Azərbaycan əsgəri özünü necə güllələyib? - Üç hərbi qulluqçu həbs olundu - RƏSMİ

Azərbaycan əsgəri özünü necə güllələyib? - Üç hərbi qulluqçu həbs olundu - RƏSMİAzərbaycan Respublikası Hərbi Prokurorluğu əsgər ölümü ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən Sonxeber.az-a verilən məlumata görə, 8 avqust 2018-ci il tarixdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən Qarabağ hərbi prokurorluğuna həmin hərbi hissənin əsgəri Fəhmin Əbilovun avtomat silahdan atəş açaraq özünü öldürməsi barədə məlumat daxil olmuşdur.

Həmin məlumat əsasında Qarabağ hərbi prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, şahidlərin dairəsi müəyyən edilərək izahatları alınmışdır. Silahlı Qüvvələrin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya (MTE və PA) Mərkəzi tərəfindən meyitin müayinəsi aparılmışdır.

Həmin tarixdə Qarabağ hərbi prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmışdır.

Zərərçəkmiş şəxsin valideynləri və yaxın qohumları tərəfindən Silahlı Qüvvələrin MTE və PA Mərkəzində aparılmış müayinənin obyektivliyi şübhə altına alındığından, cinayət işinin istintaqı Azərbaycan Respublikası Baş Prokurorluğunun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülərək işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə istintaqın davam etdirilməsi Respublika Hərbi prokurorunun müavininə tapşırılmış və istintaq qrupu yaradılaraq hadisənin baş verdiyi hərbi hissəyə ezam olunmuşdur.

Avqustun 9-da Səhiyyə Nazirliyinin MTE və PA Elmi-Təcrübi Tədris Birliyində təcrübəli ekspertlər tərəfindən mərhumun yaxın qohumlarının iştirakı ilə meyitin təkrar müayinəsi aparılmışdır.

İlkin istintaqla müəyyən edilmişdir ki, əsgər Əbilov Fəhmin Akif oğlu xidmət müddətində müxtəlif vaxtlarda post başçısı gizir Xəlilov Elmir Rəsul oğlu və həmin postun əsgərləri Tanrıverdiyev Sənan Səbuhi oğlu və Arazov Rəşad Xəqani oğlu tərəfindən zorakı və qanunsuz hərəkətlərə məruz qalmışdır.

Həmçinin müəyyən edilmişdir ki, avqustun 8-də saat 11:45-də növbədə olan əsgər S.Tanrıverdiyev xidmət yerindən vaxtından əvvəl çıxıb silahını nəzarətsiz qoymuş, bundan istifadə edən əsgər F.Əbilov həmin silahı götürüb özünü öldürmüşdür.

Aparılmış ilkin istintaqla kifayət qədər sübutlar toplandığı nəzərə alınaraq üç hərbi qulluqçu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə əsgər S.Tanrıverdiyevə Cinayət Məcəlləsinin 230 (odlu silahı diqqətsiz saxlama), 332.2.1, 332.2.3 (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma), 338.1 (döyüş növbəsi çəkmə qaydalarını pozma) və 341.3-cü (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə), əsgər R.Arazova Cinayət Məcəlləsinin 332.2.1 və 332.2.3-cü, gizir E.Xəlilova isə həmin məcəllənin 331.2, 341.2.3 və 341.3-cü maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Avqustun 13-də zərərçəkmiş şəxsin atası Akif Əbilov Azərbaycan Respublikası Baş Prokuroruluğunun rəhbərliyi tərəfindən qəbul edilərək cinayət işi üzrə istintaqın gedişatı barədə məlumatlandırılmış, ona istintaqın tam, hərtərəfli və obyektiv aparılaraq övladının ölümündə təqsirli olan bütün şəxslərin cinayət məsuliyyətinə cəlb olunaraq barələrində qanunamüvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5776   Tarix: 17 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila

24 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib:Rusiya növbəti müharibəyə BAŞLAYIR? - ŞƏRH

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlər

25 aprel
.

Hadrutdan ürəkaçan görüntülər - Video

İşğaldan azad olunmuş Hadrutda yenidənqurma işləri davam edir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər İTV-də yayımlanıb. Bildirilib ki, burada tikilən hər bir bina xüsusi memarlıq üslubuna görə seçiləcək. Artıq tikililərin layihələndirmə işləri yekunlaşıb. Daha ətraflı süjetdə

24 aprel
.

İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı

Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara

25 aprel
.

"Universitetə qəbul olan tələbəyə illiyi hissə-hissə ödəməyə imkan yaradılmalıdır" - Ekspert

Hər il universitetə ödənişli əsaslarla qəbul olan bəzi abituriyentlər təhsil haqqını ödəməyə bilmədikləri üçün universitetdən yayınırlar. Universitetlər bir çoxu isə I kursda ödənişi bütün şəkil istəyir. Bu halın qarşısı necə alına bilər?. Məsələ ilə bağlı təhsil ekspert Elçin Efəndi -a açıqlama verib

24 aprel
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24 aprel
.

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub. Bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib. Belə ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Biblioqrafiya şöbəsinin bazasında daxili imkanlar hesabına Biblioqrafik resursların yaradılması şöbəsi və Biblioqrafik və elektron informasiy

24 aprel
.

Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi

Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə Cəbrayil Məmmədovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Elşad Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərara əsasən, protes

25 aprel
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel