Kriminal savaş səngimir: "Lotu Quli"-nin adamları Ukraynada güllələndi, Qazaxıstanda isə...

Kriminal savaş səngimir: "Lotu Quli"-nin adamları Ukraynada güllələndi, Qazaxıstanda isə...Qazaxıstanın güc strukturları azərbaycanlı "vor zakon" Nadir Səlifovun ("Lotu Quli") kriminal klanının öz nüfuz dairəsini Qazaxıstana yaymaq cəhdinin qarşısını alıblar. Qazaxıstan KİV-ləri xəbər verir ki, DİN və MTK-nın Akmola vilayəti ərazisində birgə həyata keçirdikləri xüsusi əməliyyat nəticəsində odlu silahın və narkotik vasitələrin qeyri-qanuni saxlanmasında şübhəli bilinən Azərbaycan vətəndaşı, 1986-cı ildə anadan olmuş Əliyev Orxan Qulu oğlu saxlanılıb.

Sonxeber.az virtualaz.org-a istinadən xəbər verir ki, aparılan axtarış zamanı onun üzərindən 8 gülləsi olan 1 tapança, 1 qumbara və içərisində kokain narkotik vasitısi olan bükümlər aşkarlanıb. Fakt üzrə Qazaxıstan Respublikasının Cinayət Məcəlləsinin 187.3 və 296.3 maddələri ilə istintaq araşdırması aparılır.

Orxan Əliyevin saxlanıldığı an

Məlum olub ki, Orxan Əliyev keçmiş sovet məkanının kriminal dünyasının liderlərindən biri olan "vor zakon" Nadir Səlifovun emissarıdır. Orxan Əliyev Qazaxıstana 2018-ci ilin iyul ayının 5-də gəlib və ona ölkədə Səlifovun nəzarəti altında olacaq gizli cinayətkar dəstə yaradılması və azərbaycanlı millətindən olan iş adamlarına onun qəyyumluğunun sırınması tapşırlıb.

Saxlanıldığı ana qədər Orxan Əliyev Astana, Akmola, Kostanay və Şimali Qazaxıstan vilayətlərində azərbaycanlı sahibkarlarla bir sıra görüşlər keçirib və onları mütəmadi olaraq "xərac" verməyə məcbur edib.

2013-2015-ci illərdə xüsusi xidmət orqanlarının genişmiqyaslı əməliyyatı nəticəsində ölkədə kriminal dünyanın nümayəndələrinin fəaliyyətinin neytrallaşdırılmasından sonra bu, Qazaxıstanda kriminal aləmin ilk belə iri aksiyasıdır.

O vaxt transmilli cinayətkar cəmiyyətlərin yaradılması, onlarda iştirak və maliyyələşdirilməsi ittihamları ilə 59 kriminal element mühakimə olunmuşdu. Mühakimə olunanlar arasında həmin dəstələri himayə edən hüquq-mühafizə orqanlarının vəzifəli şəxsləri də vardı. Bir sıra "vor zakon"lar beynəlxalq axtarışa verilib ki, onların arasında M.Canqveladze ("Merab Suxumski"), K.Kolbayev ("Qamçı"), S.Əhmədov ("Samara") da var. Bu şəxslər "kriminal kassa"nın yığımı üzrə cinayətkar fəaliyyətə bilavasitə rəhbərliyi həyata keçiriblər.

Beləliklə, Qazaxıstan praktiki olaraq oğru dünyasının nümayəndələrindən təmizlənmiş, onların yerli cinayətkar mühitə təsiri minimuma endirilmişdi.

Qeyd edək ki, son günlər Ukraynada da əsl kriminal müharibə başlayıb. Burada "Lotu Quli" ilə Oleq Bakinskinin kriminal klanları toqquşub. "Razborka"ların nəticəsində Azərbaycan vətəndaşları Salman Əsgərov və Davud Ağayev öldürülüblər.

Bundan başqa, ötən həftə Ukrayna Milli Polisinin əməkdaşları tərəfindən "Lotu Quli"nin bir neçə ildir beynəlxalq axtarışda olan daha bir köməkçisi Emil Xəlilov Azərbaycana ekstradisiya olunub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 3877   Tarix: 09 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ülvi Həsənli və Sevinc Vaqifqızı ilə bağlı QƏRAR

"Abzas Media" saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) barələrində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. APA xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliy

14 mart
.

Hüseyn Abdullayevin yeni cinayət işinin detalları

Xəbər verdiyimiz kimi, həbsdə olan sabiq deputat Hüseyn Abdullayev yenidən cinayət məsuliyyətinə cəlb edilib. Eks-deputat bu dəfə cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda təqsirləndirilir. "Qafqazinfo" Hüseyn Abdullayevin yeni cinayət işinin detalların

11 mart
.

DTX-nin həbs etdiyi moldovalı kiberdələduz KİMDİR?

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən transmilli mütəşəkkil kibercinayətkar dəstə aşkar edilib. Dəstənin Azərbaycana ekstradisiya edilmiş daha bir üzvü Sekrieru İon Aleksandroviçin barəsində cinayət işi üzrə istintaq yekunlaşdırılıb və iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə məhkəm

13 mart
.

Ələsgər Məmmədli həbsdə qaldı

"Toplum TV"nin təsisçisi Ələsgər Məmmədli haqda seçilmiş həbs qərarından verilmiş şikayətə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda müdafiə tərəfi təqsirləndirilən media eksperti barəsindəki qətimkan qərarının ləğv edilməsini istəyib

15 mart
.

İki nəfərin ölümünə səbəb oldu - 7 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin 3 mart tarixində Sabunçu rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən sürücüyə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, məhkəmə 1985-ci il təvəllüdlü Elçin Ağayevi Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkət

5 aprel
.

Əhməd Əhmədov təkrar müayinədən keçiriləcək - RƏSMİ

Fevral ayının 13-də bir ailənin beş nəfər üzvünün qəsdən öldürülməsinə dair Xətai Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının 04.04.2024-cü il tarixli rəyinə əsasən, o cinayət əməlin

8 aprel
.

Prokuror "Qurtuluş 93"ün sahibinin kürəkəninin cəzasının ağırlaşdırılmasını istəyir

Bakıda dörd nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Elşad Kəlbəliyevin barəsindəki hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə iclasının vaxtı məlum olub. -ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses martın 7-nə təyin edilib. Şikayət hakim Həsən Əhmədovu

5 mart
.

Bakıda ailə faciəsinə səbəb olan vatsap statusu...

Ötən il Bakının Qaradağ rayonunda qadının ərini baltalayaraq ona ağır xəsarətlər yetirməsinin təfərrüatları məlum olub. "Qafqazinfo"nun məlumatına görə, 29 yaşlı Könül Quliyevanın 1987-ci il təvəllüdlü əri Rəsul Quliyevlə (adlar şərtidir) mübahisəsi qadının telefonuna gələn "darıxmaq şər

8 aprel
.

Əhməd Əhmədov barəsində ekspertiza rəyi məlum olub

Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun barəsində keçirilən psixoloji ekspertizanın rəyi məlum olub. APA-nın əldə etdiyi xəbərə görə, həkim-ekspertlər tərəfindən verilən rəyə əsasən, Əhməd Əhmədovun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib

8 aprel