Qurban Qurbanov: "Bəzən evdəkilər də məndən inciyir"

Qurban Qurbanov: "Bəzən evdəkilər də məndən inciyir""Futbolçularımı təbrik edirəm. Sona qədər qələbə üçün əllərindən gələni etdilər. Əsl xarakter göstərdilər. Çətinliklə hazırlaşırdıq. Çox stress var idi. Narazılıqlar futbolçularıma çox təsir edirdi. Çalışdıq ki, maksimum hazırlaşaq. İstədiyimiz kimi oynadıq. Azarkeşlərimiz də möhtəşəm idi. Hər birinə təşəkkür edirəm".

Bu sözləri Moldovanın "Şerif" klubuna Avropa Liqasının pley-off mərhələsinin cavab oynunda 3:0 hesabı ilə qalibgələn "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Qurbanov oyundan sonra fikirlərini bildirib: "Ardıcıl 5-ci dəfə qrup mərhələsinə yüksəldik, buna çox şadıq. Çalışacağıq ki, yenə də layiqincə çıxış edək, qrupda xallar qazanaq. Bu komanda ilə fəxr etmək olar. Həmişə problemlər olur, onları həll etməyə çalışırıq. Əlimizdə olan heyətdən maksimum yararlanmaq istəyirik. İstədiyim komandanı indiyə kimi formalaşdırmamışam. Hər bir məşqçi daha yaxşı heyət qurmağı arzulayır. Müdafiə xəttində həmişə kiçik səhvlər olur".

Komandanın köhnə və yeni üzvləri ilə bağlı danışan mütəxəssis fikirlərini belə dilə gətirib: "Bədavi bir neçə epizodda inamsız oynadı. Amma yaxşı ki, sonradan bu həyacan da keçdi, oyunu hiss etməyə başladı. Psixoloji yorğunluq da fiziki duruma təsir edir. Sıxıntı varsa, futbolçu tez yorulur. Hansısa bir anda özünü sırf mübarizəyə həsr edirsən və yorğunluq unudulur. Transferlərlə bağlı onu deyim ki, Araz Abdullayevlə bağlı danışıqlar gedir. Onu komandamda görmək istəyirəm. Arazın bir neçə klubu var, onlarla anlaşa bilsək, futbolçunu heyətə qatacağıq".

Qurbanov sosial şəbəkələrdəki tənqidlərlə bağlı da danışıb: "Sosial şəbəkələrdən istifadə etmirəm, amma saytlardan tənqidləri oxumuşam. Tənqid olmasa, işləmək olmaz. Amma bir qədər tənqidlərdə tələsiklik oldu. Bu da futbolçularda həyacan, gərginlik yaratdı. Bununla belə azarkeşlərin də haqqı var ki, bizə tələbkar yanaşsınlar. Biz futbolu onlar üçün oynayırıq. Uğur əldə etdikcə daha artığını istəyirik. Bu, bizim futbolumuz üçün vacibdi."

"Qrup mərhələsi üçün bu stadionu təqdim etmişik. Amma dəyişiklik ola bilər. Ola bilsin ki, Olimpiya Stadionunda oynadıq. Sabah püşkatmada hansı komandalara rəqib olacağımızın fərqi yoxdu. Qrup mərhələsində rəqiblər eyni olur. "Astana" ilə qrupda qarşılaşmağı xüsusiylə arzulamışam.
Xüsusi fikrim yoxdu. Almeydanı burda görəcəyik", deyə baş məşqçi əlavə edibŞş

Son olaraq mütəxəssis yorğun olduğunu qeyd edib: "Etiraf edirəm ki, son vaxtlar yorğunluq hiss edirəm. Nəinki istirahət, hətta evdə yetərincə vaxt keçirmək imkanı olmur. Bəzən evdəkilər də məndən inciyir. Amma mənə hər iki komanda həvalə olunub və mən çalışmalıyam ki, bu etimadı doğruldum. Bir azərbaycanlı kimi borcumdu ki, Azərbaycan futbolu üçün əlimdən gələni edim. Özümdə güc tapmalıyam. "Qarabağ"ın bu uğuru bütün futbolumuza təkan verəcək".

Fanat.Az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 3866   Tarix: 31 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qurban Qurbanov: "Məşqçilik düşüncələrim Voronejdə yarandı" - VİDEO

Bu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun 52 yaşı tamam olur. xəbər verir ki, Peşəkar Futbol Liqası bu münasibətlə Qurbanovla söhbətləşib. "Məşqçilik düşüncələrim Voronejdə yarandı. Bu istək mənə məşqçi olmaqda kömək etdi", - deyə Q.Qurbanov bildirib. O, futbolçu karyeras

13 aprel
.

"Qarabağ"ın daha iki potensial rəqibi bilindi

"Qarabağ"ın 2024-25 mövsümündə Çempionlar Liqasının I təsnifat mərhələsində daha iki potensial rəqibi müəyyənləşib. "Qafqazinfo" xəbər verir ki, buna Litva və Qazaxıstan çempionatlarında qızıl medalçının bəlli olması ilə aydınlıq gəlib. Adıçəkilən ölkələrin çempionlarının "Panevejis"

15 aprel
.

Makqreqor qayıdır: Kiminlə və nə vaxt döyüşəcək?

İrlandiyalı Konor Makqreqor iyunun 30-a keçən gecə Las-Veqasda "Ultimate Fighting Championship" (UFC) turnirində amerikalı Maykl Çandlerlə döyüşəcək. Bu barədə UFC prezidenti Dana Uayt məlumat verib. Döyüş "UFC 303" turniri çərçivəsində baş tutacaq. Qeyd edək ki, Makqreqorun 35 yaş

15 aprel
.

Arda Gülərlə bağlı ŞOK iddia: Qərarını açıqladı

"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülərin ispan nəhəngində oynamaq şansı olmadığı üçün ayrılmaq qərarına gəldiyi və istəyini rəhbərliyə bildirdiyi iddia edilib. xarici mediaya istinadən xəbər verir ki, son olaraq dünən axşam La Liqada İspaniya komandasının səfərdə "Malyorka"y

15 aprel
.

"Formula 1": 2025-ci ildə Azərbaycan Qran-prisi sentyabrda keçiriləcək

"Formula 1" 2025 mövsümünün təqvimini açıqlayıb. Azərbaycan Qran-prisi sentyabrın 19-21-də təşkil olunacaq. Qeyd edək ki, Bakıdakı yarış bu il sentyabrın 13-15-də gerçəkləşəcək

12 aprel
.

Futbolçu formasını 50 avroya satdı - Video

İspaniya 3-cü Liqasında mübarizə aparan "Malaqa"lı Dani Lorenzo öz formasını 50 avroya azarkeşlərə satıb. "Qafqazinfo" xəbər verir ki, çempionat matçından sonra azarkeş 21 yaşlı Dani Lorenzodan formasını istəyib. Futbolçu isə forması qarşılığında 50 avro tələb edib. Tərəfdar 50 avr

16 aprel
.

"Sabah" "Qarabağ"ın iki rekordunu qırdı

"Sabah" Azərbaycan çempionatlarının 32 illik tarixində "Qarabağ"a ardıcıl iki oyunda 3 və ya daha çox qol vuran 3-cü komanda olub. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bunadək 3 belə hadisə yaşanıb. İki dəfə "Kəpəz", bir dəfə "Şəmkir"

15 aprel
.

"Formula 1" Yaponiya Qran Prisinin qalibi bəlli oldu

"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen "Formula 1" üzrə dünya çempionatının dördüncü mərhələsinin - Yaponiya Qran Prisinin qalibi olub. Yarış "Suzuka" trekində baş tutub. Onun komanda yoldaşı meksikalı Serxio Peres ikinci yeri tutub. İlk üçlüyü "Ferrari"

7 aprel
.

Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə yeddi medal qazanıblar

Almaniyanın paytaxtı Berlin şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk yarış günü arxada qalıb. Bu barədə Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycan idmançıları yarışın ilk günündə üç qızıl, iki gümüş və iki bürünc medal qazanıblar

14 aprel