Yol polisi Bakıdakı taksi sürücülərilə bacara bilmir... - PROBLEM

Yol polisi Bakıdakı taksi sürücülərilə bacara bilmir... - PROBLEMPaytaxt Bakının küçələrində taksilərin sayı günü-gündən artır. Taksilərin belə sürətli şəkildə artması onlara tələbatla bağlıdır. Dünyanın bir çox yerində taksi fəaliyyəti ilə məşğul olanlar üçün xüsusi yerlər ayrılır, onlar yalnız həmin yerlərdə dayana bilərlər. Bakıda isə mənzərə tamamilə fərqlidir. Bir çox yerlərdə taksilər üçün yer ayrılsa, bunlat ya azlıq edir, ya da taksi sürücüləri qaydalara riayət etmək istəmirlər.

Paytaxda metrostansiyaların, restoranların qarşısında sıxlığın, tıxacın olması müşahidə edilir. Biraz irəlilədikdən sonra sonra görürsən ki, hansısa taksi sürücüsü dayanma-durmanın qadağan olunduğu yerdə maşın saxlayıb müştəri gözləyir. Taksi sürücüləri nə avtobus dayanacağında, nə yolun hərəkət hissəsində dayanmaqlarına əhəmiyyət vermədən fəaliyyətlərinə davam edirlər. Digər sürücülərin tıxacda qalması, avtobuslarda sərnişinlərin saatlarla yollarda olması onlar üçün maraqlı deyil, axı onlar pul qazanırlar...

Bəs yol polisi bunları görmürmü?

Məsələ ilə bağlı Modern.az-a danışan Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, hazırda Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olanların sayı həddindən artıq çoxdur.

"Paytaxtda bir çox yerdə avtobus dayanacaqları, piyada səkiləri və yolların hərəkət hissəsi taksi sürücüləri tərəfindən zəbt edilir. Xüsusilə "20 yanvar", "Memar Əcəmi", "Koroğlu", "Qara Qarayev", "Neftçilər", "Xalqlar dostluğu", "Əhmədli" metrostansiyalarının qarşısında, Bilərəcəri yoxuşu və s. ərazilərdə yol polisi əməkdaşlarının gözə görünməməsindən istifadə edərək qaydaları kobud şəkildə pozurlar. Taksi sürücülərinin belə addımları narazılıq doğrurur.

V.Əsədovun sözlərinə görə, yol polisi qaydaları pozan taksi sürücülərini cərimələyir.

"Təbii ki, yol polisinin fəaliyyəti, əziyyəti nəzərə alınmaldır. Amma biz dövlət qarşısında funksional vəzifəmizi yerinə yetiririk. Təhlükəsizliyi təmin etmək bizim vəzifə borcumuzdur və hər bir hərəkət istifadəçinin də vəzifə borcu yol polislərinin qanuni tələblərini yerinə yetirməsidir. Bundan başqa, hər bir hərəkət istifadəçisi qanunda göstərilən funksional vəzifəsini bilməli və onu da yerinə yetirməlidir ki, heç olmasa özünün təhlükəsizliyi təmin olunsun".

V.Əsədov deyib ki, taksi fəaliyyəti ilə məşğul olanların nizam-intizamla fəaliyyəti qısa bir zamanda həllini tapacaq.

"İki-üç il bundan əvvəllə müqayisə etsək, görərik ki, müsbətə doğru xeyrli irəliləmə var. Yol polisi qayda pozan taksi sürücüsün "çörəkpulu qazanıram" kimi bəhanələrini dinləyib, onların qayda pozmasına icazə vermir. Kimsə demir ki, çörəkpulu qazanma, amma sən çörəkpulu qazanacaqsan deyə, digər sürücülər tıxacda gözləməlidir? Sürücünün söylədiyi bəhanələr onu məsuliyyətdən azad edə bilməz. Əvvəllər bu daha çox idi. Bəzi yerlər var ki, mübarizə tədbirlərinin artırılmasında hərkəs məsuliyyətini artırmalıdır. Yol polisi qanunsuz yerlərdə avtomobillərini park edən sürücülərə qarşı mübarizəni davam etdirəcək. Taksi sürücüləri də dərk etməlidirlər ki, onlar əziyyətlə pul qazanırlar, qazanclarını niyə cərimələrə versinlər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1770   Tarix: 12 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel
.

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

"Böyük Qayıdış" proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilir. Bildirilir ki

25 aprel
.

Nəsib Quliyevlə bağlı yeni faktlar - Oğlu ailəsini atıb, qızı isə...

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. xəbər verir ki, -a daxil olan məlumatda iddia edilir ki, həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynad

25 aprel
.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24 aprel
.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel
.

"Universitetə qəbul olan tələbəyə illiyi hissə-hissə ödəməyə imkan yaradılmalıdır" - Ekspert

Hər il universitetə ödənişli əsaslarla qəbul olan bəzi abituriyentlər təhsil haqqını ödəməyə bilmədikləri üçün universitetdən yayınırlar. Universitetlər bir çoxu isə I kursda ödənişi bütün şəkil istəyir. Bu halın qarşısı necə alına bilər?. Məsələ ilə bağlı təhsil ekspert Elçin Efəndi -a açıqlama verib

24 aprel
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24 aprel
.

Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək

Şuşada vokalçıların Bülbül adına IX beynəlxalq müsabiqəsi keçiriləcək. xəbər verir ki, müsabiqə 3-9 iyun tarixində, Şuşa şəhərində baş tutacaq. Müsabiqədə iştirak üçün heç bir ödəniş tələb olunmur. Müsabiqənin mükafatları:. Qran-pri (10 00 dollar ). I mükafat (7 00 dollar). II mükafat (5 00 dollar)

25 aprel
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel