"Koçaryan Moskvanın əmri ilə siyasətə qayıdır" - Politoloq

"Koçaryan Moskvanın əmri ilə siyasətə qayıdır" - PolitoloqErmənistanın eks-prezidenti, barəsində mart hadisələri ilə əlaqədar ittiham elan olunan Robert Koçaryan aktiv siyasətə qayıtdığını elan edib. Bildirib ki, ona qarşı təqiblərin səbəbi həm də siyasətə qayıtmasını əngəlləmək üçündür. Sabiq prezidentin sözlərinə görə, Ermənistanın ətrafında baş verən proseslər və yeni hökumətin proseslərə reaksiya verməsi onun siyasətə qayıtmasının zəruriliyini göstərir.
Koçaryanın aktiv siyasətə qayıtması Ermənistanda nəyi dəyişəcək?

Azərbaycanın sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Azvision.az-a bildirib ki, Robert Koçaryanın siyasətə qayıdışı Ermənistanda ciddi qarşıdurmalara, hətta vətəndaş müharibəsinə gətirib çıxara bilər:

"Həbsdən çıxsa da Robert Koçaryan haqqında açılan cinayət işi hələ bağlanmayıb. Amma bu, onu göstərir ki, Moskvadan aldığı komanda ilə həm aktiv siyasətə qayıtmaq, həm də baş nazir Nikol Paşinyana qarşı cəbhə formalaşdırmaq fikrindədir. Bu cəbhədə Serj Sarkisyanla birgə hərəkət edəcək. Serj Sarkisyanın "Respublikaçılar" partiyası parlamentdə ən böyük fraksiyadır. Hesab edirəm ki, Robert Koçaryanın aktiv siyasətə qayıtması qarşıdakı parlament seçkilərinə hesablanmış addımdır. Məqsəd Paşinyana qarşı cəbhə, partiyaların blokunu formalaşdırmaq və onu bu siyasi mübarizədə sıradan çıxarmaqdır. Koçaryanın buna nail olub-olmayacağını söyləmək çətindir. Baş nazir Nikol Paşinyanın vəziyyəti o qədər də ürəkaçan deyil. Amma Qarabağ klanı və Ermənistanda müəyyən siyasi dairələr Paşinyana qarşı cəbhədə birləşərək güclü siyasi blok formalaşdırmaq istəyirlər".

Politoloq deyib ki, Koçaryanın indiki halda ciddi dəyişikliyə nail olması müəmmalı görünür: "Bunun üçün Robert Koçaryan partiya yaratmalıdır. Partiyanın sıralarını elektoral baza ilə gücləndirməlidir. Bir sözlə, mübarizəni təşkil etməlidir. Koçaryanın bunu etmək üçün maddi vəsaiti var. Müəyyən adamları, xüsusən Qarabağ əsilliləri bu sıralara cəlb edə bilər. Şübhə etmirəm ki, Koçaryan partiya yaradacaq və siyasi mübarizəyə qoşulacaqsa, Serj Sarkisyanla birgə hərəkət edəcək. Amma həbsdən azad olunmasına baxmayaraq, Koçaryan haqqında cinayət işi davam edir, Serj Sarkisyan isə istintaqa çağırılıb. Bu istintaqın gələcək perspektivləri necə olacaq, bəlli deyil. Əgər Rusiya onları öz himayəsinə alıbsa, bu, hələ o demək deyil ki, Paşinyanı tam neytrallaşdırmaq mümkün olacaq. Lazım gələndə Paşinyan cinayət məsuliyyəti ilə bağlı məsələlərdən onların hər ikisinə qarşı istifadə edəcək. Hər halda bu daxildə gərginliyi artıran amillərdən olacaq. Ciddi qarşıdurma, vətəndaş müharibəsinə qədər gətirib çıxara biləcək bir platformaların formalaşmasına təkan verəcək".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1503   Tarix: 17 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb - FOTO

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC xəbər verir

16 mart
.

Aqil Qurbanova daha bir vəzifə verildi - FOTO

Müdafiə nazirinin müavini - baş direktor Aqil Qurbanova daha bir vəzifə verilib. O, "Azərsilah"ın Müşahidə Şurasının sədri təyin edilib. Müdafiə Sənayesi Nazirliyindən -a verilən xəbərə görə, martın 18-də "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyətinin Müşahid

19 mart
.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Gürcüstanın baş nazirini Azərbaycan Respublikas

16 mart
.

Sarkisyan açıqladı: Ermənilər Qazaxın işğal altındakı kəndlərini tərk edirlər

"Martın 18-də Nikol Paşinyanın Tavuş sakinləri ilə görüşündən sonra Noyemberyanın (Barana -red.) sərhəd zonasının kəndlərində məskunlaşan sakinlər həmin yerləri tərk edirlər". Bu sözləri erməni jurnalist Oskan Sarkisyan deyib. "Voskeparda (Əskipara - red.) məskunlaşan Qarabağdan gəlmi

22 mart
.

İlham Əliyev yeni alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub - FOTO

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub. Bu barədə xəbər verir

16 mart
.

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb - FOTO

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Xankəndidə erməni əsilli sakinlərlə görüşüb, həssas əhali qrupları üçün yaradılmış sığınacağa baş çəkib. Bu barədə -a Ombudsman Aparatından məlumat verilib. Qeyd edilib ki, Ombudsman Səbinə Əliyeva Xankəndi şəhərində erməni əsilli sakinlərlə görüşüb

28 mart
.

Paşinyanın müharibə qorxusu: "Əgər lokal toqquşmalar baş versə, əsas istiqamət bu ərazi olacaq" -Ekspert

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinə səfər edib. (Dilican mahalı - red.) Sərhəd kəndlərinin sakinləri ilə görüşündə bəyan edib ki, əgər İrəvan sovet dövründən qalan sərhədlər çərçivəsində Azərbaycana məxsus olan anklav kəndləri Bakıya qaytarmasa, bu, müharibəyə gətirib çıxaracaq. N.Paşinya

19 mart
.

Xankəndinin mərkəzi meydanına "Zəfər meydanı" adı verilib

Xankəndinin mərkəzi meydanına "Zəfər meydanı" adı verilib. AZƏRTAC xəbər verir ki, Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışan Prezident İlham Əliyev deyib:. "Uzun illər ərzində bu meydan və bu bina separatçıların yuvası idi. .Məhz bu meydanda xalqımız

18 mart
.

Prezidentin köməkçisi: Azərbaycan Çini yaxşı dost və tərəfdaş kimi görür

Biz Çinlə strateji əməkdaşlığımızı və tərəfdaşlığımızı genişləndirməyi səbirsizliklə gözləyirik. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin "Global Times" qəzetinə müsahibəsində deyib. O vurğulayı

26 mart