Paşinyan Putin qarşısında özünü qorxmaz cəngavər kimi göstərməyə çalışırdı

Paşinyan Putin qarşısında özünü qorxmaz cəngavər kimi göstərməyə çalışırdı"Uzun onillər ərzində Ermənistanın siyasi həyatında bütün qüvvələr Dağlıq Qarabağın "müstəqilliyinin" tanınmasını bir nömrəli ideologiya kimi qeyd ediblər. Lakin sonrakı reallıqda bunu həyata keçirməyi qətiyyən bacarmayıblar. Həm də ona görə ki, Azərbaycanın işğal olunmuş rayonlarını hansı formada Dağlıq Qarabağın ərazisinə daxil edə bilməyin yollarını tapa bilməyiblər".

Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Zahid Oruc Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ ətrafında işğal olunmuş yeddi rayonun qondarma "Dağlıq Qarabağ Respublikasının" tərkib hissəsi olduğuna dair sözlərini şərh edərkən deyib.

Çıxılmazlığın qapısında dayanıblar

Onun sözlərinə görə, Ermənistan siyasətində rəngindən, ideologoyasından, cəbhəsindən asılı olmayaraq əksər qüvvələr hakimiyyət astanasında bir bəyanat veriblər və ya ideologiya irəli sürüblər, iqtidara keçəndən sonra regional və beynəlxalq gerçəkliyi dərk etməyə başlayıblar: "Dağlıq Qarabağın tanınması məsələsində məlum çıxılmazlığın qapısında dayanıblar. Məsələ burasındadır ki, onlar Dağlıq Qarabağ ətrafında işğal olunmuş 7 rayonu hansı formada ərazi cəhətdən Qarabağın torpaqlarına əlavə edəcəklərini, bunu beynəlxalq hüquq subyekti kimi xarici məkanda necə tanıtdıracaqlarını bilmirlər. Bu sual olaraq onların qarşısında durub. Hətta bir qədər irəli gedib onu da deyək ki, vaxtilə "Ağdam i naşa rodina" sözünü də Qarabağın işğalında əsas hərbi canilərdən biri olan Serj Sarkisyan söyləmişdi".

Tiqranın yetirmələri titulu cəfəng olub

Millət vəkili qeyd edib ki, belə olan təqdirdə Paşinyanın jurnalist qiyafəsində bir dövlətə guya müstəqil xarakter vermək, özlərini Qarabağdakı hadisələrdən kənarda tutmaq, danışıqlarda ayrıca siyasi vahid kimi tanıtmaq istəyi alınmır: "Görünən mənzərə budur ki, Paşinyan bir tərəfdən Moskvada bəyan edir ki, o, Qarabağı Ermənistanın ayrılmaz hissəsi kimi görür və beləliklə sübuta yetirir ki, bu illər ərzində Qafqazın zümrüdü, öz xalqının silahlı qüvvvələri ilə dövlət quran cəngavərlər, Tiqranın yetirmələri titulları cəfəng olub. Həqiqətdə isə Ermənistanın məlum siyasi, yardımları və addımları olmasa, separatçı Dağlıq Qarabağın varlığından danışmaq real deyil".

Özünü Rusiyanın dayaqlarını çökdürməklə tanıdan

Z. Oruc bildirib ki, N. Paşinyan sanki sirkdə həkimlərin qoyduğu diaqonozdakı kimi firkirləşmə mahiyyətində özünü ortaya qoyur: "Yəni bir tərəfdən daxildə siyasi rəqiblərinə, köhnə düşmənlərinə, gələcəkdə ona mane olacaq partiya rəhbərlərinə müharibə açıb, digər tərəfdən isə Moskvaya gedən kimi özünü Serj Sarkisyan qiyafəsində təqdim edir. Ardınca bəyanat verir ki, biz çalışacağıq ki, danışıqlar prosesində Qarabağla bağlı məsələni onların özlərinin iradəsinə buraxaq. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya ən yüksək səviyyəli səfəri baş tutdu, səfər çərçivəsində bir neçə sənəd imzalandı, ancaq bəlli deyil ki, Paşinyanın Moskva səfərində nə imzalandı, hansı səviyyəli görüşlər keçirildi, danışıqların mahiyyəti nədən ibarətiydi, gələcək perspektiv üçün hansı konsensus əldə olunub. Putinin köməkçisi söyləmişdi ki, çoxlu suallar yığılıb qalıb, bunu avtomatik olaraq nə demək olduğunu hamı başa düşür. Məsələnin digər önəmli tərəfi ondan ibarətdir ki, Rusiya qəti bir şəkildə Azərbaycanın hazırki addımlarını, onun yaradıcı mövqeyini və Moskva ilə formalaşan nizamı Paşinyanın bir səfərinə qurban verəsi deyil. Millətçi, inqilabçı, özünü Rusiyanın dayaqlarını çökdürməklə tanıdan, komandasının əskər üzvləri Sorosun maliyyəsinə bağlı olan Paşinyan Moskvada nə söyləyə bilər ki, sentyabrın 1-də Soçidə əldə olunmuş razılaşmaların üstündən xətt çəkilsin".

Ermənilər 100 il əvvəl olduğu kimi...

Onun sözlərinə görə, N. Paşinyan guya özünü qorxmaz bir cəngəvar olduğunu sübut etmək üçün Putinlə görüşdə sətiraltı olaraq ikitərəfli münasibətlərdə daxili işlərə qarışmama haqqında fikirlər söyləyib: "Ancaq hər kəsə bəllidir ki, Rusiya əlini çəksə, Ermənistan adlı siyasi vahid Qafqazda yox olar. Ona görə yox ki, Azərbaycan və Türkiyə bu məkanı ortadan götürər, əsla. Bu dövlətin özü-özlüyündə Rusiya çəkmələrindən kənarda hərbi qüvvə ilə ayağa qalxıb özünü qoruması mümkün deyil. Buna görə də ikitərəfi münasibətlərdə daxili işlərə qarışmama daha çox yəni Moskva bizdən əlini çək anlamına gəlir və üstəlik də Fransa Prezidenti Emmanuel Makronla görüş qarşısındadır. 100 il əvvəl ermənilər çarizm süquta uğrayanda imperiyanın yanından kənarlaşıb bolşeviklərə üz tutdular, Qərb aləmi ilə yaxınlaşmağa doğru getdikər, sonra gördülər ki, SSRİ dağılma ərəfəsindədir bu dəfə də Qərblə tərəfdaşlıq yollarını tapmağa çalışdılar. Ermənistanın hazırki hakimiyyətinin varlığı, iradəsi daha çox xarici lobbi mərkəzlərinə bağlı olduğuna görə Putin və Paşinyan arasında səmimi dostluq münasibətləri formalaşa bilməz, burada problemlər çox dərindir. Paşinyanın Dağlıq Qarabağ barədə dediyi bəyanatları dərin strateji fikirlər kimi dəyərləndirmək olmaz".

Məftun Salmanov


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1634   Tarix: 10 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ

Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"

4 sentyabr 2021
.

Azərbaycan XİN səssizliyini pozdu: Rusiyaya etiraz edildi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində ( ) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma "Dağlıq Qarabağ Respublikası"

4 sentyabr 2021
.

"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA

İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların

3 sentyabr 2021
.

Azərbaycan Qarabağa gedən İran maşınlarını yoxlamağa başladı - FOTO

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Qafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb. xəbər verir ki, bu barədə Ermənista

12 sentyabr 2021
.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021
.

"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA

Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl

8 sentyabr 2021
.

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başladı

Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən -a məlumat verilib. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələri

12 sentyabr 2021
.

"Caliber": Ermənistan dövlətçiliyinin mövcudluğu Türkiyə və Azərbaycandan asılıdır - VİDEO

"Caliber" layihəsinin Türkiyənin Sütçü İman Universitetinin professoru, politoloq Toğrul İsmayılla geniş müsahibəsinin ikinci hissəsi təqdim olunub. Müsahibədə türkiyəli politoloq regional güc balansı, Ermənistan dövlətçiliyinin saxlanılmasında Azərbaycan və Türkiyənin oynadığı rol, 44 günlü

30 avqust 2021
.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021