"Paşinyanı devirirlər" – Sərkisyan Moskvadan planla qayıdıb

"Paşinyanı devirirlər" – Sərkisyan Moskvadan planla qayıdıbErmənistanın keçmiş prezidenti Robert Köçəryanı törətdiyi cinayət əmələrinə görə həbs etmişdilər. Söhbət 2008-ci il martın 1-də prezident seçkilərindən sonra İrəvanın mərkəzi meydanına toplanmış etirazçılara odlu silahdan atəş açmaq əmri verməkdən gedir.

Sonxeber.az bildirir ki, bunu teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, həmin dönəmdə İrəvan qarnizonuna, yaxud Ermənistan Xüsusi Təyinatlı Qüvvələrinin komandanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hazırkı baş katibi Yuri Xaçaturov idi:

"Köçəryan Xaçaturova dinc nümayişçilərə odlu silahlardan atəş açmaq əmrini vermişdi. Meydana çıxanların əksəriyyəti isə keçmiş prezident Levon Ter-Petrosyanın tərəfdarları idi. Qırğında 32 nəfər halak oldu, 100-dən çox insan ağır xəsarət aldı. İndi də istintaq o faktı rəsmi olaraq təsdiq etdi ki, bu qırğının məsuliyyətini birbaşa Köçəryan daşıyır. Bu cinayət əmrini icra edən Xaçaturov da istintaqdan yayına bilmir.

Moskva Yuri Xaçaturovu azad etdirdi. Hesab edirəm ki, Robert Köçəryanın da azad olunmasında Rusiyanın rolu var. Halbuki istintaq rəsmi qaydada elan etmişdi ki, 1 mart qırğınının müəllifləri Köçəryan və Xaçaturovdur. Buna görə də Baş nazir Nikol Paşinyan və Petrosyanın tərəfdarları ilə yanaşı, həmin dövrdə həlak olan adamların qohumları bu qərara etiraz edirlər.

Serj Sərkisyan da bu məsələdə məsuliyyəti var. Artıq Sərkisyanın qardaşı və bir neçə qohumu, eyni zamanda Köçəryanın qohumları həbs edilib. Lakin bu həbslər dövlət əmlakını və vəsaitlərini oğurlamaqda ittiham edilənlərə qarşı həyata keçirilir. Bu baxımdan, dövlətə məxsus 500 milyon dollara yaxın maddi vəsait müxtəlif şəxslərdən geri alınıb".

Qabil Hüseynli hesab edir ki, Köçəryanın həbsdən azad edilməsində keçmiş prezident Serj Sərkisyanın ciddi rolu var:

"Çünki Sərkisyan bir neçə gün əvvələ kimi Moskvada idi. Halbuki yalandan iddia edirdilər ki, o, müalicə üçün İtaliyaya gedib. Qənaətimə görə, Serj Sərkisyan Kremldə Köçəryanın həbsdən azad edilməsi üçün müxtəlif şəxslərlə görüşlər keçirmək üçün Moskvaya getmişdi. O, Moskvada eyni zamanda Paşinyanın "Qarabağ klanı" və Rusiyaya qarşı fəaliyyətini dayandırmaq üçün danışıqlar aparırdı.

Beləliklə, Sərkisyan Moskvadan ürəkli qayıtdı və qayıdan kimi də Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsinə getdi. Çox keçməmiş məhkəmə Köçəryanın azad edilməsi barədə qərar verdi. Hesab edirəm ki, baş verənlər Ermənistana qəyyumluq edən hansısa böyük gücün hazırladığı ssenari üzrə cərəyan edir. Bu ssenari də "Qarabağ klanı"nın yenidən səfərbər edilməsini, yaxud Paşinyan rejiminin çökdürülməsini nəzərdə tutur".

Politoloqun sözlərinə görə, Xaçaturovun və Köçəryanın azad edilməsi də, 1 mart qırğınında məsuliyyət daşıyan Serj Sərkisyanın cinayət məsuliyyətinə cəlb edilməməsi də bu ssenarinin tərkib hissəsidir: "Artıq Ermənistan daxilində daha gərgin və ciddi siyasi mübarizənin əlamətləri görünməyə başlayıb. Paşinyan tərəfdarları İrəvanda etirzlar keçirirlər, Köçəryan və Sərkisyan tərəfdarları da digər bölgələrdə hazırlıq işləri görürlər. Bu, hərbi hazırlıq da ola bilər.

Başqa sözlə, Ermənistanda ciddi qarşıdurmalar gözlənilir. Bu qarşıdurmalar da revanş xarakteri daşıya, yaxud mövcud siyasi hakimiyyətin dəyişdirilməsinə cəhd ola bilər. Ermənistan özünün dramatik günlərini yaşayır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1291   Tarix: 16 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki..." - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki, biz ona öz aramızda "Doktor" ləqəbi qoymuşduq. Onda həkim dəqiqliyi var idi". Bu sözləri Milli Qəhrəman Elbrus Allahverdiyev haqqında İctimati TV-ə danışan döyüş yoldaşları deyib. Döyüş yoldaşları Milli Qərhəmanın şücaətlərindən danışarkə

28 mart
.

Sarkisyan açıqladı: Ermənilər Qazaxın işğal altındakı kəndlərini tərk edirlər

"Martın 18-də Nikol Paşinyanın Tavuş sakinləri ilə görüşündən sonra Noyemberyanın (Barana -red.) sərhəd zonasının kəndlərində məskunlaşan sakinlər həmin yerləri tərk edirlər". Bu sözləri erməni jurnalist Oskan Sarkisyan deyib. "Voskeparda (Əskipara - red.) məskunlaşan Qarabağdan gəlmi

22 mart
.

Baş nazir quru sərhədlərinin açılmamasından DANIŞDI

"Quru sərhədlərinin bağlı olmasını ümumdaxili məhsulla bağlamaq düzgün deyil". APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib. Baş nazir bildirib ki, 2021-ci ilin mart ayından Azərbaycanın quru sərhədləri bağlanıb:. "Bu, mənim baş nazir kim

15 mart
.

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Mehriban Əliyevanın rəsmi "Instagram" hesabındakı paylaşımda deyilir:. "Əziz həmvətənlər!. Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, sevinc

20 mart
.

"Paşinyan bu ərazilər ilə özü yaxından tanış olmaq istəyir" - Ekspert

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin (Dilican mahalı - red.) sərhəd kəndlərinin sakinləri ilə görüşündə bəyan edib ki, əgər İrəvan sovet dövründən qalan sərhədlər çərçivəsində Azərbaycana məxsus olan anklav kəndləri Bakıya qaytarmasa, bu, müharibəyə gətirib çıxaracaq. "Müharib

19 mart
.

Blinkendən Novruzla bağlı PAYLAŞIM

Baharın gəlişini və yeni başlanğıcları bildirən Novruz bayramınız mübarək. xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken "X" hesabında paylaşım edib. "Ailə bağları və daha parlaq bir gələcək üçün bu dəyərlərə sadiq qalaq", - deyə paylaşımda vurğulanıb

20 mart
.

Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı

Martın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

18 mart
.

"Ermənistanın havadarı olan ölkələr sülh məsələsinin həll olunmamasına çalışırlar" - Politoloq

Ermənistan mətbuatında Nikol Paşinyan bu gün Tavuş marza səfər edəcəyi bildirilib. Ermənistan hökumət səfərin təfərrüatlarını açıqlamayıb. Paşinyanın Azərbaycanla sərhəd olan əraziyə gəlməsinin səbəbi nə ola bilər? Sərhədlərin delimitasiyasına necə təsir göstərə bilər ?. Məsələ ilə bağlı politoloq Tura

18 mart
.

Paşinyan yaxın günlərdə Qazaxın dörd kəndini geri qaytaracaq

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının bir çox deputatları Nikol Paşinyanın yaxın zamanda Tavuş ərazilərinin (anklav olmayan Qızılhacılı, Xeyrimli, Aşağı Əskipara və Bağanıs Ayrım kəndləri) Azərbaycana verilməsi prosesini həyata keçiriləcəyini bildiriblər. Bu barədə Ermənista

20 mart