Deputat: Benzinin bahalaşması aşağı təbəqədən olan insanlara təsir etməyəcək

Deputat: Benzinin bahalaşması aşağı təbəqədən olan insanlara təsir etməyəcəkAzərbaycanda "Premium Euro-95" və "Super Euro-98" markalı yanacağın qiyməti qalxması dəyəri 70-80 min dollardan artıq olan avtomobil sahiblərinə təsir edəcək.

Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Rüfət Quliyev ötən gün "Premium Euro-95" və "Super Euro-98" markalı yanacağın qiymətinin qalxmasının kimlərə təsiretmə ehtimalına münasibət bildirərkən deyib.

Qiymət artımı deputata təsir etməyəcək

Millət vəkili qiymət artımının özünə də təsir etməyəcəyini diqqətə çatdırıb, çünki deputat Aİ-92 markalı benzindən istifadə edir: "Birincisi, mən özümü fikirləşdim. Mən özüm avtomobil üçün Aİ-92 markalı benzindən istifadə edirəm. Aİ-92 markalı benzinin qiyməti isə bildiyimiz kimi artmayıb".

Bu, bahalı maşın sürənlərin problemidir

Onun sözlərinə görə, kim bahalı maşın sürürsə, bu qiymət artımı ona təsir edəcək: "Qiymət artımı baha qiymətə olan avtomobil və yüksək oktanlı benzinlə işləyən avtomobil sahiblərinin problemidir. Aşağı və orta təbəqədən olan insanlara qiymət artımının heç bir təsiri olmayacaq".

Daşınma ilə məşğul olanlar da təsirlənməyəcək

R. Quliyev əlavə edib ki, digər tərəfdən, daşınma ilə məşğul olan, mal paylayan, rayonlardan Bakıya mal gətirən nəqliyyat vasitəsi sahibləri də bu qiymət artımından təsirlənməyəcəklər: " Çünki həmin nəqliyyat vasitələrinin sahiblərinin heç biri "Premium Euro-95" və "Super Euro-98" markalı yanacaqdan istifadə etmir. Onlar ya dizellə, ya da aşağı oktanlı benzinlə işləyirlər".

Xatırladaq ki, ötən gündən etibarən Azərbaycana idxal edilən"Premium Euro-95"in satış qiyməti 1,50 manata (əvvəl 1.25 AZN)., "Super Euro-98" markalı benzinin qiyməti isə 10 qəpik artırılaraq1,60 manata qaldırılıb. Daxili istehsal olan Ai-92 markalı benzin qiyməti isə dəyişməz qalaraq, 1 litrə görə 90 qəpik təşkil edir.

Məftun Salmanov

Deputat: Benzinin bahalaşması aşağı təbəqədən olan insanlara təsir etməyəcək


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 10242   Tarix: 20 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ağır qəzaya düşən Aytən Səfərovanın qabırğaları qırılıb

Bu gün avtomobil qəzası keçirən aparıcı Aytən Səfərovadan xəbər var. Jurnalistin həyat yoldaşı -a xanımının səhhəti ilə bağlı qısa məlumat verib:. "Səhhəti belə də. Qabırğaları qırılıb"

17 aprel
.

Reklam Agentliyinin yeni sədri kollektivə təqdim olunub

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İdarə Heyətinin yeni sədri Fərhad Əsgər oğlu Adıgözəlov bu gün kollektivə təqdim olunub. xəbər verir ki, Fərhad Adıgözəlovu kollektivə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovati

17 aprel
.

Qızıldaş Mədəniyyət Mərkəzində kanalizasiya problemi - Sakinlər antisanitariyadan şikayətlənir (VİDEO)

Qızıldaş Mədəniyyət Mərkəzinin arxasında yerləşən kanalizasiya xətti dolub daşır. Bu barədə Qaynarinfo-ya Qızıldaş qəsəbəsinin bir qrup sakini bildirib. Onların sözlərinə görə, kanalizasiyanın dolub-danışması nəticəsində ərazidə antisanitariya hökm sürür. Bu isə qəsəbə sakinlərinin mərkəzin həyətindək

17 aprel
.

Paytaxtın üç rayonunun qaz təchizatında fasilə yaranacaq

"Dübəndi" QPS-də "Dübəndi əlaqələndirici" qaz ölçü qovşağının mövcud şəbəkəyə qoşulması, Nərimanov rayonunun Faiq Yusifov küçəsində yeraltı qaz xəttində korroziya nəticəsində yaranmış qaz sızmalarının ləğv edilməsi, Qaradağ rayonunun Lökbatan qəsəbəsi, 20 yanvar küçəsində yeni çəkilmi

17 aprel
.

Hadi Rəcəbli dəfn olundu

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli ilə vida mərasimi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, deputat Yasamal qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, H. Rəcəbli I-V çağırış Milli Məclisin deputatı (1995-2020-ci illər), Əmək və sosia

17 aprel
.

Ağır qəza keçirən Aytən Səfərovanın səhhəti ilə bağlı TƏBİB-dən açıqlama

Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzin müvafiq şöbəsində zəruri müayinələri aparılır. Bu barədə -a TƏBİB-in mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, əlavə məlumat veriləcək

17 aprel
.

Azyaşlılarda bu xəstəliklər artıb

"Azərbaycanda 10 milyondan çox olan əhalinin 0-17 yaşlı uşaq və yeniyetmələrin sayı 2 milyon 633 min 54 nəfərdir". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri səhiyyə nazirinin müavini İlqar Qasımov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetik

17 aprel
.

Tovuzda erməni təxribatının qarşısı alındı - FOTO

Tovuz rayonunda kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter aşkarlanıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter bölmələrimizin sayıqlığ

17 aprel
.

"TikTok"da qeyri-etik davranışlar edən şəxsləri hansı cəza GÖZLƏYİR? - Açıqlama

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. Həmin şəxsləri hansı cəza gözləyir. Məsələ ilə bağlı vəkil Turan Abdullazadə -a açıqlama verib

17 aprel