Toylarda yemək verilməyəcək - AZƏRBAYCANDA

Toylarda yemək verilməyəcək - AZƏRBAYCANDABundan sonra toylarda yemək verilməyəcək. Belə ki, toylarda israfçılığın qarşısını almaq üçün tədbirlərə başlanılıb.

Sonxeber.az cebhe.info-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri bildirib. Məlumatda qeyd olunur ki, sentyabrın 1-dən etubarən Azərbaycanın Naxçıvan bölgəsində toy şənliklərində qonaqlara ancaq çay və şirniyyat təklif ediləcək.

Bunun israfçılığın qarşısını almaq üçün edildiyi bildirilir.

Qeyd edək ki, mütəmadi olaraq sosial şəbəkə və mətbuatda Azərbaycanda toylarda israfçılığa yol verildiyi yazılıb və bu hal dəfələrlə tənqid olunub.

Qeyd edək ki, bundan əvvəl Naxçıvanda yas mərasimlərində israfçılığın qarşısını almaq üçün tədbirlər görülüb.

Sosial   Baxılıb: 13574   Tarix: 16 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR