"Rublun kəskin ucuzlaşması Azərbaycan məhsullarını bahalaşdıracaq"

"Rublun kəskin ucuzlaşması Azərbaycan məhsullarını bahalaşdıracaq""Rusiya rublu da dollar təzyiqinə tab gətirmədi. Bir ay öncə 1 dollar almaq üçün 61 rubl ödəmək lazım idisə, hazırda hər dollar 66 rubl tələb edir. Bu isə o deməkdir ki, rubl sadəcə ötən bir ay ərzində 8 faiz dəyər itirib. Əvvəllər də qeyd etdiyim kimi, milli valyutamızın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılı olsa da neftin qiyməti və ticarət tərəfdaşlarımız içərsində Rusiya rublu manatın kursuna birbaşa təsir göstərir".

Sonxeber.az-ın məlumatına görə, bunu iqtisadçı ekspert Vüqar Bayramov özünün "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, Rusiya Azərbaycanın qeyri-neft ixracatında 34 faizə malik olmaqla ixrac etdiyimiz aqrar məhsulların 90 faizə yaxınını alır: "İqtisadiyyatımızda aparıcı olan neft sektoru məşğulluğun 7 faizini formalaşdırdığından bizim üçün 1.5 milyard dollarlıq illik qeyri-neft ixracatı məşğulluğun, xüsusən də regionlarda iş yerlərinin saxlanması baxımdan çox vacibdir. Rublun kəskin ucuzlaşmasının davam edəcəyi halda Azərbaycan məhsulları Rusiya bazarında bahalaşacaq və bu da bizim qeyri-neft ixracatımıza təsir göstərəcək. 2017-ci ildə təklif etdiyim kimi, qonşu ölkələrdə milli valyutaların ucuzlaşması fonunda Mərkəzi Bankın çevik məzənnə siyasətinə keçməsinə ehtiyac var. Mərkəzi Bankın fiks (sabit) məzənnə siyasətinə üstünlük verməsi xarici faktorların nəzərə alınmasına imkan vermir. Mərkəzi Bank interval məzənnəyə üstünlük verməli və sabit kurs deyil, optimal interval daxilində məzənnə stabilliyinə nail olmağa çalışmalıdır. Bu halda dollara tələbin artması və xarici faktorların valyuta bazarımıza təsirlərini minimumlaşdırmaq daha asan olar".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 3166   Tarix: 09 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,75 ABŞ dolları, yaxud 0,86 % azalaraq 87,17 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərini

22 mart
.

Azərbaycanda orta aylıq əməkhaqqı 950 manata çatır

2024-cü il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1727,2 min nəfər olub. Dövlət Statistika Komitəsindən (DSK) -a verilən məlumata görə, onlardan 899,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 827,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdl

9 aprel
.

Qızılın qiyməti rekordunu yenilədi

Qızılın qiyməti aprelin 1-də rekord səviyyəyə yüksəlib. Bu barədə "Bloomberg" məlumat yayıb. Bildirilir ki, ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini azaltmağa yaxınlaşdığını göstərən əlamətlər artıma təkan verib. Qızılın bir unsiyasının qiyməti artaraq 2 265,73 dollar olub. Bu 28 martdak

1 aprel
.

Azərbaycanda dollar bahalaşa bilər?

Dollar dünya bazarında yenidən möhkəmlənir. Son 1 ayda avro dollara nisbətən 3 faizə yaxın dəyər itirib. Hazırda 1 avro almaq üçün cəmi 1.062 dollar ödəmək lazımdır. Dolların güclənməsi regional münaqişələr fonunda investorların Amerika puluna daha çox sərmayə yönəltməsi və ABŞ iqtisadiyyatındakı canlam

15 aprel
.

Azərbaycan neftinin qiyməti 92 dollara düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,82 ABŞ dolları, yaxud 0,9 % azalaraq 92,26 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərini

11 aprel
.

Keçmiş bank sədri Vyanada vəfat etdi

Keçmiş bank sədri Fərid Əlizadə Vyanada dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, Fərid Əlizadə müalicə aldığı klinikada ürək problemindən vəfat edib. Yaxın günlərdə mərhumun cənazəsinin dəfn olunmaq üçün Azərbaycana gətiriləcəyi bildirilib. Qeyd edək ki, F.Əlizadə Rutgers Universitetin

22 aprel
.

Azərbaycanda ezamiyyə xərclərinin məbləği artırıldı

"Ezamiyyə xərclərinin normaları haqqında" Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilib. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük normas

5 aprel
.

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

2024-cü ilin yanvar-mart ayları ərzində Azərbaycanda nərə balığından hazırlanan qara kürünün həcmi açıqlanıb. Bu barədə -a Dövlət Statistika Komitəsindən bildirilib. 2024-cü ilin ilk üç ayında Azərbaycanda 103,1 kq nərə balığı kürüsü istehsal edilib. Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü il

24 aprel
.

Bakıda yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb? - İDDİA + RƏSMİ CAVAB

Vətəndaşlar ölkədə fəaliyyət göstərən "İST Petrol" yanacaqdoldurma məntəqəsindəki yanacağın keyfiyyətsiz olduğunu və benzinə su qatıldığını iddia edirlər. Ölkə.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. . Belə ki, videogörüntülərdə "İST Petrol" yanacaqdoldurm

11 aprel