Avtobus dayanacaqları ilə bağlı YENİLİKLƏR
Nazirlər Kabinetinin 4 mart 2019 tarixli 73 saylı qərarı ilə təsdiq edilən tələblərin bir qismi də avtobus dayanacaq məntəqələri ilə bağlıdır.
Bu barədə Modern.az-ın sorğusunu cavablandıran Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, avtobus dayanacaq məntəqələrinin növləri və ölçüləri, yerləşdirilməsi, təchizatı, reyestri kimi bütün vacib məsələlər bu tələblərdə öz əksini tapıb:
"Tələblərin icrası sayəsində biz artıq paytaxtın inzibati ərazisində avtobus dayanacaq məntəqələri ilə bağlı çatışmazlıqların tamami ilə aradan qaldırılmasına nail olacağıq.
Həmçinin avtobus dayanacaq məntəqələrinin bu tələblərə uyğun təşkili hərəkətin təhlükəsizliyi və nəqliyyat vasitələrinin maneəsiz axınının təmini baxımında müsbət nəticələr əldə etməyə imkan verəcək.
Qeyd edim ki, bu günə qədər BNA tərəfindən təşkil edilən avtobus dayanacaq məntəqələri bu tələblərə tam uyğundur".
M.Ağayev qeyd edib ki, BNA tərəfindən Bakı şəhərində 200-ə yaxın dayanacaq məntəqəsi təşkil edilib:
"Onların bir qismi vətəndaş müraciətləri, bir qismi isə aparılan təhlillər nəticəsində təşkil edilib. Bununla yanaşı ötən dövr ərzində BNA tərəfindən 50 yerdə cib tipli avtobus dayanacaq məntəqəsi təşkil edilib. Yenilərinin təşkil edilməsi ilə yanaşı, mövcud avtobus dayanacaq məntəqələrinin bu tələblərə uyğunlaşdırılması istiqamətində də intensiv işlər görülməkdədir".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 878 Tarix: 15 mart 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşMübariz Qurbanlının ailəsinə ağır itki
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP-ın İdarə Heyətinin üzvü Mübariz Qurbanlıya ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, keçmiş komitə sədrinin bacısı Zərəngiz xanım dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Qeyd edək ki, bir çox tanınmı
25 aprelBiləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır
25 aprelŞuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək
Şuşada vokalçıların Bülbül adına IX beynəlxalq müsabiqəsi keçiriləcək. xəbər verir ki, müsabiqə 3-9 iyun tarixində, Şuşa şəhərində baş tutacaq. Müsabiqədə iştirak üçün heç bir ödəniş tələb olunmur. Müsabiqənin mükafatları:. Qran-pri (10 00 dollar ). I mükafat (7 00 dollar). II mükafat (5 00 dollar)
25 aprelSabah 31° isti olacaq
Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirlib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şər
25 aprelXalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO
"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"
24 aprelRamzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA
Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on
24 aprel