Hədəf məlumdur, döyüşlər başlaya bilər - İrəvanın son şansı

Hədəf məlumdur, döyüşlər başlaya bilər - İrəvanın son şansıSentyabrın 15-də Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm parad keçirilib. Paradda Azərbaycan və Türkiyə prezidentləri çıxış edərək, mühüm mesajlar veriblər. Ölkə başçıları 100 il əvvəl olduğu kimi, bu gün də Azərbaycanla Türkiyənin qardaş ölkə olduğunu, "bir millət iki dövlət" ənənəsinə sadiq qaldıqlarını diqqətə çatdırıblar.
Ümumilikdə isə həmin gün baş tutan parad hərbi güclə yanaşı, düşmənlərimizə verilmiş birlik mesajı kimi qiymətləndirilir.

Bakıda keçirilən hərbi parad və Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimlərini Azvision.az-a şərh edən ehtiyatda olan polkovnik, uğurlu Horadiz əməliyyatının komandiri Şair Ramaldanov deyib ki, Ermənistan son hərəkətləri ilə Azərbaycana işğala son qoymaq üçün savaşdan başqa çıxış yolu qoymur:

"Bu mesajlar təkcə parad zamanı yox, ondan əvvəl də verilirdi. Ancaq hazırda həm vəziyyət gərginləşib, həm də Azərbaycanın mövqeyi daha da sərtləşib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bəyan edib ki, bundan sonra cərəyan edəcək proseslərə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşəcək. Çünki Ermənistan tərəfi qeyri-konstruktiv mövqeyilə, baş nazir Paşinyanın populist çıxışları və savadsız siyasi baxışları ilə göstərir ki, düşmən ölkə Azərbaycana işğala son qoymaq üçün savaş yolundan başqa bir yol buraxmır.

İndiyə qədər Azərbaycan tərəfi gözləyirdi ki, beynəlxalq qurumların təzyiqi ilə Ermənistan rəhbərliyi işğal olunmuş torpaqlarla bağlı öz siyasətində, danışıqlar prosesində daha konstruktiv mövqe tutacaqlar. Amma bu baş vermir. Əksinə yeni rəhbərlik daha qeyri-konstruktiv mövqe nümayiş etdirir. Demək olar ki, əvvəlki hakimiyyətdəki rəhbərlik müəyyən bir şəkildə sərt ifadələrlə gündəmdə deyildi. Həmişə işıq yolu qoyurdular ki, danışıqlarla nəyəsə nail ola bilərlər. Paşinyan isə öz mövqeyi ilə heç işıq yolu da qoymur. Beynəlxalq qurumlar iflic vəziyyətdədir. ATƏT-in Minsk qrupu demək olar ki, yox səviyyəsindədir. Əgər Ermənistan belə mövqe tutursa, dövlətin birinci şəxsi Qarabağla bağlı sərt ifadələrlə çıxışlar edirsə, beynəlxalq qurumlar hansısa addımlar atmalıdırlar. Amma bunu özlərinə rəva bilmirlər. Ona görə də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Qarabağla bağlı öz qətiyyətini, ciddiliyini ortaya qoydu, bir daha xəbərdarlığını etdi".

Silahlı Qüvvələrimizin hazırda keçirilən təliminə toxunan polkovnik deyib: "Azərbaycan ordusu hazırda iri miqyaslı hərbi təlimlər keçirir. Bu təlimlərdə konkret olaraq düşmən qismində işğalçı Ermənistan hədəf götürülüb. Təlimin ssenarisində işğalçı qüvvələrin darmadağını, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi nəzərdə tutulub. Yəni əvvəlki təlimlərdə hədəf şərti düşmən idisə, bu təlimdə digərlərindən fərqli olaraq həm düşmən öz adı ilə çağırılır, həm ərazi öz adı ilə deyilir, həm də niyyət-Azərbaycan torpaqlarının işğaldan azad olunması öz adı ilə bəyan edilir.

Ona görə də paradda deyilən haqlı və sərt mesajlardan sonra, hazırkı təlimlərin bu ssenari ilə davamı Azərbaycanın "bundan sonra yol yox artıq" deyərək hər an savaşa girə biləcəyini, öz torpaqlarını güc yolu ilə azad etməsində israrlı olmasını göstərir. Bununla yanaşı Azərbaycan cəmiyyəti də işğalın davam etməsindən yorulub. Eyni zamanda Paşinyanın çıxışları sülh yolu ilə işğala son qoyulmasının mümkünsüzlüyünü qətiləşdirir. Düşünürəm ki, söz Ali Baş Komandandadır və o, tezliklə öz sözünü deyəcəkdir".

Politoloq Fikrət Sadıqov isə bildirib ki, işğalçı Ermənistan bu hərbi paraddan və orada verilən mesajlardan nəticə çıxarmalıdır: "İşğalçı dövlətin baş naziri Nikol Paşinyan ziddiyətli, həqiqətə uyğun olmayan, beynəlxalq hüququ tapdalayan bəyanatlarla çıxış edir. Azərbaycan isə sübut edir ki, həm danışıqlara sadiqdir, həm də işğala son qoymaq üçün hərbi potensialı yüksəkdir. Ermənistan dərk etsin ki, biz öz torpaqlarımızı işğaldan azad etməyə hər an hazırıq. Bunu Paşinyan, onu dəstəkləyən, havadarlıq edənlər də dərk etməlidir. Bakıda keçirilən hərbi parad ilk növbədə Ermənistana və onlara havadarlıq edən, dəstəkləyən dövlətlərə, qüvvələrə mesajdır. Bircə qalır nəticə çıxarmaları".

Politoloq qeyd edib ki, bu xəbərdalıqlar sonuncu addıma gətirən amillərdir: "Azərbaycan cəbhə bölgəsində hərbi təlimlər keçirir. Biz heç kimi qorxutmuruq. Sadəcə qarşıya qoyulan məqsəd işğal altındakı torpaqlarımızı azad etməkdir. Bu amaldan heç bir qüvvə bizi daşındıra bilməz. Düşünürəm ki, Bakıda keçirilən hərbi paradda edilən xəbərdarlıq sonuncu addıma aparan amillərdən biridir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 1795   Tarix: 17 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İsraildən qisas əməliyyatı: "Hizbullah"ın obyektinə zərbə endirildi

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livandakı "Hizbullah"ın hərbi obyektinə hücum edib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Onun sözlərinə görə, zərbə ötən gecə İsrailin şimal bölgələrinin atəşə tutulmasına cavab olaraq həyata keçirilib. Hərbçilər zərbənin hədəfinin "Hizbullah"ı

14 aprel
.

İraq hava məkanını tamamilə bağlayıb

İraqın Nəqliyyat Nazirliyi pilotsuz təyyarələrin İran ərazisindən İsrailə doğru buraxılmasından sonra ölkənin hava məkanının bağlanması barədə göstəriş verib. "Report" xəbər verir ki, bu barədə İraqın İNA agentliyi məlumat yayıb. Bundan əvvəl "Al Arabiya" telekanalı İrandan buraxıla

14 aprel
.

Müharibədə həlak olan Ukraynanın mülki əhalisinin sayı açıqlandı

BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) Ukraynadakı son vəziyyət müzakirə olunub. qafqazinfo-ya istinadən xəbər verir ki, orada çıxış edən BMT baş katibinin Yaxın Şərq, Asiya və Sakit Okean üzrə müavini Mohamed Xaled Xiari münaqişənin Ukraynanın şərqindəki yaşayış məntəqələrinə keçməsindən narahat olduqların

9 mart
.

KİV: İran PUA-ları İraqın cənubundan İsrailə keçib

İranın onlarla pilotsuz təyyarəsi İraqın cənubundan İsrail istiqamətində keçir. "Report" xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb. "The Jerusalem Post" bundan əvvəl İranın İsrailə doğru onlarla pilotsuz uçuş aparatı ilə (PUA) hücum etdiyini xəbər verib. KAN radios

14 aprel
.

İLK DƏFƏ: İran hücum anının GÖRÜNTÜLƏRİNİ YAYDI - ŞOK VİDEO

SEPAH İranın "Nəbi Əkrəm" bazasından İsrail ərazilərinə ballistik raketlərin buraxılması anlarını yayıb. xəbər verir ki, bu barədə İranın "Tasnim" xəbər agentliyi məlumat yayıb. Qeyd edək ki, İran İsrailə PUA-larla hücum edib. İsrail ordusunun sözçüsü Daniel Haqari bildirib ki, ord

14 aprel
.

Ukraynada daha iki gürcü döyüşçü həlak olub

Ukraynada daha iki gürcü döyüşçü həlak olub. APA-ya istinadən bildirir ki, məlumatı "Gürcü Legionu" yayıb. Bildirilib ki, legionun döyüşçüləri Nodar Nasirov və Giorgi Qoqiaşvili ön xətdə döyüş tapşırıqlarını yerinə yetirərkən həlak olublar. Gürcüstan KİV-nin məlumatına görə, Ukraynada müharib

10 mart
.

Dörd ay komada qalan hərbçimiz şəhid olub

19 sentyabrda düşmən təxribatının qarşısı alarkən ağır yaralanan və komaya düşən hərbi qulluqçumuz Bakı şəhərində şəhid olub. APA-nın məlumatına görə, şəhidimiz Tovuz rayon Qaraxanlı kənd sakini 2002-ci il təvəllüdlü Hacıəli Tahir oğlu Qasımovdur. Tovuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, şəhi

28 yanvar
.

Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalını yaydı. nazirliyə istinadən icmalı təqdim edir:

21 yanvar
.

Rusiyanın Odessaya hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb

Rusiya Silahlı Qüvvələrinin martın 2-də erkən saatlarda Ukraynanın Odessa şəhərinə həyata keçirdiyi dron hücumu nəticəsində ölənlərin sayı 12-yə yüksəlib. "Report" xəbər verir ki, bu barədə Odessa vilayət hərbi administrasiyasının sədri Oleh Kiper teleqramda bildirib. Onun sözlərinə görə, "Şahid"

3 mart