"Bütün uğurlarımızın hüquqi kökləri 1995-ci ildə qəbul edilən Konstitusiya oldu" - RƏYLƏR

"Bütün uğurlarımızın hüquqi kökləri 1995-ci ildə qəbul edilən Konstitusiya oldu" - RƏYLƏR12 noyabr Azərbaycanda Konstitusiya Günü kimi qeyd olunur.

Vətəndaşların haqq və hüquqlarını zəmanət altına alan Konstitusiya, ölkədə sabitlik və rifahı təmin edən önəmli sənəddir.

Konstitusiyalar, yüz illər boyu vətəndaş-dövlət münasibətlərinin müəyyən çərçivəyə salınması məqsədi ilə ortaya çıxıb. Tarixən bir sıra dövlətlərdə istifadə edilən müxtəlif siyasi idarəetmə sistemləri, xalq və dövlət arasında fikir ayrılıqlarına gətirib çıxarıb. Tarix sübut edib ki, hüququn üstünlüyü və ya konstitusion sistemin bərqərar olmadığı dövlətlərdə, insanların təbii hüquqlarının istismar edilməsi baş verir. Konstitusiyanın olmaması siyasi xaosa, dövlətlərin çöküşünə gətirib çıxarır. Məhz buna görə, konstitusiyanın yaradılmasının əsas məqsədi, hüquq dövlətinin yaradılmasıdır.

Hər bir ölkədə Konstitusiya (constitutio —quruluş) — Dövlətin ərazisində ən yüksək hüquqi qüvvəyə malik xüsusi hüquqi sənəd, ali qanundur.

Azərbaycan Respublikasının Konstitusiyasi ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə, xalqın iradəsinin ifadəsi, Sovet rejiminindən qurtuluşun nəticəsi kimi 1995-ci ildə 12 noyabr referendumunda qəbul edilib.

Konstitusiya günü ilə bağlı "Report"a danışan Ana Vətən Partiyasının sədri, Mill Məclisin deputatı Fəzail Ağamalı bildirib ki, Konstitusiya günü hər bir dövlətin tarixində əlamətdar bir hadisə kimi xarakterizə olunur.

Ana Vətən Partiyasının sədri, Mill Məclisin deputatı Fəzail Ağamalı:

"Azərbaycan hüquqi, demokratik ölkədir, əlbəttə, bizim bütün uğurlarımızın hüquqi kökləri 1995-ci ildə qəbul edilən Müstəqil Azərbaycanın Konstitusiyası oldu".

"Müstəqil Azərbaycanın Konstitusiyası ulu öndərimiz Heydər Əliyevin şah əsərlərindən biridir. Əlbəttə ki, müstəqillik əldə edəndən sonra Azərbaycan özünün Konstitusiyasını qəbul etməli idi, bu baxımdan ulu öndərimiz hakimiyyətə gəldikdən və xalqın yüksək etimadı ilə Prezident seçildikdən sonra ilk diqqət etdiyi sahələrdən biri yeni Konstitusiyanın işlənib-hazırlanması və qəbul edilməsi idi. Çünki bu olmadan dövləti idarə etmək mümkün deyildi. Baxmayaraq ki, Azərbaycanda 1991-ci il oktyabrın 18-də müstəqilik haqqında Konstitusiya aktı var idi, lakin bu, kifayət deyildi. Ulu öndərimiz Müstəqil Azərbaycanın Konstitusiya Aktını hazırlamaq üçün komissiya yaratdı, özü də bu komissiyaya rəhbərlik etdi. Azərbaycanın görkəmli hüquqşünasları bu işə cəlb olundu, inkişaf etmiş ölkələrin konstitusiyaları ciddi şəkildə öyrənildi, təcrübələri nəzərə alındı. Qısa zamanda müstəqil dövlətimizin Konstitusiya Aktı işlənib-hazırlandı, ümumxalq səsverməsinə çıxarılaraq, qəbul edildi. Bu Konstitusiyada Azərbaycan dövlətinin əsasları, Azərbaycanda hakimiyyət bölgüsü, onun qolları, dövlət qurumlarının səlahiyyətləri, hüquq və vəzifələri müəyyənləşdi. Xüsusilə də Azərbaycanda insan hüquq və azadlıqları ayrıca bir fəsildə işlənib hazırlandı. Mən deyərdim ki, bu, Konstitusiyamızın ən önəmli fəsillərindən biridir. Bütövlükdə Azərbaycan dövlətinin və cəmiyyətinin tələblərini özündə ehtiva edən, gələcəkdə iqtisadi, sosial, hüquqi, siyasi islahatların aparılmasına zəmin yarada biləcək konstitusiyamız qəbul olundu. Bu konstitusiyamız qəbul edildikdən sonra ulu öndərimizin rəhbərliyi altında ciddi islahatlara və dövlət quruculuğu prosesinə başlanıldı. Bu gün Cənubi Qafqazın lider dövlətinə çevrilən, dünya miqyasında nüfuz sahibi olan Azərbaycan dövləti məhz ulu öndərimizin hazırlayıb, qəbul etdirdiyi konstitusiyamızdan əsaslanaraq bugünki səviyyəyə çatıb. Azərbaycan hüquqi, demokratik ölkədir, əlbəttə, bizim bütün uğurlarımızın hüquqi kökləri 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycanın Konstitusiyası oldu".

F.Ağamalı deyib ki, Konstitusiya qəbul edildikdən sonra cəmiyyət inkişaf edib:

"Yeni çağırışlar və zamanın tələblərinə uyğun olaraq bir qayda olaraq Konstitusiya dəyişiklikləri həyata keçirilir. Bu baxımdan dəyişikliklər konstitusiyamızı daha da təkmilləşdirib, müvafiq tələblərə və çağırışlara cavab verə bilən müddəalarla zənginləşdirilib. Mən deyərdim ki, bu dəyişikiklərin içərində xüsusi olaraq Azərbaycanda prezident seçkilərinə qoyulan məhdudiyyətin aradan qaldırılması Azərbaycan xalqının iradəsinə söykənən və dövlətçiliyimiz baxımından mühüm əhəmiyyət kəsb edən dəyişiklikdir. O dəyişiklikdən sonra Azərbaycan xalqı müasir dövrdə, dünya miqyasında özünü lider, dövlət xadimi kimi təqdim edən İlham Əliyev yenidən Azərbaycan xalqının etimadını qazanabiləcək imkanlarını yaratdı və bu imkanlar son dərəcə ciddi əhəmiyyət kəsb edir. Bütün dəyişikliklər Azərbaycanın inkişafına töhfə verir".

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa:

"Bu, müstəqillik dövrümüzün Konstitusiyasıdır, ona görə də böyük dəyər veririk".

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bildirib ki, Konstitusiya dövlətin təməlidir.

"Çünki insanların hüquq və azadlıqlarını təsbit edən, siyasi quruluşu təyin edən bir ali sənəddir. Ona görə də bu günün Azərbaycan cəmiyyətində fərqli şəkildə qeyd olunmağını istəyirəm. İnsanların Konstitusiyaya sayğısı, məmurların Konstitusiyaya əməl etməsi və konstitusiyalı həyat tərzi üzərində bütün sistemimizin qurulması hamımızın faydasınadır. Bizim bu Konstitusiyamız müstəqillik dövrümüzün Konstitusiyasıdır, ona görə də buna böyük dəyər veririk, özəl olaraq qeyd edirik".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 558   Tarix: 12 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021