"Qarabağ" dərdinə dözməyən azərbaycanlı mayor özünü GÜLLƏLƏDİ - FOTO

"Qarabağ" dərdinə dözməyən azərbaycanlı mayor özünü GÜLLƏLƏDİ - FOTOQazaxıstanın paytaxtı Astanada, Karaqanda və Pavlodar vilayətlərini birləşdirən avtomobil yolunun kənarında yerləşən "Qarabağ" kafesinin sahibi, azərbaycanlı Mayor Əvəzov özünü güllələyib.

Sonxeber.az Virtualaz.org-a istinadən xəbər verir ki, 58 yaşlı Əvəzovun meyiti kafenin 100 metrliyində, meşə zolağında tapılıb. Məlumatı Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti təsdiqləyib. Əvəzovun özünə ov tüfəngindən atəş açdığı bildirilir.

Məlumata görə Əvəzov sahibi olduğu kafenin Astana ədliyyə departamentinin dövlət məhkəmə icraçıları tərəfindən sökülməsinə etiraz olaraq intihar edib. Faktla bağlı intihar həddinə çatdırma maddəsi ilə cinayət işi qaldırılıb.

2017-ci ilin sentyabrında paytaxtın Almata rayon məhkəməsi şəhər hakimiyyətinin Mayor Əvəzova qarşı kafenin məcburi sökülməsi barədə iddia qaldırıb. İddiaya əsasən sahibkar təxminən 1 sotluq ərazidə yerləşən kafeni sökməli, ərazini boşaltmalı idi. Şəhər hakimiyyəti ərazinin qanunsuz zəbt edildiyini iddia edib. Lakin Əvəzovun nümayəndəsi məhkəmədə bildirib ki, ərazinin icarəsinə dair "Astana Green Resource" şirkəti ilə müqavilə var.

Məhkəmə isə ötən ilin iyununda belə qərar çıxarıb ki, Əvəzov müvafiq icazə sənədləri olmadan dövlətə məxsus ərazidə "Qarabağ" kafesi tikib və onu kommersiya məqsədi ilə istismar edir. Və Əvəzovun kafeni sökməsi barədə hökm çıxarılıb, icarə müqaviləsi qüvvədən düşmüş sayılıb. Məhkəmə qərarına əsasən azərbaycanlı sahibkara cərimə də kəsilib.

Dekabr ayında apelyasiya məhkəməsi qərarı qüvvədə saxlayıb. Habelə bu ilin yanvarında Almata rayon məhkəməsi Əvəzovu cərimələyib. Onu müvafiq qanuni sənədləri olmadan neft məhsullarını əldə etmə, saxlama və satma maddəsi ilə təqsirləndiriblər. Belə ki, Əvəzov Astana-Yekatrinburq şosesinin kənarında yerləşən "Qarabağ" kafesində dizel və kerosinin qəbulu-satışı məntəqəsini təşkil edib. Həmin yanacağı əsasən TIR sürücülərinə satıb.

Məhkəmə müəyyən edib ki, Əvəzov 2017-ci ildə qanunsuz olaraq 3760 litr dizel yanacağını "Qarabağ" kafesində saxlayıb. Habelə 1 ton yanacağı 130 min təngəyə satıb.

Məhkəmədə Əvəzov günahını qismən etiraf edib, bildirib ki, yanacağın bu cür satışının qadağan olduğunu bilmirdi.

Kafenin məcburi sökülməsi barədə qərar isə iyunun 20-də qüvvəyə minib və sahibkara avqustun 2-nədək vaxt verilib. Sahibkar kafeni sökmədiyi üçün obyektin avqustun 16-da məcburi sökülməsi qərara alınıb. Bu haqda Əvəzova əvvəlcədən xəbərdarlıq edilib. Lakin obyektinin sökülməsinə dözməyən Əvəzov özünü vurub...
"Qarabağ" dərdinə dözməyən azərbaycanlı mayor özünü GÜLLƏLƏDİ - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 9074   Tarix: 17 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

Ramzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA

Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on

24 aprel
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25 aprel
.

Bayden "erməni soyqırımı" ifadəsini növbəti dəfə işlətdi

ABŞ Prezidenti Co Bayden ənənəvi müraciətində növbəti dəfə "erməni soyqırımı" ifadəsindən istifadə edib. APA-nın xəbərinə görə, o bildirib ki, "soyqırımın" ildönümünün qeyd olunması onun "qurbanlarının" anılması və bu "faciənin" unudulmaması üçün səbəbdir. Qey

24 aprel
.

İrəvan bundan imtina edir: Paşinyandan ermənilərə "soyqırımı" şilləsi

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı"nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı" "böyük faciə" adlandırmasıdır. xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı" ifadəsin

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib:Rusiya növbəti müharibəyə BAŞLAYIR? - ŞƏRH

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlər

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Qeyd edə

25 aprel
.

Mübahisəli ərazilərin delimitasiyası təxirə SALINIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan sərhədlərin delimitasiyasından danışıb. Bildirib ki, proseslər mübahisəli ərazilərə çatanda delimitasiya məsələsi ilə bağlı daışıqlar başlayacaq. Köçəryan eyni zamanda mübahisəli əraziləri

24 aprel
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25 aprel