Bakıda 13 yaşlı uşaq FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

Bakıda 13 yaşlı uşaq FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜBakıda 13 yaşlı uşaq hasardan yıxılaraq ölüb.

Sonxeber.az xəbər verir ki, Sabunçu rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun Maştağa qəsəbəsində baş verib.

Maştağa qəsəbəsi, Axund Şeyx Hüseyn küçəsi, döngə 4, ev 316-da yaşayan, 2005-ci il təvəllüdlü Rəhimov Ayaz Həsənbala oğlu həmin küçədə yerləşən evlərdən birinin hasarından yıxılıb.

Uşaq hadisə nəticəsində daxili orqanlarının zədələnməsindən dünyasını dəyişib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisə   Baxılıb: 3093   Tarix: 10 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR