13 yaşlı qızı evinə salıb zorladı, sonra bıçaq və balta ilə... - Azərbaycanda DƏHŞƏTLİ OLAY

13 yaşlı qızı evinə salıb zorladı, sonra bıçaq və balta ilə... - Azərbaycanda DƏHŞƏTLİ OLAYZorlamada təqsirli bilinən Salyan rayon sakini Samir Babayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərtidir - H. Z.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, Samir Babayev 1995-ci ildə Salyan rayonun Dayıkənd kəndində anadan olub. Sonradan Salyan rayonunun mərkəzinə köçüb, burada yataqxanada yaşamağa başlayıb. O, qonşusu, 2003-cü il təvəllüdlü Səmayə Qasımovanı zorlamaqda təqsirli bilinib.

Azyaşlını içəri saldı, qapını arxadan bağladı və...

Samir Babayev 2016-cı ildə Səmayə Qasımovanı oynamaq bəhanəsi ilə yaşadığı Salyan şəhəri, N.Babayev küçəsində yerləşən yataqxananın ikinci mərtəbəsindəki mənzilə dəvət edib. O, Səmayəni içəri salandan sonra qapını arxadan bağlayıb.

Bundan sonra Samir Səmayəni qollarından tutub və ona zor tətbiq edib. O, qızı döşəmənin üzərinə uzadaraq soyundurub.

Zorakılıq

Samir zorakılıq göstərməklə qızla qeyri-təbii yolla cinsi əlaqədə olub. Təcavüzə məruz qalan Səmayə ağlayıb, ucadan qışqıraraq kömək çağırıb. Bu zaman Samir qapını açmağa məcbur qalıb. Qız paltarını geyinərək hadisə yerini tərk edib.

Balta və bıçaqla...

Daha sonra Samir qızı öldürməklə hədələyib. O, qıza balta və bıçaq göstərərək, baş verənləri danışacağı təqdirdə onu, habelə anası və atasını öldürəcəyini deyib. Qorxuya düşən qız olayı bir neçə il gizlədib.

Bundan sonra Samir yenidən qızla cinsi əlaqədə olmaq istəyib. Belə olduqda isə qız baş verənləri anasına danışmağa məcbur qalıb.

Səmayənın ailə üzvləri baş verən təcavüz olayı ilə bağlı Salyan rayon polis şöbəsinə ərizə ilə müraciət ediblər. Müraciət əsasında Samir həbs olunub.

9 il cəza

Samir Babayevə qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Babayev 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul olunub.

Hökmdən narazı qalan Samir Babayev apelyasiya şikayəti verib. O, şikayətində cəzasının dəyişdirilməsini, barəsində bəraətverici hökmün çıxarılmasını istəyib.

Bəraət istədi, hökm dəyişmədi

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə Samir Babayevin barəsində olan hökm qüvvədə saxlanılıb. Bundan sonra o, eyni tələblə kasasiya şikayəti verib.

Samir Babayevin şikayəti araşdırılması üçün bu yaxınlarda Ali Məhkəməyə göndərilib. Şikayət hakim Tahir Kazımovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Hakim heyəti kasasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, Samir Babayevin şikayəti təmin olunmayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 3860   Tarix: 12 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pirallahı sakinlərindən narkotik maddə aşkarlandı

Polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -a verilən məlumata görə, Pirallahı Rayo

21 avqust 2021
.

DTX-nin şöbə rəisi də qadının qətlinin sifarişinə görə həbs edilib

2018-ci ildə Şirvan şəhərində itkin düşən 62 yaşlı Sarayxanım Abdullayevanın qətlə yetirilməsinə görə Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şöbəsinin baş əməliyyat müvəkkili, kapitan Rövşən Ağayev, Şirvan sakini Mətləb Əmirovun həbsi ilə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbə

17 sentyabr 2021
.

Qaxda baş verən yanğın məhdudlaşdırılıb

Qax rayonunun Güllük kəndi ərazisində hündür dağ zirvəsində dünən axşam saatlarından başlayan yanğın məhdudlaşdırılıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası, 40 nəfər şəxsi heyəti, o cümlədən meşə təsərrüfat

25 avqust 2021
.

İsmayıllıda ƏMƏLİYYAT - Heroin alverçisi saxlanıldı - FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  -a verilən məlumata görə, keçirilən əməliyyat zamanı üzərində narkotik vasit

22 avqust 2021
.

Narkotik yetişdirən Hacıqabul sakinləri SAXLANILDI

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunublar. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumata görə, daxi

12 sentyabr 2021
.

Prokurorluq keçmiş polis rəisinin bıçaqlanması ilə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB

Avqustun 24-ü saat 21 radələrində Xaçmaz rayon sakini Əsgərbəyli Əliağa Aydın oğlunun kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub. Xaçmaz Rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarl

25 avqust 2021
.

Meşəlik ərazidə narkotik plantasiyası aşkar edildi - Sahibi saxlanıldı

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə

28 avqust 2021
.

Qubadakı dəhşətli qəzada ölənlərdən ikisinin kimliyi bilindi - YENİLƏNİB + FOTO/VİDEO

Səhər saatlarında Quba rayonunun Alekseyevka kəndində baş verən qəza nəticəsində ölənlərdən ikisinin şəxsiyyəti məlum olub. -ın əldə etdiyi məlumata görə, bunlar sürücü Nurlan Süleymanov və sərnişin Məmmədhəsən Əkbərovdur. Avtomobildə olan şəxslər N. Süleymanovun 24 avqustda təşkil etdiyi ad günü mərasimində

25 avqust 2021
.

Sabirabadda qaynını bıçaqlayıb, qayınanasına xəsarət yetirən şəxs saxlanılıb - YENİLƏNİB

Sabirabadın Kürkəndi kəndində qaynını bıçaqlayan Ramil Tarverdiyev polis tərəfindən saxlanılıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu boğazından və döş qəfəsindən bıçaqlanıb. Yaralı çoxsaylı bıçaq xəsarətləri və qanitirmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərə

7 sentyabr 2021