Mərkəzi Bank manatın taleyi ilə bağlı açıqlama verdi

Mərkəzi Bank manatın taleyi ilə bağlı açıqlama verdiAzərbaycan Mərkəzi Bankı Türkiyədə, Rusiyada və İranda milli valyutanın dollara nisbətdə kəskin ucuzlaşmasının manata təsiri olub-olmayacağı barədə açıqlama verib.

Sonxeber.az məsələ ilə bağlı Milli Bankın mətbuat katibi Namiq Əliyev Modern.az-ın sorğusunu cavablandırıb.

O deyib ki, vValyuta bazarındakı vəziyyət və manatın məzənnəsinə təsir göstərən başlıca fundamental amil təbii balansın durumudur.

"Azərbaycanın tədiyyə balansı göstəricilərinin yaxşılaşması davam etməkdədir. Ölkənin qeyri-neft sektoru üzrə ixrac potensialının artması və dünya bazarında neftin qiymətinin yüksəlməsi cari ildə ixracın sürətlə genişlənməsinə şərait yaradıb. Ticarət balansından əlavə xidmətlər balansında da pozitiv proseslər davam edir. Turizm xidmətləri üzrə müsbət saldo qorunub. Bundan başqa ölkəyə daxil olan pul aparatlarının həcmində artım müşahidə olunur. Xarici valyuta daxilolmalarının artım şəraitində ölkənin həm nağd, həm də qeyri-nağd valyuta bazarında vəziyyət tarazlıdır. Bazarda aparılmış müşahidələrə görə, banklar xarici valyutanın alış-satış məzənnələrini xüsusi məzənnəyə yaxın səviyyədə müəyyən edirlər".

Mərkəzi Bank rəsmisi bildirib ki, manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi isə əlverişli makroiqtisadi mühitdə sabit vəziyyətdədir.

"O ki qaldı Rusiya və Türkiyənin milli valyutalarının ucuzlaşmasına, qeyd edə bilərəm ki, tərəfdaş ölkələrin valyuta bazarlarının vəziyyəti Mərkəzi Bank tərəfindən daimi olaraq izlənilir".

N.Əliyev Azərbaycanda bəzi bankların dolların məzənnəsini bahalaşdırması iddialarına da münasibət bildirib:

"Ümumilikdə tərəfdaş ölkələr üzrə manatın çoxtərəfli məzənnəsinin dinamikasında göstərilir ki, ilin ötən dövründə manatın qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi nominal effektiv məzənnə 1.2% möhkəmlənib. Qeyd olunanlar onu göstərir ki, bəzi banklar dolların satış məzənnəsini cüzi arıtıbsa belə, bu yalnız psixoloji faktorla izah oluna bilər".

Qeyd edək ki, rəsmi Ankaranın ABŞ-la siyasi gərginliyi fonunda Türkiyə milli valyutası lirənin dollar qarşısında məzənnəsi rekord hədd ucuzlaşıb.

Bu gün bir dolların məzənnəsi 6 lirə civarında olub.

"Amerikanın təhlükəsizliyinin Kremlin aqressiyasından müdafiəsi üzrə Akt" ("Defending American Security from Kremlin Aggression Act) adlanan sənədin mətni açıqlanandan sonra ABŞ dollarına nisbətdə Rusiya rublu da kəskin ucuzlaşıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 13549   Tarix: 10 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları AÇIQLANDI

2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın məhsul ixrac və idxal etdiyi əsas ölkələr məlum olub. xəbər verir ki, qeyd olunan müddət ərzində ixracın 35,5 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 8,4 faizini Hindistana, 6,3 faizini Gürcüstana, 4,4 faizini İspaniyaya, 3,3 faizini Rusiyaya, hər bir

16 may 2021
.

"Bitcoin"in qiyməti düşdü

Dünyanın ən populyar kriptovalyutası olan "bitcoin"in qiyməti 18 faizdən çox düşüb. TASS-a istinadla xəbər verir ki, saat 20:45 (GMT+4) üçün "bitcoin"in dəyəri 18,32 faiz ucuzlaşaraq 31,179 min dollar təşkil edib. Qeyd edək ki, saat 16:55-də "bitcoin"in qiyməti 33,348 (-11,0

23 may 2021
.

Laçında ətrafında içki məclisi qurulduğu iddia edilən bulağı salan şəxsin övladı danışdı - VİDEO

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə çəkiliş üçün Laçına gedən bir qrup rəsmi şəxsin və deputatın Laçında Humay Hümbətov adlı şəxsin xatirəsinə salınmış bulaq başında kef məclisi qurması ilə bağlı iddialar yayılıb. Yayılan məlumatda bildirilir ki, qeyd edilən məclisdə Laçın rayonunun deputatı Mahi

19 may 2021
.

Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib - VİDEO

Sahibkarlar üçün maliyyə dəstəyi mexanizmlərindən istifadə asanlaşdırılıb. Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib. Xəzər TV-yə istinadən xəbər verir ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən daxil olan müraciətlər əsasında təhlillər aparılıb və maliyyə dəstəyi mexanizmlərindən istifad

3 sentyabr 2021
.

Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr - Siyahı

2021-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 156 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsindən -a verilən məlumatına görə, gömrük orqanlarınd

20 iyul 2021
.

Azərbaycanda dollar yenidən bahalaşır? - AÇIQLAMA

Son günlər ərzində bankların dollar satışında qoyudğu məhdudiyyətlər cəmiyyətdə müəyyən aajiotaja səbəb olub. Əhali arasında yenidən devalvasiyanın olması ilə bağlı müəyyən narahatlıq var. Bəs görəsən bu narahatlığa ciddi əsas varmı? Devalvasiya təhülkəsi gözlənilirmi?. Mövzu ilə bağlı -ın sualların

6 may 2021
.

Bitkoinin qiyməti 42 min dollara yaxınlaşdı

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 41 840 ABŞ dollarına çatıb. xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,94 %, son 7 gün ərzində isə 23,40 % bahalaşıb. Nəticədə onun kapitallaşması 783,73 milyard dollara çatıb. Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan "Ethereum"u

1 avqust 2021
.

İdxal və ixrac olunan məhsullar AÇIQLANDI

Bu ilin yanvar-may aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb. Dövlət Statistika Komitəsindən -a verilən məlumata görə, yanvar-may ayları ilə müqayisədə bu ilin beş ayında mühüm məhsul növlərindən buğda idxalı 14,7 faiz, xam şəkər və şəkər 0,8 faiz, kartof 14,7 faiz, çay 6,7 faiz, təzə tərəvə

24 iyul 2021
.

Ermənistan 30 ildə vurduğu ziyana görə nə qədər kompensasiya ödəyəcək? - AÇIQLAMA

"30 il müddətində Ermənistanın Azərbaycana vurduğu ziyan tək mənəvi deyil, maddi ziyanlarla da müşahidə olundu. Bu ziyan milyardlarla dollar vəsaitlə ölçülə bilər". Bu sözləri - açıqlama verən iqtisadçı ekspert Elşad Məmmədov deyib. O bildirib ki, Ermənistanın bizə ödəyəcəyi təzminat haqqınd

19 iyun 2021