Əlixan Səmədovdan şou biznes nümayəndələrinə ATMACA - FOTO

Əlixan Səmədovdan şou biznes nümayəndələrinə ATMACA - FOTOTürkiyədə yaşayan məşhur azərbaycanlı balaban ifaçısı, xalq artisti Əlixan Səmədov "Bakı gecələri" verilişinin qonağı olub.

Sonxeber.az "ölkə.az"-a istinadən bildirir ki, sənətkar Türkiyədə Azərbaycan adına gördüyü işlərdən danışıb:

"Balabanla bağlı bir neçə kitabın, doqquz albomun müəllifiyəm. Hazırda bəstəkar dostumuzla balaban üçün simfoniya üzərində çalışırıq. Məqsədimiz xalqımızı, mədəniyyətimizi dünyaya tanıtmaqdır. Azərbaycandan Türkiyəyə gələn kim varsa, görüşməyə, əgər balaban ifası lazımdırsa, "baş üstə" deməyə hazıram. Çünki bu bizim təbliğatımız üçün lazımdır".

Sənətkar Azərbaycandan Türkiyəyə gedən sənətçilərin repertuar seçiminə də toxunub və onları tənqid edib:

"Əgər sən bura gəlib arabesk oxuyacaqsansa, heç cür uğur qazana bilməzsən. Çünki Türkiyənin min arabesk ifaçısı var, sən də min birinci olacaqsan. Ona görə də öz musiqini, öz mədəniyyətini təbliğ etməlisən ki, daha böyük maraq görəsən".

Ə.Səmədov "sənətkar olmaq üçün nə etmək lazımdır" sualına şou biznesin bir çox nümayəndələrinə dərs olacaq cavab verib:

"Sadə, səmimi və dürüst olacaqsan. Mən burada necəyəmsə, evdə də, kamera sönəndən sonra da eləyəm. Əgər kimsə yolda sizi tanıyıb salam verirsə, uzaqdan başınla salamlaşmayacaqsan, özün yaxınlaşıb görüşəcəksən. Çünki biz həmin tamaşaçılara görə varıq. Mən sosial şəbəkələrdə də beləyəm. Kimsə nəsə yazırsa, balaban haqda soruşursa, dərhal cavab verirəm. Bu yaxınlarda Yaponiya universitetlərindən birinin müəllimi mənə yazdı, dərhal cavablandırdım. Dedi ki, inanmazdım belə tez cavab verərsiniz. Dedim, balabanla bağlı istənilən suala hər zaman aydınlıq gətirməyə hazıram".

Xalq artisti sonda ailədə davamçısının olub olmadığına da toxunub. Bildirib ki, övladları fərqli peşələr seçdikləri üçün nəvələrinin onun yolunu davam etdirməsinə ümid bəsləyir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 1317   Tarix: 19 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Britninin 12 il öncə geyindiyi geyim hərraca çıxarılır

"Goldin Auctions" hərrac evi pop müğənnisi Britni Spirsin qarderobundan ikonik əşyanı 25 min dollara satmağa çalışacaq. "Qafqazinfo" xəbər verir ki, bu haqda "Page Six" nəşri yazıb. Söhbət uzun kulonlarla bəzədilmiş gümüşü rəngli geyimdən gedir. Müğənninin bu paltarı 2012-c

25 mart
.

Hüseyn Dəryanın oğlundan atası ilə bağlı paylaşım - FOTO

Mərhum reper Hüseyn Dəryanın oğlu Cahangir atası ilə bağlı paylaşım edib. "Yerin cənnət olsun, papa", - deyə "TikTok" hesabında qeyd edib. Xatırladaq ki, Hüseyn Dərya 2014-cü ildə vəfat edib. O zaman Cahangirin 8 yaşı olub.( )

17 mart
.

Adından saxta iş təklifləri yayılır

İnfluenser Aynişan Quliyevanın adından saxta məlumatlar yayılıb. OLAY yazır ki, bloger bu barədə sosial media hesabında paylaşıb. İzləyicilərindən biri Quliyevaya instaqramda bu müraciəti edib: "Aynişan xanım, sizin müsahibənizi oxumuşam. Dedikləriniz həqiqətən düzdür? Mənim kimi adi insanlar d

20 mart
.

"Bilsəydim, səni dünyaya gətirməzdim..." - Aybəniz Haşımova

"Deyirlər insan yaşa dolduqca çox şeyi unudur. Yaddaşından çox hadisələr, yaşantılar bir-bir silinməyə başlayır. Amma çox xatirələr var ki, hələ də yadımdadır. Hətta onları unutmaq belə istəmirəm". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə yazıb. Müğənn

23 mart
.

Brilliant Dadaşova bacısının ad günündən video paylaşdı

Xalq artisti Brilliant Dadaşova bacılarının videosunu paylaşıb. Axşam.az xəbər verir ki, müğənni bacısı İradə Dadaşovanın ad günü olduğunu vurğulayıb. İfaçı videoya "İradə bacımın ad günüdür. Sədaqət xanımın şəhanə gəlişi. Bu əziz günlərdə bütün ad günü olanlara təbriklər" sözlərini yazıb

20 mart
.

10 illik evlilikləri bitir

Türkiyənin məşhur futbol məşqçisi Fatih Terimin kiçik qızı Buse Terim Volkan Bahçekapılıdan boşanmaq qərarına gəlib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, daha əvvəl evliliklərinə ikinci şans verən cütlüyün boşanma işinə bu gün İstanbul 3-cü Ailə Məhkəməsində baxılacaq. Qeyd edək ki, 2014-c

26 mart
.

Aparıcı "Niva" ilə Bakıdan Çinə gedir

Aparıcı Fərid Rəsul maraqlı bir addım atıb. Axşam.az xəbər verir ki, "Yenə adi günlərdən biri" adlı layihə edən Fərid "Niva" markalı maşınla Bakıdan Çinə yola düşüb. Fərid bundan əvvəl Avropadan İran vasitəsi ilə Çinə getməyi plnlaşdırıb. Amma İran sərhəddində onu buraxmadıqları üçü

25 mart
.

Əlikram Bayramov Elgiz Əkbəri ifşa etdi: "Proqramdan əvvəl mənə tapşırdı ki..."

Müğənni Əlikram Bayramov qatıldığı teleproqramlardan birində aparıcı Elgiz Əkbər haqqında maraqlı fikirlər səsləndirib. -a istinadən bildirir ki, o Elgiz Əkbərin onu meyxanaçılarla eyni proqrama çıxarkən əvvəlcədən öyrətdiyini, onlara qarşı kəskin sözlər deməsini tapşırdığını deyib. "Verilişə çağırıb

16 mart
.

Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: "Məcburdurlar..."

"Elza Seyidcahan düz deyir, onunla mən də razıyam. Onlar toy tutmaq üçün hər şeyə gedirlər. Bu gün incəsənət bərbad gündədir". Bunu Qaynarinfo-ya açıqlamasında meyxanaçı Samirə Yusifqızı bəstəkar Elza Seyidcahanın "bəzi meyxanaçılar bizim uşaqlarımızın tərbiyəsini pozurlar" ifadəsin

28 mart