Rubl və lirənin dəyərdən düşməsi manatın dəyərdən düşəcəyi deməkdir ? - AÇIQLAMA

Rubl və lirənin dəyərdən düşməsi manatın dəyərdən düşəcəyi deməkdir ? - AÇIQLAMAİqtisadçı ekspert Elman Sadıqov qonşu ölkələrdə baş verənlərin, milli valyutamıza təsirindən söz açıb. Sonxeber.az ekspertin "Facebook" səhifəsində paylaşdığı fikirlərini təqdim edir:

Ölkəmizin 3 əsas qonşusu ABŞ-ın iqtisadi sanksiyalarına məruz qalmaqdadır. Türkiyə, Rusiya və İranın Azərbaycanın ən aktiv və xüsusilə qeyri-neft sektorunda yüksək payı olan ölkələr olması və digər məsələlər dəfələrlə qeyd olunduğu üçün təkrara ehtiyac yoxdur. Məsələyə fərqli prizmadan yanaşmağa çalışaq.

Ən çox müzakirə mövzusu devalvasiyanın olub olmayacağıdır. Məsələnin qoyuluşu yanlışdır. Çünki, hazırda ölkənin öz daxili şəraiti və reallıqları, neftin qiyməti, tədiyyə balansının profisiti (bu profisit hər nə qədər kövrək olsa da) manata təzyiqin olmadığını göstərir. Müzakirə mövzusu bu sanksiyaların ölkəmizin iqtisadiyyatına gözlənilən təsirləri olmalıdır. Birincisi, düşünürəm ki, hazırda qonşu ölkələrdə yaranan vəziyyətin ölkəmizin iqtisadiyyatına təsirləri ölçülür, təhlillər aparılır. Yaranmış və yaranmaqda olan risklər müəyyən olunur, həmin risklərin yumşaldılması tədbirləri görülür və görüləcəkdir. Təhlillər göstərir ki, əslində hər 3 ölkəyə qoyulan sanksiyalar (bu sanksiyaların mahiyyəti, əhatə dairəsi və xüsusiyyətləri ölkələrə görə fərqlənsə də nəticələri eynidir; həmin ölkələrin valyutalarını dəyərdən salır və iqtisadiyyatı zəiflədir) elə Azərbaycana da dolayısı yolla qoyulmuş sanksiyalar deməkdir. Çünki, ölkəmiz dolayı yolla həmin sanksiyaların təsirinə məruz qalmaq riski ilə üzləşir. Lirə və rialın dəyərdən düşməsi ölkəmizə xüsusilə kənd təsərrüfatı mallarının, o cümlədən tikinti məhsulları daxil olmaqla ölkəmizdə istehsal olunan digər məhsulların istehsalını yüksək risk altına qoyur. Digər tərəfdən rublun dəyərdən düşməsi Rusiyaya ixrac olunan kənd təsərrüfatı məhsulları üzrə gəlirliyi minimuma endirir. Rusiyada istehsal olunan malların ölkəmizə idxalını daha cəlbedici edir. Deyilənləri ümumiləşdirsək, hər 3 ölkə üçün Azərbaycan daha çox məhsul satışı üçün rəqabət meydanına çevrilə bilər. Bu isə ölkədən valyuta axınını da sürətləndirər, istehsalı da məhv edər.

Vəziyyət bu cür davam edərsə, 1 dolların 70 Rusiya rublunu, Türkiyədə isə 7, daha sonra 7.5, addım atmazsa 9-10 lirəyə qədər ucuzlaşacağı inandırıcıdır. İranda vəziyyət daha qarışıqdır. Ölkədə 2-3 kurs vardır. Rəsmi kurs isə real bazar kursundan azı 2-3 dəfə fərqlənir (ucuzdur). Biz USD/RUR və USD/AZN paritetlərini analiz etdikdə görürük ki, 1 dollar 70-75 rubl həddi Azərbaycan üçün pis olsa da katastrofik risk daşımır. 1 dollar 75 rubl həddini keçərsə risk dərəcəsi çox yüksək olar. Türkiyə lirəsində isə paritet analizləri göstərir ki, 1 dolların 4.2 lirədən baha olması idxal təzyiqini nisbətən artırır. Lakin, 1 dolların 5 lirədən baha olması riskləri artırsa da idarəolunan həddə olur, 6 lirəni keçməsi isə idxal təzyiqinin artması üçün yüksək risk deməkdir. İran rialı isə artıq bütün risk hədlərini keçmişdir.

İlk baxışda bu hal devalvasiyanın qaçılmaz olduğunu göstərsə düşünürəm ki, yanıldıcı yanaşmadır. Xüsusilə, aşağıdakı səbəblər devalvasiya riskini, daha sadə dillə desək ehtimalını azaldır:
- Türkiyə və Rusiyadakı mövcud vəziyyət, xüsusilə yerli valyutaların dəyərdən düşməsi təbii iqtisadi amillərdən deyil, tətbiq olunan sanksiyalar səbəbindəndir. Xüsusilə Türkiyəyə qarşı sanksiyaların uzunmüddətli olacağı ehtimalı azdır;
- Neftin qiymətinin 60 dollardan yuxarı olması manata olan təzyiqləri minimallaşdırır;
- Bu kimi vəziyyətlərdə devalvasiya yeganə çıxış yolu olmur. Devalvasiya həm də nisbi anlayışdır. Tutaq ki, bu gün müəyyən faiz nisbətində devalvasiya oldu. Sabah həmin ölkələrdəki valyutalar daha da uzuşlaşsa onların ardınca gedəcəyik? O halda biz özümüz-özümüzü sanksiyaların təsiri altına atmış olarıq. Digər tərəfdən, xüsusilə İranda sanksiyaların (daha sərt olduğu üçün) davamlı və daha təsirli olacağı gözlənilir.
Bu və digər səbəblərdən qonşu ölkələrdəki devalvasiyaların ölkə iqtisadiyyatının hansı sahələrinə hansı səviyyədə mənfi təsir edəcəklərini müəyyənləşdirərək həmin təsirləri minimallaşdırmaq üçün tədbirlər görüləcəkdir. Bu tədbirlərdən ən təsirlisi və zaman-zaman bir çox ölkələrdə də tətbiq olunanı proteksionist siyasəti daha da gücləndirməkdir. Kənd təsərrüfatı, digər istehsal sahələrini gömrük sistemi vasitəsilə iqtisadi tənzimləmələrin effektiv tətbiqinə nail olmaqdır. Burada rüsum və tarif artımı nəzərdə tutulmur. Bu tədbirlər normal iqtisadi şəraitlərdə daha çox tətbiq olunur. Xüsusilə İran və Türkiyədə valyutaların dəyərsizləşməsi o qədər sürətlə davam edir ki, rüsum və tarif artımının effekti olmaz, əksinə, daha riskli vəziyyət yaradar. Həm idxal, həm bahalaşma davam edər, istehsal isə məhv olar. Burada ən effektiv yol kvota təyinidir ki, öncəki məqalə və müsahibələrimdə bu məsələyə geniş toxunduğum üçün təkrara yol vermək istəmirəm.

Ümumiyyətlə, bu proseslərin nə ilə nəticələnəciyini müəyyən etmək çətindir. Türkiyənin vəziyyəti düzəltmək şansı daha çoxdur. Rusiya ilə bağlı Krım və Ukrayna məsələsi daha prinsipial xarakter daşıdığı üçün nisbətən çətindir. Nə qədər qəribə görünsə də, İranın şansı hələ də qalmaqdadır (ABŞ danışıqlar üçün açıq olduğunu bildirib). Lakin, danışıqlar olmasa ən sərt sanksiyalar da İrana tətbiq olunduğu və İranla bağlı risklərin daha yüksək olduğu üçün ən ciddi mənfi təsirlərin də (həm də uzunmüddətli) İranla bağlı olacağı ehtimalı yüksəkdir.

Sonda onu da vurğulamaq istəyirəm ki, qonşu ölkələrdəki valyutaların dəyərdən düşməsi manatın dəyərdən düşəcəyi demək deyildir. Əvvəla, neftin hazırki qiymətləri manata olan təzyiqləri minimallaşdırır. İkincisi, bu hadisələrin manata təsiri birbaşa deyil, dolayıdır. Bu dolayı təsir isə getdikcə ucuzlaşmaqda olan idxal və nəticədə yarana biləcək valyuta axını vasitəsilədir. Biz bu dolayı təsirlərin risklərini minimallaşdırsaq, o zaman manata olan təzyiqi də minimuma endirmiş olarıq. Xüsusilə mövcud şəraitdə devalvasiya çıxış yolu deyil. Məhz bu səbəblərdən mövcud şəraitdə devalvasiyaya getmədən qeyd etdiyim və etmədiyim bir çox iqtisadi resursların dəstəyi ilə görüləcək tədbirlərin effektiv olacağı şansı daha çoxdur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2931   Tarix: 10 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bakı Baş Səhiyyə Mərkəzi məhkəmə qarşısında - Nə baş verib?

Bakı Baş Səhiyyə Mərkəzi barəsində inzibati iş başlanıb. Qaynarinfo xəbər verir ki, quruma qarşı İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahə

19 aprel
.

Bu məhsulları küçədə satanlar 80 manat CƏRİMƏLƏNƏCƏK - VİDEO

Yol kənarlarında və bazarlarda qida məhsullarının satışı aparılır. Bu tendensiyaya son zamanlar daha çox rast gəlinir. Kənd məhsullarının satışında sanitariya və gigiyena qaydalarına çox da diqqət yetirilmir. Bu da həmin qidaları qəbul edən vətəndaşların sağlamlığına mənfi təsir göstərir. xəbər veri

19 aprel
.

Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb

Xocavənd rayonunun Xocavənd kəndi ərazisində şərab zavodunun yaxınlığında yerləşən yaşayış binasına aid olan ferma tipli tikilidə xeyli sayda partlayıcı maddə aşkarlanıb. Bu barədə -a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Qeyd edilib ki, ANAMA əməkdaşları tərəfindən həyata keçirilə

19 aprel
.

Ətin qiyməti niyə günbəgün ARTIR? - Açıqlama

2024-cü ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 89,1 min ton ət istehsal olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,5 faiz azalıb. Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır?. Mövzu ilə bağlı bağlı iqtisadçı-eskpert Natiq Cəfərli -a açıqlama verib. İqtisadç

19 aprel
.

Qəbiristanlıqdan oğurluq edildi - Keçmiş məhkumlar saxlanıldı

Lənkəran şəhəri ərazisində yerləşən qəbiristanlıqlardan birindən metal məhəccər və dəmir borular oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupu məlumat yayıb. Bildirilib ki, həmin əməli törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri, əvvəllər məhku

19 aprel
.

Uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq. xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, ölkənin bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi" keçiriləcək. 2024-cü il 21–27 aprel tarixlərini əhatə edəcək "İmmunlaşdırma həftəsi"

19 aprel
.

Balakəndə 11 əsrə şahidlik edən, inanc yeri olan ağac - VİDEO

Balakənin Katex kəndində yol kənarında bitən, yaşı min ildən artıq olan dağdağan ağacı bu gün də diqqət mərkəzindədir. Belə ki, inanc yeri olan ağacdan müalicə üsulu kimi istifadə edirlər. Həmçinin bu ağac yerli sakinlərlə yanaşı, ərazidən keçən əcnəbi turistlərin də diqqətini çəkir. Daha ətraflı Bak

18 aprel
.

Parlament seçkiləri nə vaxt keçiriləcək?

"Parlament seçkiləri sentyabrda keçirilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli deyib. Qulamhüseyn Əlibəyli bildirib ki, parlament seçkilərinin noyabrda keçirilməsi ümumi tələbdir, amma seçkilərin vaxtı dəyişdirilə də bilər:. "Konstitusiyaya görə, növbədənkəna

19 aprel
.

Kirayə mənzil bazarında qiymətlər niyə bahadır? - AÇIQLAMA

Bu gün ölkənin daşınmaz əmlak bazarında qiymətləndirmə ictimaiyyəti maraqlandıran əsas məqamlardandır. Ölkə ərazisində xüsusi ilə də paytax Bakıda kirayə mənzillər bahalaşıb. Kirayə mənzil bazarında qiymət artımının səbəbi nədir?. Məsələ ilə bağlı mənzil üzrə ekspert Elnur Fərzəliyev -a açıqlama verib

19 aprel