DIQQƏT! Az qaldı: Erməni qoşunlarının Azərbaycan torpaqlarından...

DIQQƏT! Az qaldı: Erməni qoşunlarının Azərbaycan torpaqlarından...Bu ilin sonunadək Dağlıq Qarabağ probleminin həllində irəliyə doğru dəyişiklik gözlənilir.

Sonxeber.az bildirir ki, bunu milli.az-a açıqlamasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov deyib.

Proseslə bağlı dərin bilgiləri və adətən doğru proqnozları ilə seçilən R.Musabəyovun sözlərinə görə, bunu problemin həlli istiqamətində aparılan danışıqlar və səylər davamlılığı da təsdiq edir: "Bu səyi göstərən vasitəçi dövlətlərin həm başçıları, həm də xarici işlər nazirləri açıq şəkildə elan edirlər ki, mövcud vəziyyəti qoruyub saxlamaq qeyri-mümkündür, yəni status-kvo dəyişdirilməlidir. Bunu normal dilə çevirsək, o deməkdir ki, erməni işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasına başlanmalıdır. Hesab edirəm ki, bu ilin sonuna kimi bununla bağlı ortalığa hansısa qərar qoyulmalıdır. Hamı onu da gözəl anlayır ki, əks halda atəşkəsin qorunub saxlanması və ya müşahidəçi missiyasının tərkibinin genişləndirilməsi tədbirləri müharibənin qarşısını alası deyil. Əslində vasitəçilərin səyləri normal danışıqların aparılmasına və onlara əlavə maneələrin yaradılmamasına hesablanıb".

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın dünən XİN-də Ermənistan parlamentinin xarici işlər komitəsinin üzvləri ilə gizli müzakirələr aparmasına münasibət bildirən millət vəkilinin fikrincə, Nalbandyan onlara bildirib ki, Sankt-Peterburqda erməni qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı qərar verilməyib.

Lakin politoloq hesab edir ki, hələlik bununla bağlı yekun qərar verilməsə də, proses bu istiqamətdə inkişaf edir: "Düzdür, hələ qərar verilməyib, amma müzakirələr bu istiqamətdə gedib, müəyyən təkliflər verilib. Rusiyanın xarici işlər naziri Serqey Lavrov bir neçə gündən sonra məhz həmin təklifləri İrəvanda göstərəcək, sonra da Bakıya gələcək. Hər bir halda bu dirənmiş vəziyyətin yerindən tərpənişi olacaq. Azərbaycan XİN təkid edirdi ki, ya substantiv, yəni mahiyyəti üzrə danışıqlar başlanmalıdır, ya da vəziyyəti heç cür diplomatik çərçivədə saxlamaq mümkün olmayacaq. Substantiv danışıqlar başlanıb, onların hansı nəticə verəcəyini gözləmək lazımdır".

Qeyd edək ki, Ermənistana və Azərbaycana səfəri yekunlaşan Almaniyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Valter Ştaynmayer bildirib ki, əvvəla, Fransanın Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü Parisdə təşkil etməsinə dair təklifi var. İkincisi isə, Rusiya xarici işlər naziri Sergey Lavrov iyulun 4-də İrəvana və Bakıya səfər edəcək.

Yeri gəlmişkən, R.Musabəyov V.Ştaynmayerin regiona səfərini və Almaniyanın bu məsələdəki rolunu də şərh edib: "Almaniya, təbii ki, nüfuzlu dövlətdir, amma bu prosesdə bilavasitə vasitəçilik etmir. ATƏT-ə sədrlik edən bütün dövlətlərin xarici işlər nazirləri sədrlik müddətində bölgəyə həmişə səfər ediblər, vəziyyətlə tanış olublar. Təbii ki, onlar da prosesə hansısa müsbət töhfə vermək istəyirlər. Əslində Almaniya ehtiyat variantıdır. Yəni danışıqlar konkret nəticəyə gətirmədiyi və həmsədrlərin səyləri nəticə vermədiyi təqdirdə Minsk qrupunun konfransının keçirilməsi, məsələyə qiymət verilməsi və ya bir yol göstərilməsinə dair Almaniyanın hansısa bir təşəbbüslə çıxış edə biləcəyini istisna etmirəm".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 4014   Tarix: 01 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azad olunan ərazilərdə aşkarlanan minaların SAYI

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib. ANAMA-dan -a verilən məlumata görə, iyulun 12-dən 17-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirlər

17 iyul 2021
.

Cəbrayılda daha 1 erməni hərbçisinin meyiti tapıldı

Qarabağda axtarışlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmiş daha 1 erməni hərbçisinin meyitinin qalıqları tapılıb. xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, cəsədlərin qalıqları işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində aşkarlanaraq qarş

28 avqust 2021
.

Azərbaycan yeni "Akıncı" PUA-larını alacaqmı? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün "Bayraktar TB2" PUA-larının yeni və daha təkmilləşdirilmiş versiyası olan "Akıncı"ların Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi münasibətilə mərasim təşkil olunub. Tədbirdə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Dövlət başçısı yen

30 avqust 2021
.

Cəbrayılın viran qoyulmuş Cəfərabad kəndi - VİDEO

Cəbrayıl rayonunun Cəfərabad kəndindən videogörüntülər yayılıb. Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir:

13 iyun 2021
.

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub - RƏSMİ

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Aslanov Şamil Mais oğlu ilkin ehtimala görə silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib. Faktla bağlı araşdırma aparılır

31 iyul 2021
.

Cəbrayılda daha bir erməni hərbçisinin meyitinin qalıqları tapıldı

44 günlük müharibə zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb. erməni KİV-ə istinadən xəbər verir ki, hərbi qulluqçuların meyitinin qalıqları Cəbrayılda aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib. Bununla d

11 sentyabr 2021
.

ACCA aparıcı media orqanlarını Ermənistana etiraz etməyə çağırıb

ABŞ-ın müxtəlif əyalətlərindən Amerika Azərbaycanlılarının Koordinasiya Şurasında (ACCA) birləşən diaspor təşkilatlarının liderləri Kəlbəcərdə azərbaycanlı jurnalistlərin faciəli şəkildə həlak olması ilə bağlı nüfuzlu KİV-lərə müraciət ediblər. Diaspora Komitəsindən APA-ya verilən məlumata görə, "US

6 iyun 2021
.

İraq Türkiyədən "Bayraktar TB2" PUA-larını alacaq

İraqın müdafiə naziri Cuma İnad Sadun Türkiyədən "Bayraktar TB2" PUA, 12 ədəd "T129 ATAK" helikopteri və 6 "KORAL" mobil elektron müharibə sistemi alması barədə razılaşma elan edib. -ın məlumatına görə, keçən həftə İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisin

28 avqust 2021
.

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə TUTULDU

İyulun 25-də saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyini

25 iyul 2021