İtkin düşənlərin ailələlərindən minlərlə bioloji nümunə toplanıb

İtkin düşənlərin ailələlərindən minlərlə bioloji nümunə toplanıb"Bu gün, müxtəlif şəraitlərdə itkin düşmüş milyonlarla insanın anılması üçün Beynəlxalq İtkin Düşmüş Şəxslər günü kimi qeyd olunur. Biz bu gün, həmin şəxslərin ailələri ilə həmrəyliyimizi və bu çətin durumda onların yanında olduğumuzu qeyd etmək istəyirik".

Sonxeber.az "Report"a istinadla xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri İlahə Hüseynova deyib.

O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş minlərlə şəxsin ailələri ümid və əlacsızlıq arasında yaşamağa davam edirlər: "Yeni xəbərin olmadığı hər bir gün yaxınlarının taleyinin aydınlaşdırılmasını gözləyən insanlar üçün narahatlıq və qeyri-müəyyənliklə dolu növbəti günə çevrilir.

Artıq onilliklərdir ki, BQXK regionda itkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılması ilə bağlıfəaliyyətlər həyata keçirir və itkin ailələrinə cavab verilməsi üçün dövlət qurumlarına dəstək göstərir. BQXK-nın Bakı və Yerevan nümayəndəlikləri və Dağlıq Qarabağn missiyası, bu münaqişə nəticəsində itkin düşmüş 4500-dən çox insan qeydə alınıb".

Bu gün, Beynəlxalq İtkin Düşmüş Şəxslər günündə, il boyu keçirilən bir sıra anım mərasimlərindən biri də Şəkidə, təşkil olunub. İtkin düşmüş şəxslərin ailələri qarşısında çıxış edən BQXK-nın Müdafiə proqramı üzrə əməkdaşı Qumral Aslanova, doğma insanın taleyini bilmədən yaşamağın çətinliyini vurğulayıb: "Bizə yaxın olan şəxsin həyatını itirməsi çox faciəvi bir haldır. Lakin, biz bu hüznlə qarşılaşsaq da, bir müddət sonra onların xatirələri ilə yaşayaraq normal həyatımıza qayıda bilirik. Ailə üzvünün itkin düşməsi isə sanki zamanı dayandırır. Ailələr bilmirlər ki, hüzn saxlasınlar ya ümidlə gözləsinlər".

Bakı nümayəndəliyindən bildirilib ki, BQXK dövlət qurumlarına, itkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılması, və beləliklə də onların ailələrinə cavab verilməsi yönündə dəstək göstərməyə davam edir: "İtkin düşmüş şəxslər haqqında toplanılan ətraflı məlumatlara əlavə olaraq, BQXK-nın Bakı nümayəndəliyi Əsir, və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə əməkdaşlıq şəraitində, itkinlərin ailə üzvlərindən 5000-dən çox bioloji istinad nümunəsi toplanıb. Burada əsas məqsəd gələcəkdə itkin düşmüş insanların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün zəruri olan informasiyanın qorunmasını təmin etməkdir.

Beynəlxalq Qızıl Xaç Komitəsi həmçinin ən ehtiyaclı ailələrə psixo-sosial dəstək göstərən təlim keçmiş müşaiyətçilər şəbəkəsini də dəstəkləməyə davam edir. Müşaiyətçilər itkin düşmüş şəxslərin yaxınlarına ev görüşləri, anım mərasimləri təşkil etməklə, onları lazımi orqanlara yönləndirməklə (dövlət orqanları, özəl təşkilatlar və ya ictimai cəmiyyətin nümayəndələri) və ya sadəcə ailələr arasında əlaqələri saxlamaqla kömək edirlər. 2018-ci ilin ilk yarısında 1000-dən çox şəxs bu istiqamətdə müxtəlif dəstək alıb".

Qeyd edək ki, BQXK neytral, qərəzsiz və müstəqil humanitar təşkilat olub, başlıca məqsədi silahlı münaqişələr və digər zorakılıq hallarından əziyyət çəkən şəxslərin həyat və ləyaqətini qorumaqdan ibarətdir. Təşkilat Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olaraq 1992-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 667   Tarix: 30 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ağdam əməliyyatının DETALLARI: "Oradan bir nəfər də salamat çıxmayacaqdı"

"Erməni silahlı qüvvələri, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın hücumunu Ağdam istiqamətindən gözləyirdi. Bütün güclərini Ağdam ətrafında müdafiənin təşkilinə sərf etmişdilər. Minalardan da başqa çox böyük əsgəri gücü orada saxlayırdılar. Bu da onların hərbi rəhbərliyinin səriştəsizliyin

26 iyun 2021
.

Füzuli və Cəbrayılda 4 erməni hərbçisinin meyiti tapıldı

Azərbaycanın Füzuli və Cəbrayıl rayonları ərazisində daha 4 ermənin meyiti tapılıb. xəbər verir ki, məlumatı "Sputnik Armeniya" yayıb. Bildirilib ki, 2020-ci il noyabrın 10-dan sonra işğaldan təmizlənən Azərbaycan ərazisində aparılan axtarış nəticəsində Ermənistan 1595 ermənin meyiti və y

3 iyul 2021
.

Şuşa şəhəri necə alındı? - VİDEO

Şuşanın azad edilməsində müstəsna xidmətləri olan hərbçilərdən biri Namiq Abdullayev xarici media nümayəndələrinin onlara ən çox ünvanladığı suallardan danışıb. O, Baku TV-yə açıqlamasında bildirib ki, media nümayəndələri çətin, sərt qayalıqlı və gözəl relyefə sahib Şuşada baş verən döyüşlərdə necə qalibiyyə

11 iyul 2021
.

Qaytarılan ermənilərin adları açıqlandı - TAM SİYAHI

Humanizm nümunəsi olaraq Azərbaycanın Ermənistana təhvil verdiyi 15 erməni əsilli şəxsin adları açıqlanıb. xəbər verir ki, siyahını "Sputnik Armeniya" yayıb:. 1. Akopyan Volodya Qaqikoviç. 2. Asatryan Gevorg Norayroviç. 3. Qasparyan Gor Vaqramoviç. 4. Enqoyan Sisak Qrişaeviç. 5. Karapetya

4 iyul 2021
.

Ballıqaya faciəsinin şahidi həmin gecənin dəhşətlərindən danışdı - VİDEO

1992-ci il mayın 18-də Azərbaycanın qədim yurd yerlərindən olan Laçın ermənilər tərəfindən işğal edildikdən sonra rayonun maldarlıqla məşğul olan bir qrup sakini heyvandarlıq üçün əlverişli olan Goranboyun Ballıqaya ərazisində müvəqqəti məskunlaşır. Yaxın qohumluq münasibətləri olan altı ailə yeddi çadırd

28 avqust 2021
.

Cəbrayılda daha 1 erməni hərbçisinin meyiti tapıldı

Qarabağda axtarışlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmiş daha 1 erməni hərbçisinin meyitinin qalıqları tapılıb. xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, cəsədlərin qalıqları işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində aşkarlanaraq qarş

28 avqust 2021
.

Füzulidə erməni hərbçisinin meyiti tapıldı

Erməni axtarış qrupları bu gün Füzulidə daha 1 erməni hərbçisinin meyitini tapıblar. xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Bununla da 14 noyabr 2020-ci ildən indiyədək aparılan axtarışlar nəticəsində tapılan erməni əsgər meyitlərinin sayı 1580 olub. Axtarışlar Azərbaycan Ordusunu

19 iyun 2021
.

Ermənistan daha səkkiz hərbçisinin qalıqlarının tapıldığını açıqladı

Ermənistan tərəfi Qarabağda aparılan axtarışlar zamanı daha səkkiz hərbçisinin qalıqlarının tapıldığını açıqlayıb. xəbərverir ki, bu barədə saytı yazıb. Erməni hərbçilərin qalıqları Azərbaycanın işğaldan azad olunan Hadrut qəsəbəsi ərazisində tapılıb

12 iyun 2021
.

İraq Türkiyədən "Bayraktar TB2" PUA-larını alacaq

İraqın müdafiə naziri Cuma İnad Sadun Türkiyədən "Bayraktar TB2" PUA, 12 ədəd "T129 ATAK" helikopteri və 6 "KORAL" mobil elektron müharibə sistemi alması barədə razılaşma elan edib. -ın məlumatına görə, keçən həftə İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisin

28 avqust 2021