası Musa kişinin Moskvada Kalininlə görüşündən sonra Ağababanın islah cəzası hərbi xidmətlə əvəzlənir.
Semipalatinsk hərbi hissəsində yeni gəlmiş "salabonlar"la "dedlər" arasında elə həmin gün dava düşür. Əyninə hərbi formanı keçirməyə macal tapmayan Ağababa xəstəxana xələti geyinməli olur. Lazaretdə qaldığı dörd ay müddətində bir neçə dəfə yoxlama komissiyası keçirilir və Ağabala komissovat olunur. 1946-54-cü illər arasında 16 nəfərlik "təcili yardım" dəstəsinə başçılıq edən "Doktor Ağoppa" həbs olunur. İstintaq zamanı aydın olur ki, o, 1947-ci ildə Dənizkənarı bulvarda türmə rəisinin müavinini güllələyib və qaçıb. 10-cu koloniyada oturduğu zaman qaldırdığı "zamorozkaya" görə, Moskvanın "Butırka" qazamatına göndərilib. Sonradan Vorkuta, Arxangelsk, Solikamsk, İrkutsk düşərgələrində islah olunub.
1960-cı ildə Bakıya etap olunub və amnistiya nəticəsində azadlığa buraxılıb. 1996-cı ildə vəfat edib.

Ağababanın söhbətlərindən:

- Əgər siz əsəbi vəziyyətdə bir-iki yağlı ifadə işlədərsinizsə, bununla ürəyinizi boşaldaraq, yüngüllük tapacaqsınız. Bəs sizin həmsöhbətinizin halı necə olacaq? Ləzzəti o da sizinlə bölüşəcəkmi? Döyüşkən tonunuz və düşməncəsinə münasibətiniz şəraitində sizinlə razılaşmaq ona daha asan gələcəkmi? "Əgər siz mənim yanıma düyünlənmiş yumruqlarla gəlsəniz,- demişdi Sali Süleyman,- düşünürəm ki, mənim yumruqlarım da sizinkilər kimi bərk düyünlənəcək, lakin siz mənim yanıma gəlib desəniz ki, "Gəlin əyləşək və danışaq, baxışlarımız haçalananda isə, nə üçün haçalandığını və haçalanmanın nədən ibarət olduğunu başa düşək",- onda biz tezliklə aşkar edəcəyik ki, bir-birimizdən elə də uzaq deyilik, aşkar edəcəyik ki, bizim fikirlərimizin üst-üstə düşdüyü bəndlər daha çoxdur. Razılığa gəlmək üçün bizim səbrimiz, səmimiliyimiz, istəyimiz bəs edərsə, onda razılığa gələcəyik".

Bu sözlərin nə qədər doğru olduğunu Hacı Zeynalabdin Tağıyevdən yaxşı heç kəs bilmir. 1917-ci ildə Tağıyev Bakıda ən çox nifrət olunan (bolşeviklərin təbliğatı sayəsində) adam idi. Qəzəblənmiş, döyüşkən ruhda olan neftçilər əməkhaqlarının artırılmasını tələb edirdilər. Nifrətin hətta havaya da hopduğu bir vəziyyətdə, Tağıyev tətilçiləri öz nöqteyi-nəzərinin düzgün olduğuna inandırmağı qərara alır. Və buna nail oldu. Nə cür?

Sabitlik yaratmaq üçün lazım olan bir necə həftədən sonra Hacı tətilçilərin qarşısında nitqlə çıxış edir. Həmin nitq bütünlüklə bir şedevrdir. Bu nitq, Zeynalabdini udmaqla hədələyən nifrətin gur dalğalarını sakitləşdirdi. Həmin nitq onun çoxsaylı pərəstişkarlarını, əqidədaşlarını meydana çıxardı. Bu nitqdə faktlar o qədər dostcasına təqdim olnumuşdu ki, tətilçilər, uğrunda bu dərəcədə amansızcasına mübarizə apardıqları, əmək haqqının artırılması barədə bir söz belə demədən, işə qayıtdılar.

Xatırladım ki, Tağıyev bundan bir neçə gün qabaq onu neft vışkasının mancanağından asmaq istəyən adamlara müraciət edirdi. Onun nitqi, bu cür ifadələrlə zəngin idi: "Mən fəxr edirəm ki, sizin aranızdayam", "sizin evlərinizdə olduqdan, sizin həyat yoldaşlarınız və uşaqlarınızla görüşdükdən sonra", "biz burada yad kimi yox, dost kimi görüşürük", "qarşılıqlı dostluq ruhu", "bizim ümumi maraqlarımız", "mən yalnız sizin lütfkarlığınız sayəsində buradayam".

- Bu, mənim həyatımda əlamətdar gündür, - deyə, neftxuda nitqinə başladı. – Bu nəhəng kompaniyanın fəhlələrinin görüşündə iştirak etmək xoşbəxtliyi mənə ilk dəfədir nəsib olur. Sizi əmin edə bilərəm ki, burada olduğuma görə qürur duyuram və bu toplantını bütün ömrüm boyu yadda saxlayacağam. Əgər bu görüş iki həftə əvvəl baş tutsaydı, mən burada sizin əksəriyyətiniz üçün yad adam kimi dayanardım və sizlərdən yalnız bir neçə nəfərinizi üzdən tanıya bilərdim. Lakin, keçən həftə qəsəbələrin hamısını gəzmək, sizin evlərinizə baş çəkib, şəxsən söhbət etmək imkanı əldə etdim. Sizin həyat yoldaşlarınız və uşaqlarınızla söhbət etdikdən sonra, mən burada yadlarla olduğu kimi yox, dostlarımla olduğu kimi görüşürəm. Şadam ki, biz bu hadisədən öz ümumi maraqlarımızı məhz qarşılıqlı dostluq ruhunda müzakirə etmək üçün istifadə edəcəyik. Bu toplantı fəhlələrin iclası olduğu üçün mən yalnız sizin lütfkarlığınız sayəsində buradayam...

Ağababanın tostlarından:

- İncəsənət tarixində hələ sağlıqlarında özlərinə əbədi heykəl ucaldanlar, xalq məhəbbətini qazanıb, milyonların sevimlisinə çevrilənlər azmı olub? Dünya xalqlarının sevimlisinə çevrilmiş Motsart, Bethoven, Bax, Şostakoviç, Üzeyir bəy, Qarayev, Bəhlulzadə... və başqalarına bu gün maestro Niyazi də qoşulur. Zahirən arıq, çəlimsiz görünən maetro nəhəng orkestri canlandırıb hərəkətə gətirəndə beynumdə bir fikir dolaşır: "Görəsən, dostumda bunca güc, qüdrət haradandır!? Onun sənətinin mayası sehr, qığılcım, emosiya ilə yoğrulub.

Niyazi evində qonaqlıq verməyi, dostlarını başına toplayıb istirahət etməyi xoşlayırdı. Nazim Hikmət, Arkadi Raykin, Rəsul Həmzətov Bakıya gələndə Maestronun evində təşkil olunuan ziyafətdə Bəxtiyar Vahabzadə, Lütfiyar İmanov, Əbülfət Əliyev, Ağababa, Dağlı Muğbil... Həcər xanımın ətirli plovundan yeyər, kupeçeski çayından içə-içə səhərədək nərd, şahmat oynayardılar.

Həcər xanım əslən iranlı idi və hər dəfə Niyazi: "Həcər, əzizim, axşam qonaqlarım olacaq, yaxşı bir stol tədarükü gör, mütləq plov da olsun", – deyəndə Həcər xanım: "Gözüm üstə yerləri var. Ancaq sən qardaşım Ağababanı da dəvət etməyi unutma. Onu görəndə qardaşlarım Əli İskəndəri, Rəşidi görürəm...",- söyləyərdi.

1977-ci ldə Həcər xanım İrana, qohum-əqrəbasını görməyə gedəndə Niyazi demişdi: "Mənim bu səfər üçün lazım olan sənədləri düzəltməyə nə həvəsim, nə hövsələm, nə də vaxtım var... Bu işi Doktora həvalə eləginən...

Ağababanın Niyazi ilə tanışlığı isə belə olmuşdu:

Müharibədən sonra hərbi xidmətin elə birinci günü ruslarla razborkada kontuziya almış Ağababa komissiyadan "hərbi xidmətə yaramır" adıyla Bakıya dönsə də, hər il iki dəfə hospitalda müayinədən keçməliydi. Hospitalda komissiya sədrinin gecikməsi üzündən müayinə nahardan sonraya saxlanılır. Ağababa uzun skamyada növbə gözləyən əsgərlərdən bir neçəsi ilə artıq ünsiyyət yaratmışdı. Bayaqdan yanında əyləşmiş ağbəniz, irigözlü, bəstəboy oğlanı da həyətdəki aşxanada toqqanın altını bərkitməyə dəvət edəndə Fikrət utancaq halda:
- Çox sağ ol qardaş, aclığım yoxdur, - deyir.
- Alə, səhərdən burada oturub cınqıruvu da çıxarmamısan... Necə yəni, aclığım yoxdur? Gedək bizimlə! Elə gündəsən ki, səhədən axşamadək yeməklə vəziyyətüvü səhmana sala bilərsən...- deyərək onun qoluna girib aşxanaya aparır.

Komissiyadan çıxandan sonra Fikrətlə Filarmoniyaya sarı gələrkən etdikəri söhbətdən bəlli olur ki, onun Bakıda yaşamağa mənzili yoxdur, cibində də siçanlar oynaşır. Ağoppa onun başını söhbətə qarışdıraraq, qolun girib öz evlərinə gətirir. Yeyib-içdikdən sonra nə qədər üz vursa da, Fikrət onlarda gecələməyəcəyini bildirir.
- Onda qonşuluqda, Sovetskinin tinində Sarı Səmədin evində kiçik bir otaq var, kirayə verməyə adam axtarırdı... Heç olmasa bir müddət orada yaşaginən, qohumlarını tapanadək...

Gündüzlər hər kəs öz işi ilə məşğul olur, axşamlar görüşürdülər. Ağoppa onu öz dostlarıyla tanış edir, "Torqovı"dakı "Podval"kafesində Hacı Məmmədov, Seyid Şuşinski, Əhməd Bakıxanov, Rza Əfqanlı və başqaları ilə musiqiyə qulaq asa-asa istirahət edirdilər.
İki ay sonra Fikrət axşam kirayə qaldığı mənzilə gəlməyəndə Ağababa çox narahat olur. Saat on bir radələrində Fikrət təngnəfəs, rəngi ağappaq onların evinə gəlir və narahatçılıq üçün üzr istəyərək bildirir ki, bu gündən qohumu Niyazigildə məskunlaşagaq.
Həcər xanıma Ağoppa haqqında, onun ailəsi barədə ilk dəfə Fikrət Əmirov danışıb, onları tanış edib.

Ağababanın ən çox xoşladığı musiqi Fikrətin "Şur" və "Kürd ovşarı" simfonik muğamları idi. O, deyirdi ki, sanki Sebastyan Bax "Şərq üçlüyü" adlanan Cabbar Qaryağdəoğlu, Qurban Primov və Habil Əliyevdən ibarət trionun ifasında "Bayatı-Şiraz"ı dinləyəndən sonra "Tokkata"nı bəstələyib.

Dostu Zakir Mirzəyevin xatirələri:

- Bir gün Ağoppa ilə Ural zonlarında oturan adamlardan bir dəstəsi (altı-yeddi nəfər) Bakıya nara dostunu görməyə gəlirlər... İçərilərində rus, qazax, moldovan, gürcü ... Ağoppa evimizə zəng vurdu:
- Zakir, silahuvu at maşına, tez gəl Nizami kinoteatrının arxasındakı dalandakı restorana...
Məni alqışlarla qarşıladılar. Ağababa ayağa qalxaraq:
- Mən sizə bir söhbət aşmaq istəyirəm,- dedi,- Bu insan şəxsiyyətdir. Zakir Mirzəyevdir, dünyanın hər yerində olub, qarmonçalandır.
Biri gürcü ləhcəsilə soruşdu:
- Doktor, sən hara, musiqi hara?

- Mən əvvəlcə onun atası rəhmətlik Qulamhüseyn kişi ilə dost olmuşam, indi isə Zakirlə can-ciyərik. Əgər o, mənim dostumdursa, deməli, sizin də dostunuz, qardaşınız olacaq. Zakirdə olan əqidə paklığına heyranam. Zakirin hər cümləsi tanrının adı ilə bağlıdır. Onun qarmonda çaldığı "Orta Mahur"a qulaq asanda bədənimdəki tüklər biz-biz dayanır, elə bil içimdəki ağrı-acıları çəkib çıxarır, süd gölünə düşürəm. Bu insan Hollandiyadan tutmuş, Vyetnamadək bir çox ölkələrdə "Tərəkəmə-Şalaxosu" ilə zaldakıların sümüklərini oynadıb. Mən onu düzgünlüyünə, təmizliyinə, işıqlı insan olduğuna görə sevirəm. Onun çalğısında nə isə ilahi bir ruh var. Bu, mənim şəxsi fikrimdir. Ona Vyetnamda fəxri vətəndaş adı verilib. Bu vətəndaşlığı qəbul edəndən sonra Zakir bir qədər də ucaldı və yəqin ki, indi vyetnamın ən hündürboylu adamlarından biridir.

Gədəbəy rayon Moruqlu kənd sakini Ağamməd Rzayev də bu cür insanlardandır. Uşaqlıqdan çoban olan atasına kömək edərək, gözəl təbiətli Gədəbəyin yaylaqlarında qoyun-quzu otararaq böyüyüb. Gəzdiyi yaylaqların birində ilk məhəbbətinə (o qızın haqqında ətraflı danışmaq istəmir — müəll.) rast gəlib və elə xüsusi bacarıqla fit çalmağı da o vaxtlardan öyrənib.

"Neyləməlisən, ürəyini boşaltmalısan dağlara, daşlara" — deyən Ağamməd Rzayev dərələrdə sürünü fitlə idarə etdikcə, tədricən fitin musiqiyə çevrilməsini hiss edib, daxildən gələn ehtiyacla bu bacarığı daha da qabarıq üzə çıxarıb. Sonralar isə məhəbbət saçan bir yanğıyla bu qabliyyətini daha da inkişaf etdirib.

Hazırda işarət və adsız barmaqlarının köməyi ilə 20-dək musiqini fitlə ifa edir. Günü-gündən bu bacarığını daha d inkişaf etdirməyə çalışır. Çünki məhəbbətdən yaranan bacarıq onunçün qazanc mənbəyinə də çevrilib. Belə ki, yayda turistlərin daha çox axını baş verən Gədəbəyin restoranları, bulaq başları musiqiçilərin qazanc mənbəyi olur. Saz çiynində məclis-məclis gəzən aşıqlar həm gələn turistləri feyziyab edir, həm də öz büdcələrinə əlavə vəsait gətirmiş olurlar.

A.Rzayev özünün turistlər tərəfindən ən çox arzulanan musiqiçilərdən biri olduğunu, xüsusiləsə fit çalma qabliyyətinə görə axtarıldığını söyləyir: "Ən çox turistlər axtarırlar məni. Onların içində başqa rayonarda yaşayanlar da var. Ən çox Cənubi Azərbaycandan olan turistlər, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımız məni soraqlayıb tapır. Allah bərəkət versin, yay aylarında dolanmaq mümkün olur".

Sazda da 40-a yaxın hava ifa eləməsinə baxmayaraq özünü sırf aşıq hesab etmir. Gənclik dövrlərində insanların daha saf məhəbbətə malik olduqlarını deyən həmsöhbətim yanıqlı halda deyir ki, "Nədəndirsə, aşiqlər öz yarlarına qovuşa bilmirlər. Mən də qovuşmadım. İndi bu, həm də mənim hisslərimin ifadəsidir".

Ağamməd Rzayev, əsasən Qədir Rüstəmovun ifasında dinlədiyimiz "Sona bülbüllər" mahnısını fitlə səsləndirərək bu gün də öz dərdinə təskinlik verdiyini bildirir…
Azərbaycanlı avtoritetin məşhurlarla qəribə dostluğu – Maraqlı FAKTLARAzərbaycanlı avtoritetin məşhurlarla qəribə dostluğu – Maraqlı FAKTLARAzərbaycanlı avtoritetin məşhurlarla qəribə dostluğu – Maraqlı FAKTLARAzərbaycanlı avtoritetin məşhurlarla qəribə dostluğu – Maraqlı FAKTLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3969   Tarix: 08 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Milçəklərdən təbii yolla əbədi xilas olmağın yolu açıqlandı

Yaya az qalıb, onunla birlikdə milçəklər və ağcaqanadların mövsümü də gəlir. Britaniyalı alimlər bu çağırılmamış qonaqları qısa müddətdə qurtulmaq üçün təbii üsul fikirləşiblər və nəticənin möhtəşəm olduğunu bildiriblər. Bunun üçün sirkə, zeytun yağı və şampunun bərabər nisbətdə qarışdırılması ilə "kokteyl"

21 aprel
.

Çəkilmiş ət alarkən aldanmamağın yeganə yolu - VİDEO

Ətin bir kiloqramı 16-18 manat civarında təklif edilir. Çəkilmişinin kiloqramı isə 9-13 manat aralığında satılır. xəbər verir ki, paytaxtdakı bəzi supermarketlərdə çəkilmişi ətin özündən 3-4 manat ucuzdur. Halbuki farş ət sümüksüz və hazır olduğundan adi ətin özündən baha olmalıdır. Sakinlərin bu məsəl

14 aprel
.

İkinci evliliklərin daha xoşbəxt olmasının səbəbləri - Psixoloq izah edir

İlk nikahların yarıdan az hissəsi - 45%-i boşanma ilə nəticələnir, lakin təkrar nikahların yalnız 31%-i uğursuz olur. -a istinadən xəbər verir ki, xəbər verir ki, bunu "The Marriage Foundation"ın məlumatları sübut edir. Psixoloq Ceymi Simkins Rocers "Your Tango"ya niyə ikinci evlilikləri

21 aprel
.

Boşanmalar artır: Əsas səbəblər nələrdir? - VİDEO

Azərbaycanda bu ilin ilk ayında 1700-dən çox nikah pozulub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq ayı ilə müqayisədə qurulan ailələrin sayı azalıb, boşanmaların sayı isə çoxalıb. Bəs bu tendensiyanın əsas səbəbəri nələrdir?. Vəkil-mediator Qasım Şaliyevin sözlərinə görə, işlər

14 aprel
.

Qarabaşaq yarmasını bir də bu cür bişirin - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ

Bəzi insanlar qarabaşaq yarmasını bişirməzdən əvvəl isladır, bəziləri isə qızadır. xarici mətbuata istinadən xəbər verir ki, bunun qarabaşaq yarmasının formasını saxlamasına və dadını maksimum dərəcədə artırmasına kömək etdiyinə inanılır. Bundan əlavə qarabaşaq yarmasını islatdıqdan sonra bir qaşıq limo

20 aprel
.

Oxumaq, yoxsa dinləmək? - Hansı daha faydalıdır?

Belə bir fikir var ki, oxumaq dinləməkdən daha faydalıdır. Amma əhalinin bir hissəsi kitab oxumaqla onu dinləmək arasında fərq görmür. -ın xarici mediaya istinadən xəbərinə görə, Kaliforniya Universitetinin tədqiqatçıları bu məsələni araşdırıblar. Araşdırmaya görə, dinləmək insanı real vaxtda anlam

14 aprel
.

Əfsanəvi basketbolçunun ayaqqabıları 819 minə satıldı

Dünya basketbolunun ulduzu Maykl Cordanın 1996-cı ildə NBA finalında geyindiyi ayaqqabılar 482 min dollara (819 min 400 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, üzərində superulduzun imzası olan ayaqqabılar "Air Jordan XI" markasındandır. Həmin mövsüm basketbolçu NBA çempion

15 aprel
.

Rüfət Mehdiyevin qızı: "Atamla görüşə hazırlaşırdım, cənazəsinə getdim" - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Müəllif - aparıcı Afaq Hüseynovanın təqdimatında efirə gedən verilişin budəfəki sayı tanınmış müğənni Rüfət Mehdiyevə həsr olunub. Verilişdə mərhumun yaxınları onunla bağlı xatirələrini bölüşüblər. Müğənninin qızı Zemfir

14 aprel
.

15 il 6 ay həbs cəzası alan şəxs divarı dələrək qaçmağa çalışdı: Türkiyədə şok əməliyyat

Türkiyədə 15 il 6 ay həbs cəzası alan cinayətkar divarı dələrək qaçmağa çalışıb, amma istəyinə nail ola bilməyib. Bu barədə Türkiyə hüququ mühafizə orqanlarından məlumat verilib. Bildirilir ki, polis əməkdaşları qəsdən adam öldürmə, oğurluq, fırıldaq, qarət, qəsdən yaralama, qaçaqmalçılıq, kibercinayət

20 aprel