Hazırkı dövrdə ən çox yayılmış xəstəlik

Hazırkı dövrdə ən çox yayılmış xəstəlikHazırkı dövrdə ən çox yayılmış, bakteriya etiologiyalı zöhrəvi xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssislərinin məlumatlarına görə, hər il dünyada 150 milyona qədər adam süzənəklə xəstələnir. Bəzi ölkələrdə bu xəstəlik sayına görə yalnız qrip xəstəliyindən geri qalır.

Sonxeber.az tibb.az-a istinadən xəbər verir ki, süzənəyin törədicisi olan qonokokklara mikroskopla baxdıqda onlar qəhvə dənələrini xatırladır. İnsan orqanizmində onlar selikli qişalarda (cinsiyyət üzvlərində, gözdə, düz Bağırsaqda, qırtlaqda, uşaqlıq yolunda və boynunda) artıb çoxalır və iltihab əmələ gətirir. Süzənək sinir, ürək-damar, tənəffüs sistemlərində pozğunluqlar, hətta sepsis (qanın zəhərlənməsi) əmələ gətirə bilər.

Xəstəliyin mənbəyi süzənəkli xəstə şəxsdir. Böyük yaşlılar, demək olar ki, həmişə cinsi əlaqə yolu ilə, uşaqlar, kiçik qızlar isə ən çox xəstənin mikroblarla çirkləndirdikləri əşyalar (döşək ağı əski, dəsmal və s.) vasitəsilə yoluxurlar.

Süzənəyin kəskin, xronik və gizli formaları məlumdur. Xəstəliyin yoluxmasından onun kliniki əlamətlərinin meydana çıxmasına qədər olan gizli dövrü adətən 3-7 gün olur. Gizli dövr bəzən uzanaraq 2-3 həftəyə çata bilər. Adətən müxtəlif dərman maddələrinin, xüsusilə antibio-tiklərin sistemsiz qəbulu da gizli dövrün uzanmasına səbəb olur.

Kişilərdə süzənək

Kişilərdə sidik axarlarının süzənəklə yoluxmasının süzənək uretriti ilk əlaməti sidik kanalından irinli məhtəviyyatın gerünməsi və sidik ifrazında sancı-yanğılı ağrı hissidir. Məhtəviyyatın miqdarı iltihab prosesinin ağırlığından, orqanizmin ümumi vəziyyətindən asılıdır. Xəstəliyin ilk dövrlərində iltihab prosesi sidik kanalını en hissəsinin selikli qişasında olur. Odur ki, xəstəliyin bu dövründə həkimə müraciət etmək böyük əhəmiyyət daşıyır. həkimin nəzarəti altında vaxtında başlanmış müalicə qısa müddətdə xəstənin sağalması ilə nəticələnir. Əkər müalicəyə vaxtında başlanmırsa, xəstəliyin törədiciləri - qonokokklar ekdiq kanalın arxa hissələrinə keçərək onun selikli qişasını başdan-başa yoluxdururlar. Belə xəstələrdə yanğılı ağrılar güclənir, tez-tez sidik ifraz etmək ehtiyacı duyulur, sidik ifrazatı ağrılı olur və sonunda qan damcısı görünür. Yoluxmuş kişilərin bir çoxunda süzənək xəstəliyi lap əvvəldən zəif iltihab əmələ gətirir, irinli məhtəviyyat o qədər az olur ki, xəstə yalnız cinsiyyət üzvünü barmaqlan ilə sıxdıqda az miqdarda irinli məhtəviyyat görünür. Xəstələr sidik kanalında gicişmədən, bəzən sidik ifrazının əvvəlində kanalda hiss olunan ağrılardan şikayətlənirlər. Belə yüngül keçən süzənək xəstəliyində kişilər özlərinin yoluxduqlarını hiss etmirlər. Kəskin süzənək müalicə olunmadıqda sidik kanalının iltihabı getdikcə azalır və xəstəlik xronik şəklə keçir, klinikasına görə xronik uretriti xatırladır.

Kəskin və xronik süzənək kişilərdə pülükdə, cinsiyyət üzvünün ön hissəsində və sidik kanalı vəzilərində iltihab əmələ gətirə bilər. Lakin ən ciddi fəsadlar prostat vəzinin (prostatit), onun artımlarının (epididimit), toxum kisəciklərinin (vezikulit) iltihabı və sidik kanalının daralmasıdır. Fəsadların əmələ gəlməsində ağır fiziki əməyin, uzun sürən cinsi qıcıqlanmanın və spirtli içkilərin qəbul olunmasının böyük rolu vardır. , Süzənək epididimiti adətən kəskin şəkildə inkişaf edir. İltihab baş verən artımlarda kəskin ağrılar, zəiflik, 38 - 40°S hərarət, baş ağrıları, xayalığın iltihab olan tərəfində qızartı verir. Xaya artımının həcmi böyüyür, bərkiyir, çox ağrılı olur. Xəstə çətinliklə hərəkət edir. Çox vaxt proses birtərəfli olur. İkitərəfli epididimit çox vaxt sonsuzluğun əmələ gəlməsində əsas səbəblərdəndir. Kişilərdə prostat vəzinin iltihabı (prostatit) süzənək zamanı ən çox baş verən fəsaddır. Prostatit də kəskin və xronik ola bilər. Xronik prostatit çox ciddi xəstəlikdir və çox vaxt cinsi zəifliyə və axırda sonsuzluğa səbəb olur.

Qadınlarda süzənək

Qadınlarda bu xəstəlik kişilərin xəstəliyindən öz xüsusiyyətləri ilə fərqlənir. Xəstələnmiş qadınların demək olar ki 90%-i 2-3 həftə müddətində süzənəklə yoluxduranlarını hiss etmirlər, çünki irinli məhtəviyyat ifrazatı az və ağrısız olur. Yoluxmuş qadınların yalnız 10-15%-i 3-5. gündən sonra qarının aşağısında ağırlıq, sağrı nahiyəsində ağrılar, sidik ifrazatı vaxtı sancı hiss edirlər. Bir çox qadınlar özlərinin yoluxduqlarını aylarla hiss etmirlər, cinsi əlaqələrdə olurlar və onların xəstəliyi yalnız yoluxdurduqları kişilərin vasitəsilə və yaxud ginekoloji müayinələr zamanı aşkar edilir. Qadınlarda süzənəyin əsas xüsusiyyəti onun çoxocaqlı olması, yəni eyni vaxtda sidik kanalı, uşaqlıq boynu, uşaqlıq yolu dəhlizinin vəzilərinin, eləcə də düz bağırsağın bu prosesə tutulmasıdır.

Kişilərlə olduğu kimi qadınlarda da süzənək kəskin (təzə) xroniki və latent (gizli) ola. bilər. Ən çox xroniki süzənək aşkar olunur. Qadınlarda süzənəyin sidik-cinsiyyət orqanının aşağı nahiyəsində (uretrit), uşaqlıq boynunda (endoservisit), uşaqlıq yolunda (vaginit) olan formaları ayırd edilir. Bundan əlavə, yalnız yoluxmuş qız uşaqlarında təsadüf olunan, uşaqlığa, uşaqlıq borularına və artımlarına, çanaq nahiyəsində qarın boşluğuna yayılan "yüksələn süzənək" qeyd olunur. Qadının cinsiyyət üzvlərinin yuxarı hissələrinə qalxan süzənək abort, doğuş, aybaşı nəticəsində baş verir. Uzun müddət davam edən xronik süzənək cinsi pozuntulara, qadında cinsi soyuqluğun əmələ gəlməsinə səbəb ola bilər. Süzənək hamiləliyin normal gedişlə və nəticəsinə pis təsir göstərir. Süzənəklə yoluxmuş hamilə qadında uşaqsalma, vaxtından əvvəl doğuş, doğuşdan sonra fəsadlar olur. Doğum evlərində süzənək aşkar edilmədikdə belə, doğuşdan sonrakı dövrdə zahı qadının uşaqlığında, ,onun artımlarında, hətta qarın boşluğunda yüksək hərarətlə, ağrılarda iltihab prosesi baş verir. Süzənəklə yoluxmuş hamilə qadın doğuş zamanı körpənin gözünü və qız uşağının sidik-cinsiyyət sistemini süzənək xəstəliyinə yoluxdurur.

Kiçik qızlarda süzənək

Kiçik qızlar süzənək xəstəliyinə ən çox 2-8 yaşlarında məişət yolu ilə valideynlərinin mikroblarla çirkləndirdikləri ümumi yataq, dəsmal, hamam lifi vasitəsilə yoluxurlar; yoluxma hadisələrinin dörddə üçündə xəstəliyin mənbəyi xəstə anadır. Kiçik uşaqlar süzənək xəstəliyinə görə müalicəni yalnız xəstəxana şəraitində almalı, belə uşaqlarını valideynləri və uşaqla tomasda olmuş qohumları da yoxlanılmalıdır. Əkər o, körpələr evinə, uşaq bağçasına, oradakı işçilər və bütün uşaqlar da yoxlanmalıdırlar. Uşaq yaşlarında süzənəklə xəstələnən qızlarda sonrakı dövrlərdə onların sağlamlığına təsir edən qeyri-normallıqlar - aybaşının, hamiləliyin pozulması və ya sonsuzluq da ola bilər. Ona görə də kiçik yaşlarından uşaqlara, xüsusilə qızlara şəxsi gigiyena qaydalarını öyrətmək vacibdir. hər bir uşaq ayrıca yataqda yatmalı, onun şəxsi dəsmalı, gecə paltarları və lazımi əşyaları olmalıdır. Qız uşaqların heç vaxt yatağa tumançaq qoymaq olmaz. Bilmək lazımdır ki, süzənək xəstəliyini keçirmiş adamlarda bu xəstəliyə qarşı immunitet - davamlılıq yaranmır və o, təkrar xəstələnə bilər. Təkrar xəstəlik isə daha ağır və uzunmüddətli olur, çox da fəsadlar əmələ gətirir. Süzənəyin müalicəsi yalnız mütəxəssis həkim tərəfindən aparılmalıdır.

Süzənəyin profilaktikasının əsasmı onun vaxtında aşkar edilməsi, bütün xəstələrin mütəxəssis həkim tərə-findən vaxtında düzgün müalicə edilməsi təşkil edir. Bu məqsədlə də müəyyən qrup şəxslər müntəzəm şəkildə müayinə olunurlar. Bundan əlavə bütün hamilə qadınlar, hamiləliyi süni surətdə pozmaq üçün tibb idarələrinə müraciət edənlər, sidik-cinsiyyət trixomonlazı ilə xəstələr süzənəyə görə müayinə olunurlar.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1520   Tarix: 01 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Niyə vaksin vurdurmazdan öncə insanlardan "COVID-19" analizi götürülmür? - AÇIQLAMA

İnsanlar arasında vaksin vurdurduqdan sonra yoluxanların sayı artmaqda davam edir. Bunu vaksinasiya ilə əlaqələndirənlər var. Düşünürlər ki, məhz vaksin vurdurduqları üçün virusa yoluxublar. Bəziləri isə vaksin vurdurduqda artıq koronavirus xəstəsi olduqlarını güman edirlər. Bəs niyə vaksin vurdurmazda

17 sentyabr 2021
.

Dünyaya yayılan "Mu" ştamı: Əlamətləri nələrdir?

Koronavirusun "Mu" variantı dünyaya yayılmaqda davam edir. Artıq Türkiyədə 2 nəfərdə bu ştam aşkarlanıb. Bəs "Mu" ştamı nədir? Əlamətləri hansılardır?. həmin araşdırmanı təqdim edir:. Vaksinin təsirini azaldırmı?. "Hürriyet"in xəbərinə görə, "Mu" ştamının ən önəml

8 sentyabr 2021
.

Koronavirusa qarşı kimin immuniteti daha güclüdür?

Çində koronavirusa yoluxmuş 70 min insanın analizləri əsasında araşdırma aparılıb. Məlum olub ki, bu xəstəliyin yalnız 1% -i uşaqlarda və yeniyetmələrdə olur. Ən az risk 0-19 yaş arasıdır. Həkimlər bunu yaşdan asılı olaraq orqanizmin qoruyucu funksiyalarının zəifləməsi ilə əlaqələndirirlər. Uşaqları

8 sentyabr 2021
.

Türkiyədə daha 259 nəfər koronavirus qurbanı oldu

Türkiyədə son sutkada COVID-19-dan 259 nəfər ölüb. xəbər verir ki, son sutkada 314 046 nəfər test edilib, onların 22 923-nün nəticəsi pozitiv çıxıb. Son 24 saatda COVID-19-dan 30 144 nəfər sağalıb

11 sentyabr 2021
.

Qızdırmanı salmağa tələsməyin!

Qızdırma müxtəlif səbəblərə görə qalxa bilər. -a istinadən bildirir ki, qızdırmanın əsas səbəblərindən biri soyuqdəymə və virus xəstəlikləridir. Belə qızıdırmadan qorxmaq lazım deyil. Əksinə qızdırmanın qalxması orqanizmə xəstəliklə mübarizə etməyə yadım edir, sağalmanı tezləşdirir. Belə ki, qızıdırm

17 sentyabr 2021
.

Oynaqlarınız ağrıyırsa, bunları yeyin

Hava dəyişiləndə sizin oynaqlarınız ağrımağa başlayırsa, onları düzgün "yedizdirməyə" çalışın. Bəzi qidalı maddələr, vitaminlər və minerallar oynaqlarımızın sağlamlığı üçün çox vacibdir. -a istinadən bu maddələrlə zəngin olan qidaları daha tez-tez qəbul etməyi məsləhət görür. - Zülal orqaniz

8 sentyabr 2021
.

Xərçəngdən qoruyan, damarları möhkəmləndirən QIRMIZI ÇAY

Karkade çayı çox faydalı və müalicəvi içkidir. Çayın qeyri-adi tünd qırmızı rənginə görə onu tez-tez "qırmızı çay" adlandırırlar. Çay qibiskus gülündən hazırlanır. Bu səbəbdən ona "çay" demək düzgün deyil, du daha doğrusu bitki dəmləməsidir. Əməköməci nəslindən olan qibiskusu həmçini

14 sentyabr 2021
.

Yuxusuzluq bu ağır pozulmaların riskini artırır

European Journal of Preventive Cardiology jurnalında dərc olunmuş araşdırmada göstərilib ki, yuxusuzluq ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, infarkt və insultun riskini xeyli artırır. Yuxusuzluq metabolik proseslərə və endokrin sisteminin fəaliyyətinə təsir edir, simpatik sinir sistemini aktivləşdirir

15 sentyabr 2021
.

Bütün xəstəliklərin çarəsi - Məşhur professorun resepti

Məşhur rusiyalı həkim, sovet dövründə 30 il ərzində kosmonavtların sağlamlığına nəzarət edən professor İvan Neumıvakin qeyri-adi müalicə metodikaları ilə tanınır. -a istinadən bildirir ki, professorun fikrinə görə, xəstəliklərin əksəriyyətinin səbəbi orqanizmin Ph balansının pozulmasıdır. Müasir insanları

9 sentyabr 2021