Türkiyədən sonra Azərbaycanda da dollar kəllə-çarxa qalxacaqmı? - AÇIQLAMA

Türkiyədən sonra Azərbaycanda da dollar kəllə-çarxa qalxacaqmı? - AÇIQLAMAAzərbaycanda devalvasiya gözlənilmir.

Sonxeber.az bildirir ki, bunu Teleqraf.com-a açıqlamasında iqtisadçı Fuad İbrahimov deyib.

İqtisadçının sözlərinə görə, devalvasiya olacağı ilə bağlı yayılmış məlumatlar mövcud reallığı əks etdirmir:

"İndiki vəziyyətdə manatın məzənnəsinə ciddi təsirlərin olacağı gözlənilmir. Konkret əmsallar var, bu əmsallar da manata təzyiqlərin olmadığını deməyə əsas verir. Dünya birjalarında neftin qiymətlərinin bahalaşması trendi, eyni zamanda idxal-ixrac əməliyyatları arasında yaranmış mövcud balans (saldo), makro-iqtisadi göstəricilər onu deməyə əsas verir ki, manatın kəskin devalvasiyaya gedəcəyi gözlənilən deyil. Bunun üçün ciddi narahatlıq yoxdur".

Fuad İbrahimov qeyd edib ki, müxtəlif üsullardan istifadə edərək manatın stabilliyini saxlamaq mümkün olur: "İndiki şəraitdə manatın məzənnəsi sabit "üzən məzənnə" hesabına saxlanılır. Lakin məzənnəni sabit saxlaya bilirik. Digər yandan isə manata güclü təzyiqlər də yoxdur. Buna görə də devalvasiya ilə bağlı narahatlığın olduğunu düşünmürəm".

İqtisadiyyat   Baxılıb: 4544   Tarix: 10 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR