Erməni kəşfiyyatının gizli danışığını kim dinləyib – Köçəryan, ya Kreml?

Erməni kəşfiyyatının gizli danışığını kim dinləyib – Köçəryan, ya Kreml?Ermənistanın Baş Prokurorluğu Xüsusi Təhlükəsizlik Orqanı və Xüsusi Kəşfiyyat Orqanının rəisləri arasında telefon danışığının yayılması ilə bağlı cinayət işi başladıb.

Teleqraf.com-un erməni mətbuatına istinadən xəbərinə görə, sentyabrın 11-də Artur Vanesyan və Sasun Xaçartyan arasında olan telefon danışığı ölkədə böyük bir ajiotaja səbəb olub. Belə ki, səs yazısında hər iki təhlükəsizlik orqanın rəhbərləri Ermənistanın sabiq prezidenti Robert Köçəryan və KTMT-nin baş katibi Yuriy Xaçaturovun həbsini qızğın şəkildə müzakirə edir və əmrin məhz baş nazir Nikol Paşinyan tərəfindən verildiyini diqqətə çatdırırlar. Nikol Paşinyanın məhz belə bir əmr verməsi isə Ermənistanda böyük qalmaqala səbəb olub.

Hazırda isə Ermənistanın Baş Prokurorluğunu və medianı maraqlandıran bir sual var: Telefon danışığına kim qulaq asıb və bunu mediaya kim sızdırıb?

Ermənistan mətbuatının verdiyi məlumata əsasən, telefon danışığı zamanı xüsusi təhlükəsizlik orqanın rəhbəri Artur Xaçartyan Moskvada səfərdə olub. Danışıq da məhz bu zaman baş tutub.

İlkin ehtimallara əsasən, telefon danışığı Moskvada yaşayan, adı mətbuata açıqlanmayan erməni əsilli oliqarx tərəfindən məhz Robert Köçəryanın əmri ilə dinlənilib. "Eqidoy" ləqəbli erməninin isə telefon danışıqlarını dinləməsi üçün xüsusi avadanlıqlara sahib olduğu bildirilir. Həmçinin xatırladılır ki, bundan bir neçə il öncə məhz həmin şəxs yenə də Köçəryanın əmri ilə Serj Sarkisyanın telefon danışığına qulaq asıb.

Başqa bir ehtimala əsasən isə, telefon danışığı Rusiya xüsusi xidmət orqanları tərəfindən dinlənilib və qəsdən mətbuata sızdırılıb. Ermənistandan olan ekspertlər isə bu ehtimalı daha əsaslı hesab edir və bildirirlər ki, Nikol Paşinyanın Rusiyaya səfəri və Vladimir Putinlə görüşü zamanı "buraxdığı səhvlər"ə cavab olaraq Kreml belə bir addım atıb. Bu addım Nikol Paşinyana xəbərdarlıq kimi qiymətləndirilir.

Qeyd edək ki, analoji hadisə ölkədə Nikol Paşinyan hakimiyyətinə qarşı narazılığı daha da artırıb.

Faktla bağlı araşdırmalar davam edir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1872   Tarix: 13 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

11 ayda 3 dəfə koronavirusa yoluxdu: Heç bir xəstəliyi omayıb

Türkiyənin Qaziantep şəhərində yaşayan 51 yaşlı qadın 11 ayda 3 dəfə koronavirusa yoluxub. -a istinadən xəbər verir ki, koronavirusa qarşı vaksin olunmayan qadın nəfəsdarlığından əziyyət çəkdiyi üçün reanimasiyaya yerləşdirilib. Ağciyəri zədələndiyinə görə, boğazından qidalanan Jale Düşmezer 10 gün əvvə

17 sentyabr 2021
.

23 yaşlı qızdan DƏHŞƏTLİ ƏMƏL: Sevgilisindən hamilə qaldı - Ailəsindən gizlətdi: Uşağı dünyaya gətirəndə...

Yaponiyada ailəsindən gizli şəkildə hamilə qalan qadın uşağı Tokio hava limanında dünyaya gətirib. xəbər verir ki, uşağı tualetdə dünyaya gətirən qadın ardınca körpəni kağızla öldürüb. Bildirilir ki, Kobe şəhərindən Tokioya səfərə edən 23 yaşlı qadının hava limanında doğum vaxtı çatıb. O, tualetdə uşağ

17 sentyabr 2021
.

Eyvanda durub arbaletlə atəş açdı: Qurbanlar var - VİDEO

Niderlandın Almelo şəhərində bıçaqlı hücum baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb. Bundan başqa eyvanda bir kişinin arbaletdən atəş açdığı barədə kadrlar yayılıb. Polis həmin şəxsə atəş açmaq məcburiyyətində qalıb. Nəticədə o, yaralanıb. Hazırda şübhəli saxlanılıb. Həl

18 sentyabr 2021
.

Məktəb avtobusunda inanılmaz hadisə - Sürücünün narkotika testi pozitiv çıxdı - VİDEO

Antalyada polis məktəb avtobusu sürücüləri üçün narkotik və spirt testləri keçirən zaman inanılmaz olayla rastlaşıb. -a istinadən xəbər verir ki, sürücülərdən birinin narkotik testi pozitiv çıxıb. Alınan nümunədə narkotik maddəsi "amfetamin" olduğu təsbit edilən sürücü ilə əlaqədar araşdırm

15 sentyabr 2021
.

Rusiyada dəhşət: Məişət münaqişəsi polis şöbəsinə hücum və kütləvi qətllə nəticələndi - FOTO

Rusiyada Voronej vilayətinin Liski şəhərində polis bölməsinə silahlı hücum edilib. Belə ki, naməlum şəxs oxunmayan nömrələri olan "Niva" ilə şöbəyə gəlib, daha sonra avtomatdan atəş açaraq içəri daxil olub və növbətçi bölməni ev şəraitində hazırlanmış bomba ilə partlatmağa çalışıb. Müşahid

16 sentyabr 2021
.

Daha bir ölkədə iş yerində COVID-19 pasportu vacib oldu

İtaliyada oktyabrın 15-dən etibarən bütün sakinlər yalnız COVID-19 pasportunun olduğu halda işləyə biləcəklər. Belə bir sənədi ya COVID-19 əleyhinə peyvənd vurdurmaqla, ya yaxın günlərdə koronavirusdan sağalmanı təsdiqləyən sənədlə, ya da testin mənfi cavabı ilə əldə etmək mümkündür. Beləliklə, oktyabrı

17 sentyabr 2021
.

Mənzili alovlara bürünən şəxs yanğınsöndürənləri karnizdə gözlədi – VİDEO

Mənzilində çıxan yanğından xilas olmağa çalışan kişi yanğınsöndürənləri binanın divarında quraşdırılmış karnizdə gözləyib. Yanğın Rusiyanın Anapa şəhərində baş verib. Bununla bağlı kadrlar sosial şəbəkələrdə paylaşıb. Son məlumatlara görə yanğın söndürülüb, zərərçəkən yoxdur

17 sentyabr 2021
.

Kadırov çeçen komandiri təhdid etdi: "Səni yandıracağam"

Çeçenistan lideri Ramzan Kadırov etdiyi sərt çıxışlarla gündəmə gəlib. Unikal.org xəbər verir ki, çeçen səhra komandiri Əhməd Zakayevi təhdid edib. Kadırov Zakayevlə bağlı təhdidlərini çeçen dilində səsləndirib. "Əgər sən bir daha atamın adını çəksən, görəcəksən başına nə gəlir. Hətta bu dünya yans

16 sentyabr 2021
.

Ramzan Kadırov seçkilərə anası ilə gəldi - VİDEO

Çeçenistanın başçısı Ramzan Kadırov ailəsi ilə birlikdə seçkilərdə iştirak edib. O, respublikada seçkilərdə stabil yüksək fəallıq olduğunu bildirib və çoxlarının bundan təəccübləndiyini deyib. "Bizdə çox sayda ailə, dini və ictimai institutlarımız var, onlar gələcəyimizi özümüz seçməli olduğumuz

17 sentyabr 2021