Rusiya Hərbi Qüvvələri Enmənistanda

Rusiya Hərbi Qüvvələri EnmənistandaKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanda təlimə başlayır. Təlimlərə bu gündən start veriləcək.

Birgə xüsusi - taktiki təlimlər "Kobalt-2016" adı altında keçiriləcək. Təlimlərdə daxili işlər orqanlarının bölmələri və bu təşkilata üzv dövlətlərin polisləri cəlb edilib.

Həmçinin təlimlərə təşkilatın xüsusi təyinatlı qüvvələri də qoşulacaq. Ermənistan Müdafiə Nazirliyinin "Baqramyan" tədris mərkəzində keçiriləcək təlimləri təşkilatın birinci katibi Nikolay Bordyuja da izləyəcək.

Təlimlərin əsas məqsədi daxili qoşunların xüsusi bölmələrinin hərbi qulluqçularının praktik bacarıqlarının təkmilləşdirilməsidir. Həmçinin təlimlər zamanı xüsusi təyinatlıların terrorçu və digər cinayətkar qrupları zərərsizləşdirməsi bacarıqları yoxlanılacaq.

Yoxlama təlimlərində döyüş və hərbi-nəqliyyat helikopterlərindən istifadə nəzərdə tutulur. Təlimlərdə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın daxili qoşunları qüvvələri iştirak edəcək.

Hazırda Ermənistan və təşkilat üzvü dövlətlər bir araya gəlib təlim keçirsələr də rəsmi İrəvan aprelin əvvəlində cəbhədə baş verən gərginliklər zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının onlara dəstək verməməsindən şikayətlənirdi.

Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Koçaryan jurnalistlərə açıqlamasında demişdi ki, Ermənistan müdafiə məsələlərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və digər strukturlara deyil, yalnız özünə güvənməlidir. O, müttəfiqlərinin və KTMT ölkələrinin öz öhdəliklərini yerinə yetirməli olduqlarını demişdi.

Onlar hesab edirlər ki, KTMT-yə daxil olan dövlətlərdən Belarus, Qazaxıstan və Rusiya açıq formada bitərəflik nümayiş etdirib. Digərləri isə cəbhədəki gərginliyə münasibət bildirməkdən boyun qaçırdılar.

Hətta Qazaxıstan bəzi hallarda Azərbaycanın mövqeyini müdafiə etdi. Çünki KTMT-nin İrəvanda keçirilməsi planlaşdırılan iclası Qazaxıstanın təklifi ilə təxirə salındı. Rəsmi Astana səbəb kimi isə Dağlıq Qarabağda vəziyyətin gərginləşməsini göstərdi. (ans press)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 2399   Tarix: 24 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Zəngilan istiqamətində təxribat törədənlər Ermənistanın "Yerkrapa" terror təşkilatının üzvləri olublar

Ötən gün Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu istiqamətindəki mövqelərinə qarşı təxribat törədənlər Ermənistanın "Yerkrapa" terror təşkilatının üzvləri olublar. Məlumatı Ermənistan mətbuatı yayıb. Xatırladaq ki, hələ bir müddət əvvəl Azərbaycan-Ermənistan şərti sərhədində Ermənista

13 fevral
.

İranın İsrailin Qırmızı dənizdəki ən böyük bazasına hücumu gözlənilir - KİV

İran İsrailin Qırmızı dənizdəki ən böyük bazasına hücum edə bilər. Bu barədə Səudiyyə Ərəbistanının yerli telekanalı məlumat yayıb. Həmin baza Eritreya yaxınlığındakı Dahlak arxipelaqında yerləşir və Qırmızı dənizin bu hissəsindən keçən gəmiləri izləmək üçün istifadə olunur. İranın digər mümkün zərb

14 aprel
.

İsrail Ordusu təsdiqlədi: İran PUA-lar buraxıb, hamısını izləyirik

İsrail rəsmiləri İranın İsrailə doğru onlarla yürüş təşkil edərək, hücuma başladığını təsdiq ediblər. Bu barədə "Al Jazeera" məlumat yayıb. Daha əvvəl İordaniya hakimiyyət orqanları hava məkanının bağlandığını bəyan etmişdi. İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidmətinin məlumatına görə

14 aprel
.

İran İsraili ballistik raketlərlə VURMAĞA BAŞLADI - GƏRGİNLİK PİK HƏDDƏ

İran İsrailə ballistik raketlər atıb. "Report" xəbər verir ki, bu barədə İRNA agentliyi mənbələrə istinadən məlumat yayıb. Onların məlumatına görə, zərbələr üçün hədəflər İsrail ərazisinin dərinliklərində yerləşir. Qeyd edək ki, daha əvvəl İrana məxsus onlarla pilotsuz təyyarənin İraqın cənu

14 aprel
.

Rusiya Kuraxoveni atəşə tutub, 16 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kuraxove şəhərini atəşə tutması nəticəsində 16 nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının (VHA) sədri Vadım Filaşkin teleqramda bildirib. "Bu gün nahar saatlarında Kuraxove atəşə tutulu

3 mart
.

Müharibə başlayandan bəri Qəzzada ölən fələstinlilərin SAYI AÇIQLANDI

İsraillə Fələstin arasında münasibətlərin kəskinləşməsindən bəri indiyədək 32 782 fələstinli həlak olub. Bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb. "Ötən ilin oktyabr ayından bu yana İsrailin Qəzza zolağına təcavüzü qurbanlarının sayı 32 782 nəfərə çatıb, ən azı 75 298 nəfə

31 mart
.

SON DƏQİQƏ! İran rəsmən ELAN ETDİ: İsrailə qarşı hərbi əməliyyatlar...

"İranın İsrailə qarşı əməliyyatı başa çatıb". "Report" yerli mətbuata istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri deyib. "Bizim nöqteyi-nəzərimizdən əməliyyat başa çatıb, lakin ölkənin Silahlı Qüvvələri lazım gələrsə

14 aprel
.

İran İsrailə qanadlı raketlər atıb

İran İsrailə qanadlı raketlər atıb. "Report" xəbər verir ki, "Al-Arabiya" telekanalı iddia edib

14 aprel
.

İran İsrailə PUA-ların üçüncü dalğası ilə hücum edib

İran İsrailə qarşı pilotsuz təyyarələrin üçüncü dalğasını buraxıb. "Report"un məlumatına görə, bu barədə İsrail televiziyasının "Kanal 12" telekanalı xəbər yayıb. Bundan əlavə, telekanalın məlumatına görə, İranın İsrailə doğru uçan bəzi pilotsuz təyyarələri Suriya səmasında ələ keçirilib

14 aprel