Bulvara girişin pullu olması: "Hava qaralanda gənclərin nə işlə məşğul olduqlarını Allah bilir"

Bulvara girişin pullu olması: "Hava qaralanda gənclərin nə işlə məşğul olduqlarını Allah bilir"Bir neçə gündür, sosial şəbəkələrdə Dənizkənarı Bulvar ərazisinə girişin pullu olması ilə bağlı şikayətlər əks olunur.

"Maşınlar ötüşürdü"

Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov Modern.az saytına açıqlamasında deyib ki, bəzi adamlar bu məsələni şişirdə bilər, lakin Bulvarın 16 kilometrə yaxın ərazisi hər kəsə açıqdır:

"İstənilən adam pulsuz girə bilir, yeraltı keçidlərdən istifadə edir. Bulvara girişin pullu olması yanlış informasiyadır. Neftçilər prospekti boyu maşınların park edildiyi xüsusi yerlər var. Lakin Su idmanı Sarayından qabaqda, Bayıl tərəfdə şlaqbaum qoyulub. Bunun əsas səbəbi həmin ərazidə xüsusilə axşam çağı maşınların ötüşmələr təşkil etməsi, bir-biri ilə yarışmasıdır. O cümlədən həmin ərazidə taksilər bizim suvarma sistemindən istifadə edib maşınlarını yuyurdular. Yaxud gecə vaxtı, hava qaralanda gənclərin maşınla orda dayanıb nə işlə məşğul olduqlarını bir Allah bilir. Yəni şəhər sakinlərinin haqlı şikayətləri var idi ki, orda xoşagəlməz hallar baş verir".

"Bir mühafizəçi 100 adama necə nəzarət edə bilər?"

Bulvar İdarəsinin rəsmisi bu cür halların qarşısını almaq üçün atılan addımın qanuna uyğun olduğunu qeyd edib:

"Bunun qarşısını almaq üçün Bulvar İdarəsi şlaqbaum qoyub. Qeyd edim ki, bu, Bulvar İdarəsinin səlahiyyətində olan məsələdir. Kim maşınla əraziyə daxil olmaq istəyirsə, 1 manatını ödəyib maşını saxlaya bilər və bu, limitsizdir. Yəni saat məhdudiyyəti yoxdur. Əgər həmin əraziyə pulla daxil olmaq 3-5 adamın narazılığına səbəb olubsa da, yüzlərlə insanın razılığı ilə nəticələnib. Bir mühafizəçi 100 adama necə nəzarət edə bilər? Həmin yer nəzarətsiz qalmasın, səliqə-səhmanla idarə edilsin, xuliqanlıq baş verməsin deyə, məcbur , qanun-qayda ilə ərazini pullu etmişik".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3172   Tarix: 18 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19 aprel
.

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Elm və Təhsil Nazirliyi "Şərq-Qərb" ASC (VÖEN - 20043631) ilə 1 milyon 996 min 500 manat dəyərində satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqavilənin şərtlərinə görə "Şərq-Qərb" ASC nazirliyin sifarişi əsasında yeni dərsli

19 aprel
.

İki ölkə arasında qarşılıqlı raket hücumları: Müharibə BAŞLAYIR? - AÇIQLAMA

Bildiyimiz kimi, İran-İsrail arasında gərginlin artmaqda davam edir. İki ölkə arasında davam edən qarşılıqlı raket hücumları bir sıra suallar yaradır. Tərəflər bir-birini hücum olacağı təqdirdə cavabın ağır olacağını, nüvə obyektlərinə zərbə vurmaqla hədələyir. Bir sıra mənəbələrdə qeyd olunur ki, artı

19 aprel
.

"McDonald's"ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

"McDonald's Azərbaycan" şirkətinin qida sənayesinin ən müasir tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı şəhərində açılıb. Restoran Azadlıq prospekti 100 ("Olympus Nəsimi" yaşayış kompleksinin yanı) ünvanında yerləşir. Azərbaycanda ilk dəfə tətbiq olunan və müasirliyi

19 aprel
.

Bakı Baş Səhiyyə Mərkəzi məhkəmə qarşısında - Nə baş verib?

Bakı Baş Səhiyyə Mərkəzi barəsində inzibati iş başlanıb. Qaynarinfo xəbər verir ki, quruma qarşı İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahə

19 aprel
.

Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO

Bakıda sürücülər arasında dava baş verib. xəbər verir ki, hadisə paytaxtın Fətəli xan Xoyski küçəsində qeydə alınıb. Sürücülər bir-birinə təpik, yumruq ataraq davanı bir az da gərginləşdiriblər. Verilən məlumata görə, hadisə yol verməmək üstündə baş verib

19 aprel
.

Sabah 30 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti, gündü

19 aprel
.

Rusiya sülhməramlıları regionu TƏRK EDİR: ABŞ və qərb hərbi qüvvələri Qarabağda fəaliyyət GÖSTƏRƏCƏK? - ŞƏRH

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları regionu tərk edirlər. Bununla bağlı, yayılan görüntülərdə sülhməramlılara məxsus hərbi texnikaların qatarlarla Rusiya yolunda olduğunu görmək mümkündür. Əgər belə davam edərsə, sülhməramlıların vaxtından əvvə

19 aprel
.

Öldüyü deyilən milyarder məşuqəsi ilə Bakıya gəzməyə gəlib – ŞOK TƏFƏRRÜATLAR

Almaniyanın RTL telekanalının jurnalistləri 2018-ci ildə yoxa çıxan milyarder Karl-Erivan Haubun hələ də sağ olduğunu iddia edirlər. Onların sözlərinə görə, o, gizli şəkildə Rusiyaya gedib və Moskvada özündən 20 yaş kiçik məşuqəsi ilə yaşayır. Köln prokurorluğu araşdırmaya başlayıb. RTL-nin məlumat

19 aprel