Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - FOTO

Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - FOTOABŞ-nin Los-Anceles şəhərində mağazanın dayanacağında adamyeyən görüntülənib.

29 yaşlı evsiz Kolin Çex ərzaq mağazasının dayanacağında tanımadığı şəxsə hücum edib. O, kişinin başını asfalta çırpmağa başlayıb, sonra isə əyilib onun üzünü yeməyə başlayıb. Hadisənin şahidləri polisə müraciət ediblər. Polis əməkdaşları hadisə yerinə gələndə Çexin qurbanın üzərinə əyildiyini görüblər. Onun əlləri, üzü və paltarları qan içində olub. Sonradan məlum olub ki, Çex kişinin qulağını və gözünü yeyib. Qurbanın daha sonra Kennet Braun olduğu müəyyən edilib: onu xilas etmək mümkün olmayıb. Braun başının asfalta çırpılması nəticəsində aldığı travmalardan vəfat edib.

Çex həbs olunarkən hüquq-mühafizə orqanlarının əməkdaşlarının heç bir sualına cavab verə bilməyib. Cinayətkar nəzarət altına götürülüb, sonra isə huşunu itirdiyi üçün xəstəxanaya göndərilib. Daha sonra Çex müstəntiqlərə evsiz olduğunu və son beş gün ərzində yatmadığını, hansısa varlığın ona hakim olduğunu bildirib. Çex həmçinin qeyd edib ki, guya ilk olaraq Braun ona hücum edib, o, özünü qulyabanı ilə döyüşürmüş kimi hiss edib və ilahi güc ona qalib gəlməyə kömək edib. Kişi başındakı səslərin ona hansısa Dreykə hücum etməyi əmr etdiklərini və Braunu onunla səhv saldığını deyib. Çex həmçinin hücum üçün dişlərini istifadə etdiyini etiraf edib.

Onun işi üzrə keçirilən ilk məhkəmə iclası zamanı həmin şəxs özünü qəribə aparıb və mimikaları tez-tez dəyişib. Çexin vəkili məhkəmədə onun ruhi xəstə olduğunu deyib. Kişi psixiatrik müayinədən keçəcək. Növbəti iclas mayın 24-nə təyin edilib. (OXU.AZ)
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 445   Tarix: 03 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mədəkiçiltmə əməliyyatının FƏSADLARI: Arıqlamaq üçün cərrahi əməliyyat şərtdir? - VİDEO

Artıq çəki hər zaman aktual məsələlərdən biri olub. Arıqlamaq və ideal bədən quruluşuna sahib olmaq hər kəsin arzusudur. Müasir dövrdə arıqlamağın bir çox növləri var. Ən geniş yayılanı isə mədəkiçiltmə əməliyyatıdır. Terapevt Emin Məmmədovun sözlərinə görə, insanın bədən çəki indeksi 35 üzəridirsə birmənal

17 may
.

Faiq Ağayev kimdir? - 3 dəfə ölüb dirilən, oğlunu hamıdan gizlədən Xalq artisti

"Bioqrafiya" rubrikasında Xalq artisti, estrada müğənnisi Faiq Ağayev barədə məlumat verir. - Faiq Ağayev harada anadan olub, neçə yaşı var?. Faiq Balağa oğlu Ağayev 29 dekabr 1971-ci ildə Bakıda anadan olub. - Faiq Ağayev harada təhsil alıb?. Ailəsi onun həkim olmasını istəyib. Bu sahədə təhsi

17 may
.

Paşinyan Azərbaycana gəlsin? - Paytaxt sakinlərindən maraqlı cavablar - Video

Bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 tədbirinə Ermənistanın baş naziri Nikol Paşinyan da nümayəndə heyəti ilə gələ bilər. Siyasi şərhçilər bildirir ki, COP29 tədbirinin Azərbaycanda keçirilməsi müqabilində Ermənistanın da bu təşkilatın büro üzvlüyünə seçilməsinə razılıq verilib. Belə olan hald

17 may
.

Saxta pullarla insanları aldatma halları artır - VİDEO

Son dövrlər etibarsız pullarla insanları aldatma halları artır. -ın məlumatına görə, belə bir hal Oğuzda baş verib. Xeyriyyəçilik adı ilə insanlara saxta 100 manatlıqlar paylayan şəxs, onlardan qalıq məbləğ kimi 50 manatlıqları yığaraq aradan çıxıb. Ekspertlər isə bildiriblər ki, son vaxtlar bu cür saxt

18 may
.

DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib. -ın məlumatına görə, bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan önc

18 may
.

Bakıda qadını ölümlə hədələyən şəxsə hökm oxunub

Bakıda qeyri-rəsmi münasibətdə olduğu qadını hotelin binasından atan şəxsə hökm oxunub. -ın məlumatına görə, 1995-ci il təvəllüdlü Şükür Qəmbərov Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) maddələri ilə təqsirləndirilib. Bakı Ağır Cinayətlə

17 may
.

Niyə yaşlı qadınlar gənc kişilərə üstünlük verirlər? - MARAQLI SORĞU NƏTİCƏLƏRİ

Son illərdə yaşlı qadınların gənc kişilərə marağının artması daha çox diqqət mərkəzinə düşür. xarici KİV-ə istinadən xəbər verir ki, 2024-cü il sorğusuna görə, gənc kişilərlə görüşən qadınların 57 faizi cinsi məmnunluq kateqoriyasında münasibətlərini "yaxşı"dan "əla"ya qədər qiymətləndirir

17 may
.

Bu Amerika ölkəsində müsəlmanlar az qala hakimiyyətə gələcəkdi - TARİX

Bu dəfə qeyri-adi bir hadisədən – Karib dənizinin cənubunda yerləşən ada dövləti Trinidad və Tabaqoda radikal müsəlman dindarların hakimiyyətə gəlmək cəhdindən danışacağıq. Həmin hadisə 1990-cı il iyulun 27-də baş verib və 24 nəfərin ölümü, 100-dən çox insanın yaralanması ilə başa çatıb. Trinidad v

16 may
.

Qorxunc STATİSTİKA: İldə 1200-1300 uşaq 17 yaşa çatmamış ana olur! - AÇIQLAMA

Ötən il Azərbaycanda 293 erkən evliliyin qarşısı alınıb. Bu insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əksini tapıb. Erkən nikahların qarşısının alınması ilə bağlı mübarizələrin aparılmasına baxmayaraq, erkən nikahlar və bu nikahlardan doğulan uşaqların sayı artmaqda dava

17 may