Bakıda tikinti sahəsində ən çox qanun pozuntusuna yol verən rayonlar- SİYAHI

Bakıda tikinti sahəsində ən çox qanun pozuntusuna yol verən rayonlar- SİYAHIBaş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev rəhbərlik etdiyi qurumla Şəhərsalma və Arxitektura Komitəsi arasında Əməkdaşlıq Memorandumunun imzalanma mərasimində 6 il (2012-2018) ərzində qanunsuz tikililərlə bağlı statistikanı açıqlayıb.

"Report"un xəbərinə görə, K.Əliyev bildirib ki, 6 il ərzində bu sahə ilə bağlı məhkəməyə göndərilən cinayət işlərinin sayı 61, təqsirləndirilən şəxslərin sayı isə 89 nəfər olub.

O qeyd edib ki, bu işlər üzrə zərərçəkmiş şəxslərin sayı 4072 nəfər, dəymiş ziyanın cəmi məbləği isə 111 625 710 manat olub: "Bu məbləğdən 48 milyon 820 min 28 manat ödənilib, 29 milyon 691 min 397 manatlıq əmlak üzərinə həbs qoyulub".

K.Əliyev bildirib ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin icraatında istintaq edilən cinayət işlərinin sayı 16, təqsirləndirilən şəxslərin sayı 20, zərərçəkmiş şəxslərin sayı isə 812-dir: "Bu şəxslərə dəymiş ziyanın məbləği 40 milyon 399 min 365 manat, ödənilən ziyanın cəmi məbləği 30 milyon 60 min 824 manat, üzərinə həbs qoyulan əmlakın dəyəri isə 6 milyon 12 min 367 manatdır".

İdarə rəisi tikinti sahəsi ilə bağlı ən çox qanun pozuntusuna yol verən rayon adlarını da açıqlayıb. O deyib ki, cinayət işləri ən çox Xətai və Yasamal rayonları ilə bağlıdır, digər rayonlar isə Nərimanov, Binəqədi, Suraxanı, Abşeron, Nəsimi və Qaradağdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1214   Tarix: 10 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Firəngiz Mütəllimova Xocalıda - Foto

Xalq artisti Firəngiz Mütəllimova bu dəfə Xocalıya yollanıb. Axşam.az xəbər verir ki, aktrisa çəkdirdiyi şəkli instaqram izləyiciləri ilə bölüşüb. "Bu günə şükür. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa diləyirəm" deyə, F.Mütəllimova paylaşımına yazıb

23 aprel
.

Prezidentin xüsusi nümayəndəliyindən Xankəndinin ilk körpəsi ilə bağlı paylaşım

Xəbər verdiyimiz kimi, antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xankəndi, Ağdərə, Xocalıda prezidentin xüsusi nümayəndəliyi də məlumat yayıb. "Xankəndi şəhərində çalışan Azərbaycan Dövlət Su Ehtiyatlar

23 aprel
.

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

"Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar ki, bu da çox önəmlidir". APA xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Böyük Britaniya mətbuatına müsahibəsində söyləyib. Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında SSRİ-nin süqutu dövründ

23 aprel
.

DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO

Son vaxtlar qəfil ölüm hallarının artdığı müşahidə edilir. Ölüm yaşa baxmır. Amma həyatını itirənlər arasında gənclərin də olmağı təşviş yaradır. Səhhətində heç bir problem olmayan insanlar qəfildən dünyasını dəyişir. Onların böyük qisminə ürəktutma diaqnozu qoyulur. Bəs bu nə dərəcədə doğrudur?. xəbə

23 aprel
.

Elçin Əfəndiyev əməliyyat olunub

Xalq yazıçısı Elçin Əfəndiyev İstanbulda əməliyyat olunub. xəbər verir ki, bu barədə APA-ya Xalq yazıçısı özü məlumat verib. O, əməliyyatın iki gün əvvəl baş tutduğunu bildirib. Yazıçı əməliyyatın uğurlu keçdiyini qeyd edib

22 aprel
.

"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı

"Space TV" ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini isə kanalın rəsmisi yaxın günlərdə ödəyəcəklərini bildirdi". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zamirə Dadaşova sosial şəbəkədə yazıb

23 aprel
.

Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi

Keçmiş baş prokuror Zakir Qaralovun əmisi qızı Mehriban Qaralova məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir. İddiaya Bakı Kommersiya Məhkəməsində baxılacaq. Günay Namazova iş üzrə hakim təyin edilib. Məhkəmə çəkişməsi icar

23 aprel
.

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? (TƏFƏRRÜAT)

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun adı keçən torpaq qalmaqalının detalları məlum olub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qalmaqala səbəb Abel Məhərrəmovun Xızı rayonunun Altıağac qəsəbəsindəki əmlakı ilə bağlıdır

23 aprel
.

Azərbaycanda 23 yaşlı qızın 45 yaşlı kişi tərəfindən qaçırıldığı iddia olunur

Bərdədə 23 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. Ailəsi qızın zorla bir neçə nəfər tərəfindən qaçırıldığını iddia edir. APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Uğurbəyli kəndində qeydə alınıb. Kənd sakini 2001-ci il təvəllüdlü S.A. səhər saatlarında işə gedən zaman avtomobil yolunun kənarında

23 aprel