"Öz milli sosial şəbəkəmizi yaradıb, digər sosial şəbəkələri bağlamalıyıq" — Deputatdan ilginc açıqlama

"Öz milli sosial şəbəkəmizi yaradıb, digər sosial şəbəkələri bağlamalıyıq" — Deputatdan ilginc açıqlama"Xaricdən Azərbaycana qarşı söyüş söyənlərin qarşısını almaq üçün biz də öz milli sosial şəbəkəmizi yarada və digər sosial şəbəkələri bağlaya bilərik. Bununla da yaranan təhlükələrin qarşısını almaq mümkündür. Hər bir ölkə kimi, bunu biz də edə bilərik".

Sonxeber.az xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Musa Quliyev bildirib.
Deputat deyib ki, Azərbaycan müharibə şəraitində yaşayan ölkə olduğu üçün bu cür addımları hər zaman atmağa haqqı var: "Biz ermənilərlə müharibə şəraitində yaşayan ölkəyik. Ona görə də söyüş kampaniyalarının arxasında erməni barmağının olması istisna deyil. Bəzən görürsən ki, Azərbaycanla bağlı pozitiv yazılara təhqir və söyüş dolu şərhlər gəlir. Çox güman ki, həmin şərhlər İrəvandan idarə olunur. Ona görə də biz lazım olsa dünya birliyinə də bununla bağlı müraciət edə bilərik. Nə qədər ki, müharibə bitməyib, ideoloji təxribatlara və terrora məruz qalırıqsa, informasiya təhlükəsizliyimizi qorumaq məqsədilə biz də beynəlxalq sosial şəbəkələrdən imtina edirik. Yaxud da daha çox haradan təhdidlər gəlirsə, ondan imtina edə bilərik. Əvəzində isə öz sosial şəbəkəmizi yaradıb, əhalinin bundan istifadə etməsini təmin edə bilərik. Bu zaman əgər kimsə bizimlə ünsiyyətə girmək istəsə, bizim sosial şəbəkəyə girsin. Yaxud da "Youtube" və digər sosial şəbəkələrin baş ofisləri ilə danışıb onları Azərbaycanda baza qurmağa dəvət etmək olar. Bununla da biz bilərik ki, Azərbaycana qarşı mənəvi və ideoloji terroru törədənlər kimlərdir. Bundan sonra onların fəaliyyətini məhdudlaşdırmaq olar. Yəqin ki, həm Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, həm də Dövlət Təhlükəsizlik Xidməti bu məsələlərlə məşğul olur".

Musa Quliyev söyüş kampaniyası aparanlara cavab verilməsinin də tərəfdarı olmadığını söyləyib: "Bəzən deyirlər ki, deputatlar, ziyalılar onlara cavab verməlidir və sairə. Mən bununla razı deyiləm. Ziyalılar normal və ağılı başında olan adamlara cavab verə bilər. Bu adamların normal əxlaqı, başında ağılı yoxdur. Axı bunların nəyinə cavab verilsin?".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 851   Tarix: 11 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində SON DURUM

Ermənistanla Azərbaycan arasındakı şərti sərhədin Qazax istiqamətindən görüntülər yayılıb. Ermənistan mediasında yayılan kadrlarda hazırda işğal altında olan Bağanis Ayrım kəndində azərbaycanlılara məxsus viran qalmış evlər əks olunub. Həmçinin Ermənistan KİV-də bölgədə delimitasiya prosesinin aparılmasın

23 aprel
.

Azərbaycan Prezidenti: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

"Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxal

23 aprel
.

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər. xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

22 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. xəbər verir ki, dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib

25 aprel
.

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib. Report-a istinadən xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub

25 aprel
.

Prezident: "Rusiya ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk"

"Rusiya rəhbərliyinin, hökumətinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Prezident İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib. "Baykal-Amur magistral

22 aprel
.

General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı

Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. xəbər verir ki, bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM

23 aprel
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25 aprel
.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel