Bakı metrosunda ikimərtəbəli stansiyalar olacaq - RƏSMİ

Bakı metrosunda ikimərtəbəli stansiyalar olacaq - RƏSMİ"Bakı metrosunda Moskvada olduğu kimi, ikimərtəbəli metro stansiyası olacaq".

Sonxeber.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib.

Ə.Osmanovun sözlərinə görə, gələcəkdə tikiləcək keçid stansiyaların hamısı ikimərtəbəli olacaq: "Gələcəkdə bizim bir neçə keçid stansiyalarımız olacaq ki, onların hamısı 2-3 mərtəbəli olacaq. Artıq "Həzi Aslanov" stansiyasında bunun bir qismini tikmişik və tikintini davam etdiririk. Həmçinin "Mavi xətt"in tikintisinə başlayanda "Bənövşəyi xətt"in "B-3" stansiyası, bundan əlavə Sarı xətti tikəndə "B-4" stansiyasında da ikimərtəbəli stansiyalar olacaq".

"Bakı Metropoliteni" rəsmisi Bakıətrafı ərazilərə estakada üzərində quraşdırılan stansiyaların tikintisinin mümkün olduğunu açıqlayıb: "Əgər siz Dubaydakı kimi estakada üzərində olan stansiyaları nəzərdə tutursunuzsa, onu deyim ki, biz Sumqayıt, Şıxov, Ələt istiqamətinə metro çəkmək istəsək bu formada edə bilərik. Çünki həmin yerlərdə Bakı şəhərində olduğu kimi sıxlıq yoxdur. Həm də bizim metro o qədər də böyük deyil. Şəhərin indiki planına görə, cənab Prezidentin təsdiqlədiyi "Konseptual İnkişaf Sxemi"nə əsasən, biz bu stansiyaların sayını 75-ə çatdırmalıyıq. Biz stansiyaların sayını 75-ə çatdırana qədər şəhər genişlənəcək. Hazırda şəhərin Pirallahı, Mərdəkan və Cənub istiqmətində genişlənməsi gedir. Biz nümunəni Moskvadan götürməliyik. Orada ildə 10-12 stansiya tikirlər. İlk olaraq stansiya tikilir sonra onun ətrafında mikrorayonlar salınır. Metro olan yerdə evi tikib satmaq daha asan olur. Amma təəssüf olsun ki, bizdə bu metod işləmir. Hərə torpaq sahəsi alır, evi tikir. Onun nə suyu, nə qazı, nə yolu, nə də metrosu yoxdur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1320   Tarix: 08 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Bu bəyanat anti-Azərbaycan qüvvələrinin ölkəmizə olan hikkəsidir" - ŞƏRH

Məlumdur ki, Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə qeyd olunur ki, Avropa Komissiyasının Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığın dayandırılması məsələsinə baxması istənilir. O cümlədən qətnamadə Azərbaycana qarşı bir sıra sanksiyaların tətbiq edilməsi təkli

26 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur (VİDEO)

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

26 aprel
.

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Hərbi Prokurorluqda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə 2023-cü ildə Respublikanın Hərbi Prokurorluq orqanlarında qeydə alınmış qəsdən ada

26 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25 aprel
.

Bakıda özəl klinikada əməliyyat olunan uşaq öldü

Bakıda özəl klinikada əməliyyat olunan uşaq ölüb. xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatdan sonra vəfa

26 aprel
.

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə yalan üzərində qurulmuş ağlaşmadır" - DEPUTAT

"Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzin növbəti nümayişidir". Bunu -a danışan deputat Azər Badamov bildirib. Deputat qeyd edib ki, Avropa Parlamentinin Azərbaycana qarşı qətnamələri

26 aprel
.

"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda "Cümü" ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmi

26 aprel
.

Rusiyada silahlı insident: Yaralananlar var - ANBAAN VİDEO

Rusiyanın Primorye diyarının Dalneqorsk şəhərində silahlı insident yaşanıb. Primorye diyarının prokurorluğundan verilən məlumata görə, hadisə nəticəsində üç nəfər güllə yarası ilə xəstəxanaya çatdırılıb. Qeyd olunur ki, atəş açan bir neçə nəfər dərhal ərazidən uzaqlaşıblar. Hüquq-mühafizə orqanları onları

26 aprel
.

Daha bir alim Ali Attestasiya Komissiyasına qarşı

Fəlsəfə üzrə elmlər doktoru, dosent Aydın Əlizadə Ali Attestasiya Komissiyası arasında məhkəmə çəkişməsi gedir. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iş hazırda Ali Məhkəmədədir. Aydın Əlizadə məhkəmə çəkişməsində iddiaçı qismində çıxış edir. Birinci məhkəmə instansiyası onun iddiasını təmnin etməyib

26 aprel