Azərbaycanda təhlükəli virus - insanlarda qanqrena yarada bilər

Azərbaycanda təhlükəli virus - insanlarda qanqrena yarada bilərKənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti heyvanlar arasında yayıla bilən bradzot xəstəliyi ilə bağlı fermerlərə müraciət edib.

Xidmətdən Sonxeber.az-a verilən məlumata görə, müraciətdə deyilir ki, bradzot itigedişli polibakterial toksikoinfeksiyalı (orqanizmin toksinlərlə zədələnməsi) olmaqla, heyvanların birdən-birə ölməsi, şirdan və onikibarmaq bağırsağın hemorragik iltihabı və mədə-bağırsaq sistemində qazların toplanması ilə səciyyələnən infeksion xəstəlikdir.

Xəstəliyin törədicisi torpaqda və su tutarlarının çöküntülərində yayılan klostridiya mikroblarıdır. Bu mikroorqanizmlərin müxtəlif tipləri insan və heyvanların müxtəlif xəstəliklərinə: insanlar yaman keyfiyyətli şişi və qanqrena, dovşancıq və botulizm, quzular anaerob dizanteriya və anaerob enterotoksemiya, iribuynuzlu heyvanlar hemorroji enterotoksemiya, nekrotiki enterit və hepatit, batsilyar hemoqlobinuriya, qoyunlarenterotoksemiya, bradzot,yaman keyfiyyətli şiş, camışlar osteomielit və s.səbəb olur.

Xəstəliyə cinsindən və yaşından asılı olmayaraq qoyunlar, əsasən 2 yaşa qədər kök heyvanlar daha həssasdır.Nadir hallarda keçilər də bu xəstəliyə tutulur. Bradzot ilin bütün fəsillərində, xüsusi ilə yaz və payız aylarında daha çox baş verir. Bradzot ildırımvari və iti gedişli olur. İldırımvari gediş zamanı kliniki sağlam görünən heyvanlarda qəfildən ölüm baş verir. Xəstəliyin iti gedişində heyvanlarda güclü sinir tutmaları, timpaniya, ağızdan və burundan köpüklü maye axır. Xəstəliyin gedişatında heyvanda temperatur 40.5-41oC-ə çatır, təngnəfəslik, boğulma, qanlı ishal və heyvanlar yerə yıxılaraq ətrafları ilə üzmə hərəkəti edirlər.

Ölmüş heyvanların cəsədlərində köpmə müşahidə edilir, tez çürüyür. Təbii dəliklərdən qanlı köpüklü maye axır. Mədə önlükləri yemlə, bağırsaqlarda qazla dolu olur. Köks və qarın boşluğunda qanlı maye olur. Ağciyər dolu qanlı, ürək əzələsi nisbətən boş, epikard edpkorda qan sağıntıları, dalaq az böyümüş, qaraciyərdə nekroz sahələri görünür. Böyrəklər böyümüş, yumuşalmış, kapsulası asan sayılır.

Xəstəliyin ildırımvari formasında müalicə effekt vermir, lakin iti formada biometsin, terrometsin və sintometsin antibiotiklərindən istifadə edilərək müalicə aparılır.

Bradzot xəstəliyinə qarşı profilaktiki olaraq otlaq və su mənbələrinin baytarlıq-sanitariya vəziyyətinə nəzarət olunmalıdır. Xəstəlik baş verdikdə heyvanların yeri dəyişdirilməlidir, yemlənməsinə fikir verməli, köp verən yemlər və şehli otlaqda otarılmamalıdır.

Bradzot xəstəliyinə qarşı profilaktiki olaraq heyvanları peyvəndləməyə cəlb etmək lazımdır. Bunun üçün hər il sağlam heyvanlar bradzot və digər xəstəliklər əleyhinə buraxılmış polivalent vaksinlə (koklavaks) təlimata uyğun peyvənd edilməlidir.

Bradzota qarşı müalicə və profilaktiki tədbirlər təsərrüfat sahibinin hesabına aparılır.

Bradzot xəstəliyinə qarşı təklif olunan preparatlar hər bir preparatın təlimatı əsasında baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1809   Tarix: 13 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Səhvən ayağını əzdiyi şəxsin xəstəxana xərclərini ödəmədi, ÖLDÜRÜLDÜ - VİDEO

Səhvən ayağını əzdiyi şəxsin xəstəxana xərclərini ödəməkdən imtina edən dükan sahibi bıçaqlanaraq öldürülüb. xarici mediaya istinadən xəbər verir ki, İstanbulda baş verən hadisədə mağaza sahibi həmin küçədə mebel satışı ilə məşğul olan şəxsin oğlunun ayağını maşını ilə əzib. Mağaza sahibi xəstəxana xərclərin

25 aprel
.

Qadın keçmiş ərindən belə qisas aldı

Rusiyanın Samara şəhərində yerli sakin keçmiş ərinin avtomobilini yandırmaqda şübhəli bilinir. yerli mediaya istinadla bildirir ki, hadisə Müəlliflər küçəsində baş verib. Hadisə yerinə baxış keçirən polis "Lada Priora" markalı avtomobilin qəsdən yandırıldığını müəyyən edib. Avtomobil sahib

25 aprel
.

Şagird ayaqqabısının bağını bağlamaq üçün əyilib öldü

Rusiyada şagird idman dərsində müəmmalı şəkildə ölüb. yerli mediaya istinadla bildirir ki, hadisə Rostov vilayətinin Donetsk şəhərində baş verib. İlkin məlumata görə, beşinci sinif şagirdlərindən biri ayaqqabısının bağını bağlamaq üçün əyilib və qəfil huşunu itirib. Bədən tərbiyəsi müəllimi təcili yardı

24 aprel
.

Villada gənc qadını öldürüb, ailəsinə zəng edərək intihar etdiyini dedi

Türkiyədə qadın sevgilisi tərəfindən öldürülüb. xarici mediaya istinadən xəbər verir ki, kişi gənc qadını villada öldürüb. Daha sonra ailəsinə zəng edərək qızların intihar etdiyini deyib. Bir müddətdir birlikdə olduğu deyilən cütlük lüks evdə yaşayıblar. Kişi qadını bu evdə güllələyərək öldürüb. Dah

26 aprel
.

Avtostop çəkdikləri maşında qətliam törətdilər

Türkiyədə səhər saatlarında avtostop ilə iki nəfəri götürən 21 və 20 şəxslər silahlı hücuma məruz qalıb. xarici mediaya istinadən xəbər verir ki, mübahisə naməlum səbəbdən böyüyüb. Avtomobilə minən şübhəli şəxslər atəş açaraq maşında olan digər iki nəfəri yaralayıb. Şübhəlilər avtomobildən düşərək sürətl

25 aprel
.

Xəstəxanada dəhşət: Çubuqla döyərək öldürdü

Türkiyədə axşam saatlarında diş sağlamlığı mərkəzində mühafizə rəisi təhlükəsizlik işçisi arasında mübahisə yaranıb. xarici mediaya istinadən xəbər verir ki, mübahisə zamanı mühafizəçi dava etdiyi təhlükəsizlik rəis müavini çubuqla döyərək öldürüb. Növbə müzakirəsi tez bir zamanda davaya çevrilib. Xəstəxananı

26 aprel
.

Axtarışda olan 25 yaşlı fəhlənin cəsədi tapıldı

Günlərdin itkin düşən 25 yaşlı gəncin cəsədi tapılıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Dərə yatağının qamışlıq sahəsində hərəkətsiz bir adam görən şəxslər polisə xəbər verib. Hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib. Həkim qrupları müayinə zamanı hərəkətsi

25 aprel
.

Acun "Fənərbağça"nın Avropadan kənarlaşdırdığı klubu alır

Məşhur türkiyəli iş adamı və "Hall Siti"nin sahibi Acun Ilıcalının yeni klub almaq planları üzə çıxıb. xarici mətbuata istinadən xəbər verir ki, Sloveniya Liqası komandalarından olan "NK Maribor" Ilıcalının yeni hədəfi olub. UEFA Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsind

26 aprel
.

74 yaşlı kişi borcunu ödəmək üçün bankı qarət etdi

ABŞ-ın Ohayo ştatının 74 yaşlı sakini Enn Myers Feyrfild şəhərində bankı soymaq qərarına gəlib. Polis onu öz evində saxlayıb. xarici mediaya istinadla bildirir ki, onun avtomobilinə baxış zamanı oğurluqda istifadə olunduğu güman edilən tapança, həmçinin atılmış paltar və saxta dövlət nömrə nişanı aşka

26 aprel