Türkiyədə lirə böhranı: Qardaş ölkəni nələr gözləyir?

Türkiyədə lirə böhranı: Qardaş ölkəni nələr gözləyir?"Türkiyədə ciddi iqtisadi problemlər var. Hesab etmirəm ki, bu gün Türkiyə lirəsinin dəyərsizləşməsində əsas təsir ABŞ tərəfindən olub"
Son vaxtlar Türkiyə lirəsinin dəyər itirməsinin səbəblərini AzVision.az-a şərh edən iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, qardaş ölkədə dövlət quruluşunun yenilənməsi iqtisadi problemlərlə yanaşı, siyasi konyukturanın dəyişməsinə gətirib çıxarıb:

"Hesab edirəm ki, lirənin dəyər itirməsi buradan qaynaqlanan prosesdir. Sadəcə ABŞ prezidenti Donald Trampın məsuliyətsiz bəyanatları, davranışları, qərarları prosesin kontekstdən çıxarılmasını asanlaşdırdı, Türkiyə hökuməti üçün daha optimal şərait yaratdı. Yəni söhbət ABŞ-ın dollar üzərindən apardığı hər hansı bir əməliyyatdan getmir. Türkiyə lirəsində problemin kökü 2010-cu ildə yaranmışdı".

R.Həsənov vurğulayıb ki, Qətərin Türkiyəyə 15 milyard dollar yatırım etməsi və bu qəbildən olan digər hallar qısa müddətli dövrdə nəyəsə təsir göstərə biləcək yardım məqsədli və ya təcili qəbul olunmuş qərarlardır: "Lirənin uzunmüddətli dövrdə möhkəmləndirilməsi üçün iqtisadi islahatların aparılmasına ehtiyac var. Türkiyədən xarici investisiyanı qaçıran əsas məqamlardan biri məhz institutların sıradan çıxması ehtimalı ilə bağlı yaranmış narahatlıqlardır. Düşünürəm ki, Türkiyədə hakimiyyət bölgüsü ən azı əvvəlki səviyyəyə qədər təmin olunmalıdır. Əks halda indiki idarəetmə və hazırkı yanaşma Türkiyədə iqtisadi kontekstdə effekt verməyəcək. Çünki Türkiyə iqtisadiyyatı xarici investisiyadan çox asılıdır".

Ekspert hesab edir ki, heç bir dövlət bu kimi böhranlarla tarixdən silinib getmir. Sadəcə bu günə qədər Türkiyə xalqının alın təri ilə qazandığı gəlirlər qısa zamanda əriyir və yoxa çıxır. Bunun bərpası üçün zaman lazımdır.

"Bu zaman çərçivəsində dünya gözləmir, digər dövlətlər inkişaf edir. Türkiyə iqtisadiyyatı daha çox xarici investisiya cəlb olunması ilə böyüyən iqtisadiyatdır. Amma bu gün şərtlər Türkiyə üçün dəyişib. Çünki hər hansı bir səbəbdən investisiya üçün risklər formalaşır. Bu risklər fonunda investisyanın geri çəkilməsi prosesi başlayır. Bu, ən müxtəlif səbəblərdən ola bilər. Türkiyədə isə bu xüsusilə siyasi proseslərdən qaynaqlandı. Türkiyə əmək bazarında şərtlər dəyişir. Bu əmək qüvvəsinə çəkilən xərclərin artmasına gətirib çıxarır. Hətta türkiyəli investor belə böyük ölçüdə Çinə yatırımlar edir. Çünki Türkiyədə əmək qüvvəsinə çəkilən xərclərin artması ilə yanaşı, əmək məhsuldarlığı da Çinlə müqayisədə bir neçə dəfə aşağıdır. Bu isə faktiki olaraq hazırkı qlobal bazarlarda Türkiyədə istehsal olunan məhsulların rəqabət imkanlarını məhdudlaşdırır. Bu baxımdan Türkiyə mənşəli investisiya xaricə yönəlir. Bu son olaraq bir kataklizm yaratmalı idi və yaratdı. Düşünürəm ki, bunun nəticələrini qısa müddətdə aradan qaldırmaq mümkün olmayacaq".

Bundan əlavə iqtisadçı-ekspert xatırladıb ki, bu gün Türkiə biznesinin 380 milyard borcu var: "Biznes lirənin dəyərsizləşməsi fonunda son 4 ayda 230 milyard lirə əlavə borc yükü ilə üz-üzə qalır. Bu ilin ikinci yarısında Türkiyə biznesinin xaricə ödəmələri təxminən 95 milyard dollardır. Növbəti aylarda Türkiyə bazarında 95 milyard dollarlıq alış tələbi formalaşacaq. 15 milyardlıq Qətər investisiyası burada köməkçi faktor rolunu oynasa da, uzunmüddətli dövrdə ciddi təsirlər göstərməyəcək. Bundan başqa Türkiyənin xarici ticarətində defisit var. Bu defisit kifayət qədər böyükdür. Orta və qısa müddətli dövrdə defisit azalsa da, uzunmüddətli dövrdə, yerli istehsalatın borc yükündən qaynaqlanan problemlər və əhalinin alıcılıq qabiliyyətini itirməsi konteksində istehsalat prosesinin özündə pozulma gedəcək. Bu da uzunmüddətli dövrdə ixracda azalma trendinin formalaşmasına gətirib çıxaracaq, defisit böyüyəcək. Düşünürəm ki, Türkiyə iqtisadiyyatındakı təməl problemlər ciddi şəkildə həll edilməyincə, bu gün qəbul olunan qərarlar – Qətərin maliyyə yardımı, investisiya cəlb edilməsi, ölkə vətəndaşının əlindəki dollarları valyuta bazarlarında təklif etməsi, qısamüddətli pozitiv təsirləri ilə yadda qalacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 3594   Tarix: 16 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda dollar yenidən bahalaşır? - AÇIQLAMA

Son günlər ərzində bankların dollar satışında qoyudğu məhdudiyyətlər cəmiyyətdə müəyyən aajiotaja səbəb olub. Əhali arasında yenidən devalvasiyanın olması ilə bağlı müəyyən narahatlıq var. Bəs görəsən bu narahatlığa ciddi əsas varmı? Devalvasiya təhülkəsi gözlənilirmi?. Mövzu ilə bağlı -ın sualların

6 may 2021
.

İdxal və ixrac olunan məhsullar AÇIQLANDI

Bu ilin yanvar-may aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb. Dövlət Statistika Komitəsindən -a verilən məlumata görə, yanvar-may ayları ilə müqayisədə bu ilin beş ayında mühüm məhsul növlərindən buğda idxalı 14,7 faiz, xam şəkər və şəkər 0,8 faiz, kartof 14,7 faiz, çay 6,7 faiz, təzə tərəvə

24 iyul 2021
.

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür - İranlı rəsmi

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İran və Azərbaycan arasında bir çox sahələr üzrə əməkdaşlıq imkanı var. Hazırd

13 iyul 2021
.

"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək

"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"

25 avqust 2021
.

İsraillə Azərbaycan arasında dəyirmi masa keçirildi

İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb, İsrail biznes dairələrinin iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib. İqtisadiyyat Nazirliyindən -a bildirilib ki, işgüzar görüşdə çıxış edən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birg

31 iyul 2021
.

Azərbaycanda bu məhsullar ucuzlaşıb - SİYAHI

Cari ilin iyun ayında əvvəlki aya nisbətən Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum olub. -ın məlumatına görə, ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmı

17 iyul 2021
.

Azərbaycanda problemli kreditlər artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 937,5 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ayla müqayisədə 2,5 % çox, ilin əvvəlinə nisbətən 5 % çoxdur. Problemli kreditlər son 1 ildə isə 11,8 % azalıb

25 avqust 2021
.

Azərbaycan təbii qaz ixracını 57 % artırıb

Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10,379 milyard kubmetr həcmində təbii qaz ixrac edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir. Məlumata görə, ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1,586 milyar

17 iyul 2021
.

Bakıda kirayə evlərin qiyməti bahalaşacaq? - AÇIQLAMA

Artıq bir ildir ki, təhsil distant şəkildə davam etdirilir. Həmin səbəbdən də tələbələrin rayondan axını azalıb və bu, kirayə evlərin icarəsində durğunluq yaradıb. Dünən isə Təhsil Nazirliyi sentyabr ayının 29-da ali təhsil ocaqlarında və kolleclərdə dərslərin əyani şəkildə olacağı ilə bağlı qərarın

8 sentyabr 2021