Evlilik üçün ideal yaş fərqi neçə olmalıdır? - AÇIQLAMA

Evlilik üçün ideal yaş fərqi neçə olmalıdır? - AÇIQLAMABildiyimiz kimi, bu gün ölkəmizdə erkən yaşda qızların evləndirilməsi halları ilə tez-tez rastlaşırıq. Əlbəttə ki, bu nikahların baş tutması qəbulolunmazdır. Digər tərəfdən, Azərbaycanda 22 yaşlı oğlanın 40 yaşlı qadınla evlənməsi ilə bağlı hallarda mövcuddur. Araşdırmalar onu göstərir ki, tərəflər arasında yaş fərqi ailə qurduqdan sonra problemlər yarada bilər. Bəs evlənən cütlüklər arasında yaş fərqi neçə olmalıdır?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan sosioloq Lalə Mehralı deyib ki, bu məsələ çox insanın dünyaya baxış tərzi ilə bağlıdır. Əgər tərəflərdən biri yetkinlik yaşına çatmamış insandırsa və həddindən artıq yaşca böyük insanla evləndirilsə bunun qarşısını almaq lazımdır:

" Əgər qızın 16 yaşı varsa və 35-40 yaşında bir kişi ilə evləndirilirsə, bu normal qarşılanacaq hal deyil. Lakin 25 yaşında bir qız 40 yaşında kişi ilə evlənməyi düşünürsə, biz buna görə onu qınaya bilmərik. Çünki o, yetkinlik yaşına çatmış bir insandır. Onun azad seçmək hüququ var. Yetkinlik yaşında olan şəxslər orta yaşlı insanları evlilik üçün məqbul hesab edə bilər. Buna görə həmin şəxslər qınanılmamalıdır. Amma bütün hallarda, yaş fərqinin həddindən artıq çox olması uyuşmazlığa və ailə daxili problemlərə gətirib çıxara bilər. Əgər bir-birindən 20 yaş fərqlə tərəflər evlənirsə, gələcəkdə ailələr arasında problem yaranma ehtimalı var. Biri ahıl dövrünə qədər qoyanda, digəri orta yaşda olacaq. Təbii ki, dünyagörüşü tərəflər arasında uyğun olmayacaq. Bu tək yaşla əlaqədar deyil. Ümümiyyətlə yaşından asılı olmayaraq bir gün belə bizim düşüncəmizə və qərarlarımıza təsir edə bilir. Bu baxımdan hesab edirəm ki, gələcəkdə problem yaşamamaq üçün tərəflər ailə quranda aralarında maksimum 7-8 yaş bir-birindən fərqlənməlidir. Əgər tərəflər yetkinlik çağındadırsa, bu qərar onların seçimlərinə buraxılmalı olan məsələdir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1611   Tarix: 26 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mehdiyevin kürəkəninin adı hallanan 3 milyonluq qalmaqalın sübutu gizlədilib?

Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevə məxsus "Dostluq-MK" MMC ətrafında qalmaqal yaranıb. Qaynarinfo xəbər verir ki, qalmaqalda tərəflərdən biri xaçmazlı iş adamı Mənsur İbrahimovdur. Bir neçə gündür bu barədə mediad

6 may
.

Azərbaycanlı iş adamının "Qalatasaray"dakı işinə xitam veriləcək

Azərbaycanlı iş adamı "Qalatasaray"dan ayrılacaq. xəbər verir ki, Dursun Özbek "Qalatasaray"ın prezident seçkisinə namizədliyini açıqlayıb. İstanbul təmsilçisinin başqanı vəzifəsinə seçki mayın 25-də keçiriləcək. Özbek 2022-ci ilin yayından "Qalatasaray"ın prezidentidir

6 may
.

"Məlhəm"lə bağlı məhkəmə iddiası - Maddi ziyan tələb edilir

"Məlhəm Beynəlxalq Hospital" Məhdud Məsuliyyətli Cəmiyyətindən (MMC) maddi ziyan tələb edilir. Qaynarinfo-nun məlumatına görə, klinikana barəsində Nəbiyeva Günay Mirsahib qızı məhkəməyə müraciət edib. Günay Nəbiyeva məhkəmədə "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklə

6 may
.

Bakıda 17 min manata pişik satılır - VİDEO

Son zamanlar ev heyvanlarının qiymətinin kəskin bahalaşması müşahidə edilir. -ın məlumatına görə, it 10 min manata, pişik 17 min manata satılır. Satışda olan "Kanqal", "Malino", "Alman iti" kimi cins heyvanlar ən bahalılar hesab edilir. Ev heyvanlarının satışı ilə məşğu

6 may
.

Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR - FOTO

Bakının Xətai rayonu Gəncə prospektində yerləşən "Şəms" şadlıq evinin söküntüsünə hazırlıq gedir. Sakinlərin -a verdiyi məlumata görə, ötən gündən başlayaraq şadlıq evinin kənarına dəmir qaynaq edilir və hasara alınır. Məlumat üçün bildirək ki, "Şəms" şadlıq evinin bir müddət önc

6 may
.

Ruhəngiz Musəvi: "Ailəmi Sevda dağıtmayıb"

"Birinci həyat yoldaşımla 10 il yaşadım. Onunla ayrılandan bir il sonra ikinci dəfə ailə qurdum. Bu ərəfədə də mənim birinci ərim, həmkarım Sevda Əliqizı ilə ailə qurdu. Birinci ərim gördü ki, mən başqa bir kişi ilə ailə qurmuşam, o da bu cür addım atdı. Birinci ərim çox gözlədi məni. Anası düşünd

6 may
.

Xankəndi Polis Şöbəsinə yeni təyinat olub

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Xankəndi Polis Şöbəsinə yeni təyinat olub. report-a istinadən xəbər verir ki, əmrə əsasən polis kapitanı Alim Eldar oğlu Bağırov Xankəndi Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin yeni rəisi vəzifəsinə təyin olunub. Qeyd edək ki

6 may
.

Sumqayıt sakini itkin düşüb

Sumqayıt şəhər sakini Cavidan Alim oğlu Əliyev 30.04.2024-cü il tarixində saat təxminən 13 radələrində yaşadığı Yaşıldərə bağlar ərazisindəki ünvanından çıxıb və indiyədək geri qayıtmayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib. Bildirilib ki, C.Əliyevin əlamətləri bunlardır

6 may
.

Hansı universitetlər Qarabağa KÖÇÜRÜLƏCƏK? - AÇIQLAMA

Bildiyimiz kimi, Bakıdan artan tıxac problemi və əhali sıxlığı universitetlərin paytaxtdan kənar ərazilərə köçürülməsini zəruri edir. Böyük Qayıdış konsepsiyasına əsasən Qarabağdan bərpa-quruculuq işləri davam etdirilir. Mərhələli şəkildə keçmiş məcburi köçkünlər öz yurdlarına yerləşdirilir. Bu fond

6 may