"İntiharı biznesə çeviriblər" – Xanım psixoloqdan ilginc şərh

"İntiharı biznesə çeviriblər" – Xanım psixoloqdan ilginc şərhVaxtilə qadınlar arasında da şalvar geyinmək dəb halını aldı. Yaraşan-yaraşmayan, bədən quruluşuna uyğun olan-olmayan hər kəs şalvar geyinməyə başladı. Buna görə evlərdə narazılıq, problem yarandı, hətta bəziləri boşanmaya qədər gedib çıxdı. Sonra hicab dəbə düşdü. Bunu dinə bağlı üçün edənlər də oldu, dəb üçün edənlər də. İndi isə intiharlar dəb halını alıb.

Sonxeber.az teleqraf.com-a istinadən bildirir ki, bu sözləri psixoloq Xanım Niftəliyeva deyib.

Psixoloq qeyd edib ki, insanlar sanki kim nə edirsə, onu yamsılamaqla, nələrisə əldə edəcəklərinə inanırlar:

"Amma bu, yalnış yanaşmadır. İntihar zəif insanların atdığı addımdır. Bir insan öz həyatını sonlandıra bilməz. Çünki biz bu həyata öz istəyimizlə gəlməmişik. Bizə bu həyatı bəxş edən var və məsləhət bildiyi zaman da biz bu dünyadan köç edib əbədi dünyaya gedəcəyik. Məsələn, bu günlərdə bir nəfər intihar etmək istəyərkən oradan təsadüfən keçən Baş nazir Novruz Məmmədov onu xilas etdi, "Qaçqınkom"un binasından özünü atmağa cəhd edən şəxs xilas edildi və mətbuat ona ev verildiyini yazdı.

Millət vəkili Qənirə Paşayeva da bir neçə dəfə insanları intihardan xilas edib. İnsanlar da düşünür ki, əgər bir insan intihara cəhd edib müsbət nəticə ilə qarşılaşırsa, deməli mən də edə bilərəm. Amma düşünmürlər ki, intiharı şansa bağlamaq olmaz. Bu bir şansdır və hər zaman insanın üzünə gülmür".

Xanım Niftəliyevanın sözlərinə görə, ən pisi də budur ki, son zamanlar ziyalılar da bu yola əl atırlar:

"Bu yaxınlarda jurnalist, yazar canlı yayımda guya intihara cəhd edir. Artıq intiharı şouya çeviriblər. İntihar üzərindən biznes qururlar. Necə ki, başqa-başqa sahələri saxtalaşdırıb, şouya, biznesə çeviriblər, indi də intiharı bu cür edirlər. İntiharla insanları təhdid edir, qorxudurlar. Öz canlarının bahasına olsa belə nələrisə əldə etməyə çalışırlar.

Ola bilər sən intihar etdin, dünyanı dəyişdin, şəklin sosial şəbəkələrdə paylaşıldı və yüzlərlə insan "Allah rəhmət eləsin" yazdı. Burda sənin qazancın nədir? Bu intiharlara yol açan, əsasən, sosial şəbəkələr, televiziya verilişləri, efirlərimizdir. Bir insan, tanınmış sima, jurnalist, yazıçı kütlə qarşısında damarını kəsib intihara cəhd edirsə, psixoloji zəif insanlarda buna meyillilik yaranır. Vərdişə və bəziləri üçün asan yola çevrilir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1252   Tarix: 20 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO

Bakıda sürücülər arasında dava baş verib. xəbər verir ki, hadisə paytaxtın Fətəli xan Xoyski küçəsində qeydə alınıb. Sürücülər bir-birinə təpik, yumruq ataraq davanı bir az da gərginləşdiriblər. Verilən məlumata görə, hadisə yol verməmək üstündə baş verib

19 aprel
.

"McDonald's"ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

"McDonald's Azərbaycan" şirkətinin qida sənayesinin ən müasir tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı şəhərində açılıb. Restoran Azadlıq prospekti 100 ("Olympus Nəsimi" yaşayış kompleksinin yanı) ünvanında yerləşir. Azərbaycanda ilk dəfə tətbiq olunan və müasirliyi

19 aprel
.

Çoxuşaqlı ailələrə ayrıca müavinət TƏYİN EDİLSİN - TƏKLİF

Dünya praktikasında 3 uşağı olanlar çoxuşaqlı ailələr hesab edilir. Bu baxımdan Azərbaycanda çoxuşaqlı anlayışının 5-dən 3-ə endirilməsi təklif edilir. Artıq məsələ Milli Məclisdə müzakirə olunur və yekun qərarın təsdiqlənməsi gözlənilir. Azərbaycanda kütləvi şəkildə boşanmaların olması, o cümlədən ailələri

19 aprel
.

Xəzər dənizində suyun səviyyəsi niyə aşağı düşür? - AÇIQLAMA

Bütün dünyada gedən iqlim dəyişmələri ilə bağlı bir çox problemlər Yer kürəsini təhdid edir. Xəzər dənizində də suyun səviyyəsinin getdikcə aşağı düşməsidir. Aparılan tədqiqatlara əsasən, dənizdə suyun səviyyəsinin azalması 2040-cı ilə qədər davam edəcəyi deyilir. Bunun səbəbi nədir. Mövzu ilə bağl

19 aprel
.

"Xəzər TV"nin məşhur verilişi bağlanacaq

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq. Bu barədə -ın sorğusuna cavab olaraq Xəzər TV-dən bildirilib. "Televiziya olaraq artıq bu cür layihələrin dövrünün başa çatdığını düşünürük. Bəli, doğrudan da may ayını

19 aprel
.

Kirayə mənzil bazarında qiymətlər niyə bahadır? - AÇIQLAMA

Bu gün ölkənin daşınmaz əmlak bazarında qiymətləndirmə ictimaiyyəti maraqlandıran əsas məqamlardandır. Ölkə ərazisində xüsusi ilə də paytax Bakıda kirayə mənzillər bahalaşıb. Kirayə mənzil bazarında qiymət artımının səbəbi nədir?. Məsələ ilə bağlı mənzil üzrə ekspert Elnur Fərzəliyev -a açıqlama verib

19 aprel
.

Parlament seçkiləri nə vaxt keçiriləcək?

"Parlament seçkiləri sentyabrda keçirilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli deyib. Qulamhüseyn Əlibəyli bildirib ki, parlament seçkilərinin noyabrda keçirilməsi ümumi tələbdir, amma seçkilərin vaxtı dəyişdirilə də bilər:. "Konstitusiyaya görə, növbədənkəna

19 aprel
.

Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi il

19 aprel
.

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir. Onun iddia tələbi torpa sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmi

19 aprel