ABŞ Cənubi Qafqaz ölkələrindəki seçkilərə müdaxiləyə hazırlaşır – Rusiyalı ekspert

ABŞ Cənubi Qafqaz ölkələrindəki seçkilərə müdaxiləyə hazırlaşır – Rusiyalı ekspertABŞ prezidenti Donald Trampın Vaşinqtonun düşmənləri və rəqiblərinə qarşı kiber hücumlar təşkil etməsində məhdudiyyətləri aradan götürən fərman imzalaması o deməkdir ki, Amerika digər ölkələrdəki seçkilərə ciddi müdaxiləyə hazırlaşır.

Sonxeber.az azvision.az-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın Beynəlxalq Təhlükəsizlik Problemləri İnstitutunun əməkdaşı, politoloq Aleksey Fenenko deyib. Onun sözlərinə görə, dünyada hələ kiber hücumun həyata keçirilməsi üzrə hansısa sübut olunmuş fakt yoxdur. Bütün sübutlar sadəcə ehtimal səviyyəsindədir. Lakin Trampın sabiq ABŞ prezidenti Barak Obamanın 2012-cil ildə qəbul etdiyi sənəddə nisbətən yumşaq şərtləri dəyişdirərək, Amerikanın rəqiblərinə qarşı kiber hücumlar təşkil etməsində məhdudiyyətləri aradan götürməsi Vaşinqtonun başqa ölkələrdə keçirilən seçkilərə müdaxiləyə hazırlaşdığını deməyə əsas verir.

"İstisna deyil ki, Obamanın qərarının ləğv edilməsi vasitəsilə ABŞ Rusiya və Çin kimi ölkələrin yox, Gürcüstan və Ermənistan kimi tərəddüd edən, xarici siyasətlərində ikili çatlar yaranan dövlətlərin daxili işlərinə ciddi şəkildə qarışmağa, onlarda keçirilən seçki proseslərinə müdaxilə etməyə hazırlaşır. Çünki, bu ilin yazında şahidi olduğumuz kimi cəmiyyətində ciddi parçalanma gedən Ermənistanda seçki texnologiyalarından asanlıqla istifadə edilə bilər", – deyə Fenenko vurğulayıb.

Rusiyalı politoloq, həmçinin qeyd edib ki, Trampın bu qərarı ilə ABŞ özünə qarşı kiber hücum həyata keçirməkdə ittiham etdiyi ölkələrin əleyhinə istənilən növ güc tətbiqi üçün əsas əldə edəcək: "Müəyyən dövlətlərin kiber hücumlarda ittiham olunması imkanları genişlənəcək. Yəni ABŞ özünə qarşı kiber hücumun təşkil edildiyini deyərək, cavab tədbirləri norma halına salınmasa belə, qarşı tərəfə istənilən növ güc tətbiq etməkdə tam hüquq əldə edir və bunun üçün qanuni əsas yaradır".

Lakin Fenenkonun fikrincə, 2011-ci il təcrübəsindən dərs çıxaran Vaşinqtonun Rusiyaya qarşı kiber hücumdan istifadə etməsi çətin olacaq. Çünki ABŞ Rusiyada kifayət qədər elektoral bazaya sahib deyil və onun tərəfdarları yalnız müəyyən ziyalılar təbəqəsidir. Bu mənada, iqtidarın siyasətini dəstəkləyən cəmiyyətlərdə seçkilərə müdaxilə uğursuz nəticələr verir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 943   Tarix: 16 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI

"Bizim "Vahid Çin" siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də AD

23 aprel
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

İlham Əliyev: "Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır"

"Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, "Zəngəzur dəhlizi" sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yo

23 aprel
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19 aprel
.

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır. xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib:. "Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan memorandumla Qarabağ regionunda atəşkəsə nəzarət və pozuntuların qarşısını

18 aprel
.

Vladimir Putin: "Heydər Əliyev Baykal-Amur magistralının tarixində müstəsna, böyük rol oynayıb"

"Heydər Əliyev Baykal-Amur Magistralının (BAM) tarixində müstəsna, böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları v

22 aprel
.

Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi

"Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər". Bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif "Hayastan" blokunun deputatı Qarnik Danielyan çıxış edib. O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan poli

23 aprel
.

Azərbaycan Prezidenti: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

"Biz məsələnin həllinə (sülh sazişinin imzalanmasına – red.) heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev apreli

23 aprel
.

İlham Əliyev: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

"Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib. "Üzləş

23 aprel