Ordumuzun snayperi düşmən snayperini gözündən vurub - "Sol gözündən məhv etdim"

Ordumuzun snayperi düşmən snayperini gözündən vurub - "Sol gözündən məhv etdim""Düşmən hücuma keçəndə heç birinin çiynində paqon yox idi. Mən içindən birini yaşlı olduğu üçün komandir zənn edib hədəf aldım və bir atəşlə məhv etdim. Onu cəmi 45 saniyəyə vurdum. Asan deyildi, onların hamısı iti hərəkətli idi. Üzü bizə tərəf atəş aça-aça gəlirdilər. Onlardan birini vurandan sonra hamısı pərən-pərən düşdü".

"Güllə uzunmüddətli atəş nöqtəsinə dəyən kimi mən də hədəf aldığım yerdən vurdum. Bilirsən harasından? Düz onun optik nişangahından. Onu da sol gözündən məhv etdim. Postdan onlar tərəfə baxanda başımıza açdıqları bütün faciələr gözümün önündə canlanır".

Düşmənlə üz-üzə ön xəttə xidmət aparan snayperimiz, müddətdən artıq hərbi qulluqçumuz "V.C"la döyüş növbəsindəyik…

- Ön xəttə xidmət aparan hərbi qulluqçu kimi oxucularımıza snayperin kim olduğunu necə izah edərdiniz? Az da olsa müqəddəs peşəniz haqqında danışardınız.

- Əvvəlcə Sizə təşəkkür edirəm ki, bura qədər gəlib bizimlə tez-tez maraqlanırsınız. İndi sualınıza cavab verim… (gülür) Snayperə ordunun görən gözü deyirlər. Həm də səssiz ölüm… Snayperin üzərinə düşən vəzifə həm ağır, həm də çox məsuliyyətlidir. Buna görə də biz gərək tutduğumuz mövqenin relyefinə və mövcud şəraitinə uyğun masqalanaq. Yaxşı gizlənmək və qarşı tərəfə görüntü verməmək də birinci şərtlərdəndir. Həm də bir atəşdən bir yerini dəyişməsən. Vəzifəmiz isə düşmənin canlı qüvvəsini məhv etməkdir. Bunu da ki, təyinatı snayper olan, əlində SVD, "İstiqlal", "Yalquzaq", "Mübariz" kimi silahlar olan hər bir döyüşçü bacarmalıdır. Şükür mən hələ ki, bacarıram və xidmətimi layiqincə davam etdirirəm.

- Ümumiyyətlə orduda snayperin əhəmiyyəti, təyinatı nədən ibarətdir? (Sual hərbi anlayışı olan şəxs üçün sıradan görünsə də, hazırda çağırış yaşına çatmış gənclərimiz üçün önəmlidir)

- Bilirsənmi bunu sözlə ifadə etmək mümkün deyil. Nə qədər uzaq mənzilli raketlər, artilleriya qurğuları çıxsa da siravi döyüşçünün apardığı döyüş tamam başqadır. Bəzən bir müharibənin taleyini bir əsgərin şücaəti dəyişə bilər. Mən belə başa düşürəm. Snayperin əhəmiyyəti də bax bunların içərisindədir. Təxribatın qarşısını alanda və ya əks-həmlə əməliyyatı olanda irəlidə olan qrupu qorumaq snayperin üzərinə düşür. Çünki snayper onların görə bilmədiklərini görür. Bir də hansısa postdan düşmən gizlənib davamlı olaraq atəş açırsa, onu susdurmaq da bizim üzərimizə düşür. Gün ərzində mənim snayperlə apardığım müşahidəm tamam başqa nəticələr verir. Adi əsgər sadəcə müşahidə edib, qeydlər aparır. Mən isə gördüyüm hər bir canlını hədəf bilirəm. Əlim tətikdə, qoruyucu da açıq, özüm də səbrlə müşahidədə oluram. İstənilən təxribata cəhd göstərən düşməni tək atəşlə məhv etmək əzmində oluram. Çünki qarşımdakı ermənidir... Allah Puşkinə rəhmət eləsin. Necə demişdi? Sən qorxaqsan, oğrusan, hiyləgərsən, çünki sən ermənisən... Ona görə də orduda snayper hər şey deməkdir. Yeri gələndə bizim özümüz də bir artilleriyanı əvəz edirik.

- Bildiyimiz kimi, Ermənistan ordusunun bölmələri daim təxribatçı əməliyyatlar həyata keçirir. Maraqlıdır, düşmən təxribatları zamanı erməni hərbi qulluqçusu məhv etmisinizmi?

- Əlbəttə vurmuşam. (gülür) Özü də bir neçə dəfə.... Dəqiq vaxtı deməyəcəm. Günlərin birində postda idim. Hər zamankı kimi gecə görmə cihazı ilə müşahidə aparırdım. Bir də əlaqəyə çıxdılar ki, yan posta basqın var. Yeri gəlmişkən deyim ki, snayperin hədəfə yaxınlaşmaq hiyləsi də var. Hə, ümumən basqın olan postu görə biləcəyim mövqeyə çıxdım. Bəlkə də sizə qəribə gələcək. Amma mən sevinirdim. Ona görə ki, ova gedirdim... Ova gedəndə də ya ovlanmalısan, ya da ovlamalısan. Nəysə gecə saat birdə düşmənin beş nəfərdən ibarət kəşfiyyat qrupu posta yaxınlaşmağa cəhd edirdi. Bizim də maşallah əsgərlərimiz başlarına od ələyirdi. Geri çəkildilər. Mənə bir şey qalmadı öz postuma qayıtdım. Səhərə yaxın bu dəfə mənim postuma girməyə cəhd etdilər. Həə artıq burada növbəti ovum nişangahda idi. Hər an vura bilərdim. Amma mən vurduğumdan əmin olmaq üçün çox ölçüb-biçirəm. Elə içlərindən yekəpər biri qabağa sıçrayan kimi düz alnından vurdum. Dedim kaş vurduğum komandirləri ola. Çünki hərbi rütbəsini bildirən heç nə yox idi. Onu vuran kimi pərən-pərən düşdülər. Bundan sonra bildim ki, vurduğum ermənilərin komandiri olub. Səhərə kimi cəsədi ortada qaldı. İtlər gəlib dartışdırırdı. O qədər başına it yığılmışdı ki, onun cəsədini sürüyə-sürüyə neytrala dartıb saldılar. Sonra xəbərlərdə izlədim ki, vurduğum mayor olub.

- Snayperlər üçün ən maraqlı məqam qarşısındakı rəqibinin həmkarı olmasıdır. Maraqlıdır, qarşı tərəfin snayperi ilə heç göz-gözə gəlmisinizmi?

- Bu maraqlı sualdır. Deməli, vaxtilə qarşımızdakı düşmənin postunda əsgərlər snayperlə yerlərini dəyişiblər ki, nəsə etsinlər. Bir də baxdım ki, onların snayperi eşələnir özünə yer düzəldir. Bu rahatlaşdı, bitirdi. Elə istədi ki, nişangahdan mənə baxsın, əli dəydi güllə bizim uzunmüddətli atəş nöqtəsinin üstündən getdi. Güllə uzunmüddətli atəş nöqtəsinə dəyən kimi mən də hədəf aldığım yerdən vurdum. Bilirsən harasından? Düz onun optik nişangahından. Onu da sol gözündən məhv etdim. Postdan onlar tərəfə baxanda başımıza açdıqları bütün faciələr gözümün önündə canlanır. Düşünəndə ki, o da həmin cinayətkarların törəməsidir, gərilirəm. Amma yox, snayperin səbri geniş olmalıdır. Həm də mən Azərbaycan əsgəriyəm.

- Söhbət zamanı dediniz ki, Sizə səssiz ölüm də deyirlər…

- Bəs nə… Səssiz ölüm, günahların cəzası… Ona görə səssiz ölüm deyirlər ki, snayper hədəfini yaralamaq istəmir. Nişan alıb, atırsansa deməli ölməlidir. Bax mən fərqli ərazilərdə xidmət etmişəm. Füzulidə olanda mənə "ağ ölüm" deyirdilər. Bu adı da Finlandiya ordusunun məşhur snayperi Simo Hayhoya görə deyirdilər. Mən əraziyə uyğun maskalanıb gizlənəndə heç öz hərbçi yoldaşlarım da bəzən məni tapa bilmirdilər. Elə olub ki, saatlarla gəlib uşaqlar bilmədən mən olduğum yerdə oturub, istirahət ediblər. Özüm qəsdən tərpənəndə qorxublar. Yəni sözümün canı odur ki, deyirdilər ki, sən ağ ölümsən ay Cavid. Həm də o erməni mayorunu qaşlarının ortasından vurmağım onlara çox ləzzət eləmişdi. İndi də Qazaxda məni "avcı" çağırırlar. Şükür Allaha bu günə kimi bir gülləm də boşa getməyib. Nə də ki, erməni heç olduğum yeri tapıb yan-yörəmə ata bilməyib. Doğrudur şəhid olmaq hər bir hərbçinin arzusudur. Amma mənə öldürməyi öyrədiblər. Görünmədən görürəm, ölmədən öldürürəm. Amma bilirsən qardaş qismətdən bir saniyə belə artıq yaşamaq olmur. Ona görə də, hər dəfə xidmətə çıxanda kəlmeyi şəhadətimi deyib çıxıram…

- Müsahibimiz mülki həyatda necə şəxsdir?

- Çox maraqlı insanam. Adətən hamı hərbçiləri "kantujnu", səbrsiz biri kimi tanıyırlar. Mən də evdə, qohumlara gedəndə hamı ehtiyyatla davranır ki, əsəbinə falan toxunarsınız haa… Amma bilirsən ki, mən snayperəm. Hara kimi desən səbrim var. Sakit təbiətliyəm. İçdən gülməyi çox sevirəm. Ailəliyəm, bir övladım var. Mənim də bütün stresslərimin dərmanı qızımdır. O yatanda da evdə vayfayım var. Ancaq snayper kinolarına baxıram. Xarici snayperlərin maskalanmağına mövqe tutmağına baxıram. Hərdən bir ikisini postda tətbiq edirəm. Əla effekt verir. Musiqini çox sevirəm. Amma oxunan yox… Həzin piano mahnıları həmişə köməyimə çatıb.

- Bax, buralara öyrəşmisiz, sabah təyinatla başqa yerə getsəz xidmətinizdə nə dəyişər?

- Heç nə… (gülür). Yerimi az dəyişməmişəm. Hara getdimsə birinci oranın ərazi quruluşunu öyrənirəm. Özüm üçün mövqelər kəşf edib, işarə qoyuram. Şəxsi heyətlə tanış olduqdan sonra xidmətimə başlayıram. Bax bu SVD var haaa… Nələr görməyib mənimlə birlikdə… Hərdən silahım da giley edir ki, ova elə (gülür). Amma Ali Baş Komandanımız Ermənistanı sülhə çağırır. Bu bizim xalq olaraq humanistliyimizi göstərir. Amma onlar bu jesti başa düşməz. Elə cənab Prezidentin döyüşə əmrini verdiyi an mən ancaq yüksək rütbəli erməni zabiti ovuna çıxacam. Doğrudur heç kim müharibə istəmir. Müharibə kimə nə verib ki… Amma mənim neçə-neçə qardaşımı əlimdən alıb. Buna görə də qan töküb itirdiyimiz torpaqları istəyirəm ki, qan tökə-tökə də alaq. Qarabağ bizimdir… Onsuz da əhdim var. Qarabağ döyüşnən alınandan sonra xidmətdən könüllü ayrılacam.

- Hər kəs snayper ola bilərmi?

- Yox qardaş. Snayper olmaq üçün normal boyun olmalıdır. Əsasən ucaboy olmaq daha yaxşıdır. Qolların uzun olmalıdır. Səbrin geniş olmalıdır. Ağıllı qərarlar verməyi bacarmasan. İçindəki qisas hissi ilə düşmənə baxıb hər gördüyünü də vurmaq olmaz. Bax, məni hərdən gənc əsgərlər qınayırlar ki, komandir niyə vurmursunuz flan postdakını. Görüntü verir axı… Bax, o əsgər bunu başa düşmür. Çünki qisas hissi onu tam olaraq ələ alıb. Amma bizdə bu hisslə verilən əmr qarşı-qarşıya dayanır. İndi deyirsən hamı snayper ola bilərmi? Elə bura gələn əsgərin hamısı snayper olmaq istəyir. Ani bir səhv ölüm deməkdir. Çox adam dərinliyə gedəndə snayper olmaq istəmir. Mən gənclərimizə idmanla məşğul olmağı tövsiyyə edirəm. Bir də demək istəyirəm ki, unutmayın siz mülkidə də olsanız, sizin də bir əsgər kimi funksiyanız var. Xidmətdə olduğunuz vaxtlarda əldə etdiyiniz bilikləri unutmayın. Sizə də sağolun deyirəm ki, bura kimi gəldiniz. Maraqlı söhbət elədik. İndi icazənizlə mənim döyüş növbəmin vaxtıdır. Hələlik, qismət olsa zəfər yürüşündə görüşərik.

(Ordu.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 1286   Tarix: 16 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Üzeyir Cəfərov: "Hərbçilərin statusu barədə yeni qanun qəbul olunacaq"

"Hərbi qulluqçuların statusu barədə yeni qanun qəbul olunacaq". Bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, yeni qanun layihəsində bir çox yeniliklər var:. "Bir sıra sənədlərin və məsələlərin təkmilləşməsinə ehtiya

27 iyun 2021
.

Füzulidə erməni hərbçisinin meyiti tapıldı

Erməni axtarış qrupları bu gün Füzulidə daha 1 erməni hərbçisinin meyitini tapıblar. xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Bununla da 14 noyabr 2020-ci ildən indiyədək aparılan axtarışlar nəticəsində tapılan erməni əsgər meyitlərinin sayı 1580 olub. Axtarışlar Azərbaycan Ordusunu

19 iyun 2021
.

Ağdam əməliyyatının DETALLARI: "Oradan bir nəfər də salamat çıxmayacaqdı"

"Erməni silahlı qüvvələri, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın hücumunu Ağdam istiqamətindən gözləyirdi. Bütün güclərini Ağdam ətrafında müdafiənin təşkilinə sərf etmişdilər. Minalardan da başqa çox böyük əsgəri gücü orada saxlayırdılar. Bu da onların hərbi rəhbərliyinin səriştəsizliyin

26 iyun 2021
.

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub - RƏSMİ

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Aslanov Şamil Mais oğlu ilkin ehtimala görə silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib. Faktla bağlı araşdırma aparılır

31 iyul 2021
.

Kabildəki Azərbaycan sülhməramlıları: "Hər şey yaxşıdır" - FOTOLAR / VİDEO

Azərbaycan və Türkiyənin sülhməramlıları radikal "Taliban" hərəkatının nəzarəti altında olan Əfqanıstanın paytaxtı Kabilin Həmid Karzai adına Beynəlxalq Hava Limanında "bir millət, iki dövlət" şüarı ilə çiyin-çiyinə xidmət edir. Sonxeber xəbər verir ki, hava limanının təhlükəsizliy

22 avqust 2021
.

Ermənistanın verdiyi xəritələrin 20-30 faiz doğru çıxması ilə bağlı nazirlikdən AÇIQLAMA

Ermənistan tərəfindən Azərbaycana təhvil verilən Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov aydınlıq gətirib. -ın məlumatına görə

20 iyun 2021
.

4 terrorçu zərərsizləşdirildi

Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri PKK terror təşkilatının Suriya qanadının bir neçə silahlısını zərərsizləşdirib. "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sosial şəbəkədəki səhifəsində bildirilir. Qeyd edilir ki, Türkiyə hərbçilərini

12 sentyabr 2021
.

Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutuldu

Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində mövqelərimizi atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 22-si saat 20:47-dən 22:50-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunu

23 avqust 2021
.

Azərbaycan yeni "Akıncı" PUA-larını alacaqmı? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün "Bayraktar TB2" PUA-larının yeni və daha təkmilləşdirilmiş versiyası olan "Akıncı"ların Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi münasibətilə mərasim təşkil olunub. Tədbirdə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Dövlət başçısı yen

30 avqust 2021