Azərbaycan idmançılarına sanksiya tətbiq edildi

Azərbaycan idmançılarına sanksiya tətbiq edildiAzərbaycanın daha 4 idmançısına dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib.

Sonxeber.az Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytına istinadən xəbər verir ki, ağırlıqqaldırma üzrə yığmanın üzvü Rövşən Fətullayev 96 ay (8 il) müddətinə bütün yarışlardan kənarlaşdırılıb. "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısından alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu təsbit olunub. Onun orqanizmində xorionik qonadotropin (hCG) və morfin aşkarlanıb. Onun cəzası 18 yanvar 2018-ci il tarixindən qüvvəyə minib.

Boksçu İman Əhmədli orqanizmində meldonium maddəsi tapıldığı üçün 12 aylıq diskvalifikasiya olunub. Onun cəzası 5 mart 2018-ci il tarixindən hesablanır.

Voleybolçular - İftixar Abdullayev 24 ay, Sabina Saviç isə 48 ay müddətinə cəzalanıb. Orqanizmində betametazon maddəsi aşkarlanan İ.Abdullayevin cəzası 16 iyul 2018-ci il tarixindən qüvvəyə minib. Cəzası 22 may 2018-ci ildən hesablanacaq S.Saviç isə qadağan olunmuş metamfetamin (D-) və amfetamin maddələrindən istifadəyə görə sanksiya ilə üzləşib.

Xatırladaq ki, daha əvvəl Azərbaycanın daha 20 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün AMADA tərəfindən cəzalandırılıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 3529   Tarix: 03 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

F1 İtaiya Qran-prisi: Ferstappen və Hemilton yenə toqquşdu, Rikyardo qalib oldu

"Maklaren"in pilotu Daniel Rikyardo Formula 1 üzrə İtaliya Qran-prisinin qalibi olub. " "ya istinadən xəbər verir ki, çempionatın 14-cü mərhələsi lider Ferstappenin ikinci yerdə qərarlaşmış Hemiltonla toqquşaraq yarışı dayandırmaları ilə yadda qalıb. Finişə ikinci çatan qalibin komand

12 sentyabr 2021
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17 sentyabr 2021
.

Daha bir idmançımız ermənini döşəyə çıxmağa peşman etdi - VİDEO

Rusiyanın Kazan şəhərində birinci MDB Oyunları davam edir. xəbər verir ki, samboçularımızdan Adil Adilzadə (88 kq) bürünc medal qazanıb. İdmançımız erməni rəqibini məğlub edərək bürünc medala sahib çıxıb

8 sentyabr 2021
.

Ronaldu debüt oyununda iki qol vurdu – VİDEO

"Mançester Yunayted"ə qayıdan portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldu debüt oyununda iki qol vurub. İngiltərə Premyer Liqasının dördüncü turunda evdə "Nyukasl"ı qəbul edən "qırmızı şeytanlar" 4:1 hesablı qələbə qazanıblar. Ronaldu birinci qolunu ilk hissəyə əlav

11 sentyabr 2021
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18 sentyabr 2021
.

DÇ-2022-nin seçmə mərhələsi: İtaliya və Almaniyadan darmadağın, İngiltərə qələbəni əldən verdi

Futbol üzrə 2022-ci il Dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində növbəti turun oyunları baş tutub. Bugün daha 5 qrupda 12 qarşılaşma keçirilib. İtaliya millisi Litva üzərində 5:0 hesablı qələbə qazanaraq ardıcıl məğlubiyyətsiz oyunların sayı üzrə dünya rekordunu yeniləyib. İrlandiyan

9 sentyabr 2021
.

İrlandiya - Azərbaycan matçı - Millimiz qələbəni əldən verdi - YENİLƏNİR

İrlandiya - Azərbaycan matçı 1-1 hesablı bərabərliklə yekunlaşdı. Hər iki komanda bununla qrupda ilk xalını qazandı. *. İrlandiya matçın 87-ci dəqiqəsində hesabı bərabərləşdirdi: 1-1. *. Matçın ilk hissəsinin son dəqiqəsində Emin Mahmudov möhtəşəm qolla millimizi hesabda önə çıxardı: 0-1. *. 20:05

4 sentyabr 2021
.

Arvadını dişləyən Boatenqə ağır cəza verildi

Futbol üzrə Almaniya millisinin və "Lion" klubunun üzvü Jerom Boatenq məişət zorakılığıyla bağlı rekord məbləğlə cəzalandırılıb. Dünya çempionu üç il öncə qızlarının anasını döydüyü və dişlədiyinə görə 1.8 milyon avro cərimə ödəməlidir. Qeyd edək ki, Boatenqin 33 yaşı var. O, karyerası ərzind

10 sentyabr 2021
.

Ronaldonun zərbəsi qadın işçiyə xəsarət yetirdi - FOTOLAR

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Yanq Boyz" - "Mançester Yunayted" qarşılaşmasından əvvəl isinmə hərəkətləri zamanı Kriştiano Ronaldonun qapıya vurduğu zərbələrdən biri təhlükəsizlik işçisi olan qıza dəyib. "Qafqazinfo" xəbər verir ki, Ronald

15 sentyabr 2021