"Müharibəyə hazırlaşın" - Dəniz komandanından dünyanı qorxudan ÇAĞIRIŞ

"Müharibəyə hazırlaşın" - Dəniz komandanından dünyanı qorxudan ÇAĞIRIŞRusiya və Çin öz Hərbi Dəniz Donanmasını təkmilləşdirməyə davam etdiyi bir dövrdə ABŞ hərbçiləri həyəcan təbili çalmağa başlayıb. Bu həyəcana həmçinin hər iki ölkənin gəmilərinin bir zamanlar ABŞ-ın hökmranlıq etdiyi Atlantik okeanında aktiv fəaliyyəti də səbəb olub.

Rusiyanın son beş ildə, Çininsə son 10 ildə donanmasını yenidən qurması, yəni onu yeni texnologiya ilə təmin etməsi Pentaqonu öz güclərinə yenidən baxmağa məcbur edib.

Sonxeber.az modern.az-a istinadən bildirir ki, ABŞ Atlantik okeanında ikinci donanmanı hərəkətə gətirərək cavab tədbirləri görməyə çalışır.

Rusiya və Çinin ABŞ-ın əsas fəaliyyət sektoru olan Atlantik okeanında aktivlik göstərməsi təbii ki, Pentaqon və NATO-nu narahat etməyə bilməzdi. Bu bölgənin NATO ölkələri ilə həm əlaqələr, həm ticarət, həm də təhlükəsizlik amilləri baxımından güclü təsirini nəzərə alsaq bunun nə dərəcədə əhəmiyyətli olduğunu anlamaq çətin olmaz.

"Söhbət son 25 ildə görünməmiş yüksək aktivlikdən gedir" - dəniz komandanlığının rəhbəri admiral Con Riçardson "Amerikanın səsi" radiosunda çıxışı zamanı qeyd edib.

ABŞ-ın və NATO-nun dənizaltı donanmasının yeni rəhbəri vitse-admiral Çarlz Riçard isə avqustun 3-də bunu daha qatı formada ifadə edib.

"Müharibəyə hazırlaşın" – Çarlz Riçard bəyan edib.

"Yalnız müharibəyə hazır olmaqla biz ondan yan keçə bilərik. Millətimiz bizdən qələbə gözləyir və biz bu ümidləri aldada bilmərik" – vitse-admiral bildirib.

Nəzərə almaq lazımdır ki bu tipli çağırışlar ABŞ-ın 2018-ci il üçün Milli Təhlükəsizlik Strategiyasını təşkil edir.

Hərbi Dəniz Qüvvələrinin əməkdaşları bu müharibəni ideoloi səviyyəyə qaldırıblar. Buna səbəb Rusiya hərbçilərinin göstərdikləri ruh yüksəkliyi olub.

"Bu gün ixtisaslı kadrlara sahib, ən yeni texnologiyaya malik rus donanması bizə meydan oxuyur. Rus sualtı gəmiləri Atlantik okeanında gəzişir, bizim müdafiəmizi yoxlayır, bizim ağalığımıza meydan oxuyur və bununla öz döyüşçülərinə təlim keçirlər" – bunu isə admiral Ceyms Foqqo söyləyib.

Eyni zamanda rəqiblərin texnoloji yeniliklərə daha çox müraciət etməsi isə ABŞ-ı narahat etməyə bilməz.

Əsasən də Rusiyanın yeni texnikalardan istifadəsi və Çinin heyətini artırması ciddi narahatlıqlara səbəb olub. Belə ki, Rusiyanın yeni dağıdıcı gücə malik pilotsuz aparatları düşməndə qorxu yaratmaya bilməz. Admiral Con Riçardson bunu "mürəkkəb sualtı döyüş məkanı" adlandırıb.

"Bu cür dağıdıcı texnologiyalar gələcək döyüşlərdə həlledici olacaq. Biz əmin olmalıyıq ki, biz də bu işə öz qatqımızı veririk" – admiral bildirib.

Bütün hərbçilər həyəcan təbili çaldığı bir zamanda ABŞ-ın müdafiə naziri Ceyms Mettis bu hadisələrə soyuqqanlı yanaşıb.

Riçardsonun "Amerikanın Səsi" radiosuna söylədikərinə şərh verməyən nazir:

"Biz istənilən sualtı aktivliyə nəzarət edirik. Bu məndə narahatlıq yaratmır" – deyə Mettis soyuqqanlılıqla bildirib.

Bütün bu bəyanatların təbii ki, rəqibin güclərini bir az da şişirtməyə hesablandığını da söyləmək olar.

Çünki, bu cür siyasət hər mənada ABŞ-a sərf edir. Buna ən azı iki səbəb göstərmək olar. Belə ki, birinci halda rəqibin güclərini şişirtməklə öz hərbçilərinin gözündə döyüş hazırlığını yüksək səviyyədə saxlamaq əsas prioritet olur. İkinci halda isə rəqibin gücünü şişirtməklə onun daha asan məğlubiyyətini belə mətbuatda lazımi reklama çevirmək mümkündür. Həmçinin burada müttəfiqlərin rəqibə qarşı sərt mövqe göstərməsinə də nail olmaq olar.

Amma yenə də Rusiyanın sonsuz aktiv zona və dağıdıcı gücə malik pilotsuz kiçik gəmiləri kimi yeni əldə etdiyi texnoloji üstünlükləri də unutmaq olmaz. Bu texnologiyaların dənizlərdə Rusiyaya ciddi üstünlüklər vəd etdiyi aydındır. Belə ki, birinci ona öz donanmasını hər zaman fasiləsiz olaraq döyüşə hazır saxlamağa imkan verir.

İkincisi döyüşlərdə insan faktorunu aradan qaldırmaq üçün böyük potensialı var. Həmçinin Rusiyanın arxivlərdə gizli saxlanılan SSRİ-nin dağıdıcı silahlarına yeni can vermək cəhdi də diqqətdən kənarda qala bilməz.

Bundan əlavə ABŞ əgər Rusiyaya qarşı 2-ci donanma ilə kifayətlənməyibsə bu zaman Atlantik okeanında ciddi mövqe mübarizəsinin getdiyini söyləmək olar. Çünki Atlantik okeanına nəzarət bir anda 4 qitəyə nəzarət etməyə böyük imkanlar yaradır.

Bütün bunları nəzər alaraq hazırda ABŞ və rəqibləri arasında bu regionda həm texnoloji, həm də ideoloji müharibə getdiyi göz qabağındadır. Ekspertlərin fikrincə, rəqiblər arasndakı güc nisbəti heç də birincinin xeyrinə deyil. Belə ki, 2020-ci ildə yalnız Çinin öz sualtı gəmilərinin sayını 70-ə çatdıracağı proqnoz olunur. Həmçinin nəzərə alsaq ki, Çin hazırda açıq şəkildə Rusiya ilə düşmənçilik əvəzinə demək olar ki, qarşılıqlı maraqlardan çıxış edir, bu zaman ABŞ-ın həyəcan təbili çalmasının oyun olmadığı aydınlaşır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 1412   Tarix: 14 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İraq hava məkanını tamamilə bağlayıb

İraqın Nəqliyyat Nazirliyi pilotsuz təyyarələrin İran ərazisindən İsrailə doğru buraxılmasından sonra ölkənin hava məkanının bağlanması barədə göstəriş verib. "Report" xəbər verir ki, bu barədə İraqın İNA agentliyi məlumat yayıb. Bundan əvvəl "Al Arabiya" telekanalı İrandan buraxıla

14 aprel
.

Ağ Ev: İranın İsrailə hücumu bir neçə saat davam edəcək

İranın hərbi qüvvələrinin İsrailə qarşı hücumunun bir neçə saat davam edəcəyi ehtimal edilir. "Report"un məlumatına görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Eydrien Uotson İranın öz ərazisindən İsrailə doğru pilotsuz uçuş aparatları buraxması ilə bağlı verdiy

14 aprel
.

SON DƏQİQƏ! İran rəsmən ELAN ETDİ: İsrailə qarşı hərbi əməliyyatlar...

"İranın İsrailə qarşı əməliyyatı başa çatıb". "Report" yerli mətbuata istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri deyib. "Bizim nöqteyi-nəzərimizdən əməliyyat başa çatıb, lakin ölkənin Silahlı Qüvvələri lazım gələrsə

14 aprel
.

Rusiyaya kütləvi dron hücumu: Dörd PUA Moskvaya yaxınlaşarkən məhv edilib

Rusiyada ən kütləvi dron hücumlardan biri ötən gecə baş verib. Ümumilikdə, ölkənin səkkiz rayonunda 35 PUA və bir S-200 raketi məhv edilib. Dörd PUA Moskvaya yaxınlaşarkən vurulub. Slavyansk şəhərindəki neft emalı zavodunda pilotsuz uçuş aparatının partlaması nəticəsində bir nəfər ölüb. Kaluqa vilayətini

17 mart
.

Rusiyanın yaşayış məntəqəsi ukraynayönümlü hərbçilərin nəzarətinə keçib

Rusiyanın Belqorod vilayətinin Qorkovski qəsəbəsi Ukrayna tərəfdə savaşan "Rusiyanın azadlığı" legionunun nəzarətinə keçib. "Report" xəbər verir ki, bu barədə legion teleqramda bildirib. "Belqorod vilayətinin Qorkovski qəsəbəsi "Rusiyanın azadlığı" qüvvələrinin nəzarət

17 mart
.

Ukraynada daha iki gürcü döyüşçü həlak olub

Ukraynada daha iki gürcü döyüşçü həlak olub. APA-ya istinadən bildirir ki, məlumatı "Gürcü Legionu" yayıb. Bildirilib ki, legionun döyüşçüləri Nodar Nasirov və Giorgi Qoqiaşvili ön xətdə döyüş tapşırıqlarını yerinə yetirərkən həlak olublar. Gürcüstan KİV-nin məlumatına görə, Ukraynada müharib

10 mart
.

İsrail PUA-ların buraxılmasına cavab olaraq Livana zərbələr endirib

İsrail ordusu PUA-ların ölkə ərazisinə buraxılmasına cavab olaraq "Hizbullah"ın Livandakı hədəflərinə zərbələr endirib. "Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. Məlumata görə, pilotsuz təyyarələr İsrailin şimalındakı Kfar-Blum və Hanita yaşayış məntəqələr

14 aprel
.

İranın İsrailin Qırmızı dənizdəki ən böyük bazasına hücumu gözlənilir - KİV

İran İsrailin Qırmızı dənizdəki ən böyük bazasına hücum edə bilər. Bu barədə Səudiyyə Ərəbistanının yerli telekanalı məlumat yayıb. Həmin baza Eritreya yaxınlığındakı Dahlak arxipelaqında yerləşir və Qırmızı dənizin bu hissəsindən keçən gəmiləri izləmək üçün istifadə olunur. İranın digər mümkün zərb

14 aprel
.

İsrail ordusunun itkiləri 604 nəfərə çatıb

Qəzza sektorunda vəziyyətin gərginləşdiyi oktyabrın 7-dən bəri HƏMAS hərəkatı ilə döyüşlərdə İsrail ordusunun ümumi itkiləri 604 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəsmi məlumatında deyilir. Son məlumatlara görə, ötən şənbə Qəzz

7 aprel