Deputat: Şəhriyarın özü sponsor tapmalıdır

Deputat: Şəhriyarın özü sponsor tapmalıdırŞəhriyar Məmmədyarov Azərbaycan şahmat məktəbini dünyada tanıdan, uğurları ilə dəfələrlə üçrəngli bayrağımızı səmalara ucaldan, ölkəmizə şərəf gətirən idmançıdır.

Şəhriyar Məmmədyarovun bu zirvəyə qalxması, təbii ki, dövlətimizin yaxından rolu və dəstəyi ilə baş tutub.

Bütün çempionatlarda Şəhriyar Məmmədovun maliyyə təminatını dövlətimiz həyata keçirir, ümumiyyətlə, hər bir idmançımızın beynəlxalq yarışlarda iştirakını dövlətimiz təmin edir, bundan sonra da təmin edəcək.

Bunu Oxu.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

Millət vəkili bildirib ki, Ş. Məmmədyarovun özü də bunları etiraf edir.

"Amma Şəhriyarın öz istəyi ilə iştirak etdiyi oyunları, təbii ki, özü təmin etməli və ya hər hansı bir biznes strukturu ona sponsorluq etməlidir. Bu, dünya praktikasında da belə qəbul olunub. İdmançılar öz sponsorlarının loqolarını, emblemlərini yarışlarda reklam etməklə, onların bizneslərinin inkişafına kömək göstərirlər.

Sadəcə, bizim biznes strukturları belə şeylərə uyğunlaşmayıb və Şəhriyar Məmmədyarovun istəyi ondan ibarətdir ki, yarışdığı, rəqibi olan idmançılara qarşı olduğu kimi, ona da bir biznes strukturu sponsorluq etsin və o da həmin strukturu dünyada reklam etsin.

Burada qeyri-adi bir şey görmürəm və hər bir məsələni sensasiyaya çevirərək, onun siyasiləşdirilməsini düzgün hərəkət hesab etmirəm. Hər bir məsələni dövlətin üzərinə qoymaq, onun çiyinlərinə yükləmək olmaz. Bu istəkləri düzgün saymıram", - deyə A.Badamov əlavə edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 3496   Tarix: 28 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Simge Sağından İkardi etirafı

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardinin qollarından sonra stadionda səsləndirilən "Aşkın Olayım" mahnısı məşhur olan Simge Sağın 2018-ci ildə musiqisevərlərə təqdim etdiyi mahnının məşhurlaşması ilə bağlı etiraf edib. Türkiyə mediasına istinadən xəbər verir ki, şəxsi həyat

17 aprel
.

"Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər"

İtaliyalı güləşçi Frank Çamisio Bakıda ona 300 min dollar dəyərində rüşvət təklif edildiyini iddia edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə güləşçi "La Repubblica" qəzetinə açıqlama verib. İkiqat dünya çempionu və olimpiya oyunlarının bürünc mükafatçısı Frank Çamisio keçən həft

12 aprel
.

Qurban Qurbanov: "Məşqçilik düşüncələrim Voronejdə yarandı" - VİDEO

Bu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun 52 yaşı tamam olur. xəbər verir ki, Peşəkar Futbol Liqası bu münasibətlə Qurbanovla söhbətləşib. "Məşqçilik düşüncələrim Voronejdə yarandı. Bu istək mənə məşqçi olmaqda kömək etdi", - deyə Q.Qurbanov bildirib. O, futbolçu karyeras

13 aprel
.

Salah Messini sevimli oyunçu adlandırdı

"Liverpul"un cinah oyunçusu Aleksis Mak Allisterin bu mövsümdəki çıxışını da yüksək qiymətləndirib. xarici mediaya istinadən bildirir ki, İngiltərə klubunun misirli hücumçusu Məhəmməd Salah "İnter Mayami"də çıxış edən Messi ilə bağlı fikirlərini də açıqlayıb. Əvvəlcə Aleksis Mak Allisterdə

8 aprel
.

Messinin oğlu bir oyunda 5 qol vurdu - VİDEO

Səkkiz qat "Qızıl top"un sahibi Lionel Messinin ortancıl oğlu "İnter Mayami" uşaq komandası ilə oyunda komandasına beş qol vurub. xarici KİV-ə istinadla bildirir ki, qollardan birini cərimə zərbəsindən qapıya göndərən Mateo, sevincini atası kimi öpüş göndərməklə qeyd edib. Qeyd edə

17 aprel
.

Xavi "Barselona"dan ayrılacağını açıqlayandan sonra komanda məğlub olmayıb

Xavi Ernandes "Barselona"dan ayrılacağını açıqlayandan sonra komanda məğlub olmayıb. "Report" xəbər verir ki, İspaniya təmsilçisi son olaraq Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda Fransada PSJ-ni məğlub edib - 3:2. Kataloniyalıların sonuncu məğlubiyyəti yanvarı

11 aprel
.

Haalandın təzminat məbləği AÇIQLANDI

İngiltərə çempionu "Mançester Siti"nin 23 yaşlı norveçli hücumçusu Erlinq Haalandın müqaviləsindəki təzminat məbləği 175 milyon avrodur.  xarici mediaya istinadla bildirir ki, onun müqaviləsi 2027-ci ilin iyununa qədərdir. Bu mövsüm Erlinq Haaland 37 matçda iştirak edib, 30 qol vurub və 6 məhsulda

11 aprel
.

"Fənərbağça"nın penaltilərini çıxaran qapıçının SİRRİ: Atası oyundan əvvəl…

"Fənərbağça" - "Olimpiakos" matçına damğasını vuran və 3 penalti vuruşunu qurtaran Konstantinos Tzolakislə bağlı çox danışılan fakt üzə çıxıb. bu barədə xarici mətbuata istinadən xəbər verir. Tzolakis matçdan sonra verdiyi açıqlamada məşqçilərlə analiz apardıqlarını və penaltilərdə

19 aprel
.

"Qalatasaray" İkardinin alternativini Fransada tapıb

Argentinalı ulduz Mauro İkardini əvəzləyə biləcək hücumçu axtarışlarını davam etdirən "Qalatasaray" Fransa bazarına üz tutub. Məlumata görə, "CimBom" "Liqa 2"də forma geyinən Zan Vipotniklə maraqlanır. Qeyd edək ki, klub hazırda ehtiyat hücumçu kimi komandada çıxış edə

19 aprel