Azərbaycan yeni "Akıncı" PUA-larını alacaqmı? - AÇIQLAMA

Azərbaycan yeni "Akıncı" PUA-larını alacaqmı? - AÇIQLAMAXəbər verdiyimiz kimi, ötən gün "Bayraktar TB2" PUA-larının yeni və daha təkmilləşdirilmiş versiyası olan "Akıncı"ların Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi münasibətilə mərasim təşkil olunub. Tədbirdə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Dövlət başçısı yeni texnologiyalar sayəsində Türkiyənin bu sahədə dünya liderlərindən birinə çevrildiyini bildirib. Həmçinin, o, hazırda bir çox ölkənin Türkiyə PUA-larını əldə etmək üçün növbəyə düzüldüyünü qeyd edib. Bəs Azərbaycan da həmin PUA-ları əldə edə biləcəkmi?

Məsələ ilə bağlı Sonxeber.az saytına açıqlama verən hərbi ekspert Ramil Məmmədli qeyd edib ki, Azərbaycan Ordusu "Akıncı" silahlı PUA-sını əldə edəcək:

"Artıq 15 ilə yaxın vaxtdır ki, dünyanın bir sıra ölkələri, o cümlədən də Azərbaycan Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində ixtisaslaşmış hərbi birləşmələrin yaradılması prosesinə start verib. Azərbaycan bu sahədə dünyanın qabaqcıl ölkələrindən biridir. Həm silahlı qüvvələrdə PUA-ların hərbi təyinatlı məqsədlər üçün istifadəsi baxımından, həm də Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinin birində istehsalı baxımından. Hələ 10 il əvvəl Azərbaycan bu istiqamətdə müəyyən addımlar atmışdı. Lakin Türkiyə bir qədər də irəli gedərək, silahlı PUA-ların yaradılması prosesini həyata keçirib.

Biz Vətən müharibəsində Türkiyə istehsalı olan "Bayraktar TB2" silahlı PUA-sından çox effektiv istifadə etmişdik. Əlbəttə, Azərbaycan bu silahlı PUA-nın əldə edilməsində xüsusi imtiyazlara malik olan ölkədir. Hələ 1994-cü ildə Türkiyə və Azərbaycan arasında strateji əməkdaşlığa dair imzalanmış müqavilədən sonra bu iki ölkə arasında hərbi-texniki sahədə hərbi təyinatlı məhsulların alınması ilə bağlı çox böyükmiqyaslı işlər həyata keçirilir. Bu da onun tərkib hissəsidir.

Azərbaycan bütün dünyada bu məhsulu, həmin PUA-ların istifadəsinin nə qədər effektiv olmasını Vətən müharibəsində bir daha nümayiş etdirdi. Hesab edirəm ki, bundan sonra dünyanın bir çox ölkələri artıq ordularında bu cür PUA-ların istifadəsinə böyük yer ayıracaqlar. Türkiyənin sonuncu "Akıncı" silahlı PUA-sı isə elə silahlı olduğu üçün öz sinfinə daxil olan ən yaxşı PUA-lardan biridir.

Etiraf etmək lazımdır ki, PUA istehsalı ilə bağlı dünyada ilk üçlükdə birinci yeri hələ də İsrail tutur. İsrail PUA sahəsində çox inkişaf etmiş layihələrə malikdir. Lakin silahlı PUA-ların yaradılması sahəsində bir qədər Türkiyədən geri qalır.

Azərbaycanın Türkiyənin bu imkanından istifadə etməsi, Türkiyənin özünün istifadə etməsi qədər realdır. Bildiyiniz kimi, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Akıncı" PUA-sının silahlanmaya daxil edilməsi üçün onun üzərinə simvolik bir imza atdı. Həmin məhsul artıq silahlanmaya daxil edildi. Ordunun texnika parkına daxil edilməsi üçün isə dünən mərasim keçirildi. Hesab edirəm ki, Türkiyə ordusunun bundan istifadə etdiyi dövrdə, paralel olaraq, Azərbaycan ordusu da həmin PUA-nı öz hərbi arsenalına əlavə edəcək. Bu, Azərbaycan ordusunun səmada imkanlarının güclənməsinə gətirib çıxaracaq.

Biz çox yaxşı bilirik ki, PUA, texniki xarakteristikasına görə, döyüş əməliyyatlarında həm hava hücumundan müdafiə sistemlərindən, həm də vizual, yəni gözlə görərək hədəfi məhv etmək kimi imkanlardan yayına bilən bir qurğudur və daha effektiv hücum əməliyyatları həyata keçirdir. Həmin PUA-lar döyüş əməliyyatlarında, Quru Qoşunlarında yerüstü əməliyyatı həyata keçirdən birləşmələrə dəstək verə bilir.

Hesab edirəm ki, Azərbaycanın Ermənistanla yenidən müharibə etməsi istisna deyil. Real danışmaq lazımdır ki, Vətən müharibəsi bitsə də, biz görürük ki, Ermənistan bu və ya digər şəkildə vəziyyəti gərginləşdirməyə çalışır. Hələ də revanşistlər Ermənistan hakimiyyətində mövcuddurlar və yenidən həmin ərazilərin işğal edilməsi xülyası ilə yaşayırlar. Bu baxımdan, Azərbaycanın öz ordusunu daha mükəmməl, daha effektiv hərbi-təyinatlı vasitələrlə təmin etməsi vacibdir. Hərbi əməliyyatlar başlayarsa, yenidən bu məhsulların effektiv istifadəsinə ehtiyac olacaq. Nəzərə almalıyıq ki, Ermənistan da bu sahədə müəyyən satınalmalar həyata keçiməyə, məsələn, Rusiyadan "Orion" PUA-sını əldə etməyə çalışır. Amma bu, silahlı PUA deyil. Hər bir halda Azərbaycan Ordusu "Akıncı" silahlı PUA-sını əldə edəcək, çünki ordunun bu sahədə olan imkanları daha da mükəmməlləşməlidir".

Rafi Müslümov


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 1586   Tarix: 30 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İsrail PUA-ların buraxılmasına cavab olaraq Livana zərbələr endirib

İsrail ordusu PUA-ların ölkə ərazisinə buraxılmasına cavab olaraq "Hizbullah"ın Livandakı hədəflərinə zərbələr endirib. "Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. Məlumata görə, pilotsuz təyyarələr İsrailin şimalındakı Kfar-Blum və Hanita yaşayış məntəqələr

14 aprel
.

İsrailə 12 mindən çox raket atılıb

Son altı ayda İsrail Müdafiə Qüvvələri (IDF) ölkə ərazisinə Suriyadan 35, Livandan 3100 və Qəzza zolağından 9100 min (cəmi 12 235) raket atıldığını qeydə alıb. Bu barədə ordunun mətbuat xidmətinin altı aylıq müharibənin nəticələrinə görə yaydığı xülasədə deyilir. Mətbuat xidməti məlumatların dəqiq v

7 aprel
.

İsrailin hərbi qüvvələri Qəzzada ən uzun tunelin bir hissəsini dağıdıb

İsrail Müdafiə Qüvvələrinin mühəndis korpusu Qəzza zolağının şimalında yerləşən ən uzun tunelin bir hissəsini dağıdıb. "Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. "Bu həftə qüvvələr "Yahalom" bölməsi ilə əməkdaşlıq edərək Qəzza zolağının şimalınd

17 mart
.

Bakı qırğınlarına görə Qorbaçovu öldürmək istəyən çilingər – baş tutmayan sui-qəsd cəhdi...

Əslində, onun nə Azərbaycanla, nə də bir nəfər olsun belə azərbaycanlı ilə heç bir əlaqəsi olmayıb. Sadəcə o, bir sovet vətəndaşı olaraq Mixail Qorbaçovun günahsız insanları qırğına verməsini qəbul edə bilməyib. Məhz elə bu səbəbdən də Aleksandr Şmonov Qorbaçovu fiziki cəhətdən məhv etməyi qərarlaşdırıb

20 yanvar
.

Dörd ay komada qalan hərbçimiz şəhid olub

19 sentyabrda düşmən təxribatının qarşısı alarkən ağır yaralanan və komaya düşən hərbi qulluqçumuz Bakı şəhərində şəhid olub. APA-nın məlumatına görə, şəhidimiz Tovuz rayon Qaraxanlı kənd sakini 2002-ci il təvəllüdlü Hacıəli Tahir oğlu Qasımovdur. Tovuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, şəhi

28 yanvar
.

SON DƏQİQƏ! İran rəsmən ELAN ETDİ: İsrailə qarşı hərbi əməliyyatlar...

"İranın İsrailə qarşı əməliyyatı başa çatıb". "Report" yerli mətbuata istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri deyib. "Bizim nöqteyi-nəzərimizdən əməliyyat başa çatıb, lakin ölkənin Silahlı Qüvvələri lazım gələrsə

14 aprel
.

KİV: Slavyansk neftayırma zavoduna hücumu Ukrayna Təhlükəsizlik Xidməti təşkil edib

Rusiyanın Krasnodar diyarında yerləşən Slavyansk neftayırma zavoduna hücumu Ukrayna Təhlükəsizlik Xidməti (UTX) təşkil edib. "Report" xəbər verir ki, bunu "Hromadske"yə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. Həmsöhbətin sözlərinə görə, "artıq uğurlu hücum haqqında danışma

17 mart
.

Hərbi vəzifəlilərin təlimindən yeni görüntülər - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, ehtiyatda olan bir qrup hərbi vəzifəlinin iştirakı ilə "N" hərbi hissəsində keçirilən təlim toplanışı davam edir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib. Təlim toplanış

17 fevral
.

İLK DƏFƏ: İran hücum anının GÖRÜNTÜLƏRİNİ YAYDI - ŞOK VİDEO

SEPAH İranın "Nəbi Əkrəm" bazasından İsrail ərazilərinə ballistik raketlərin buraxılması anlarını yayıb. xəbər verir ki, bu barədə İranın "Tasnim" xəbər agentliyi məlumat yayıb. Qeyd edək ki, İran İsrailə PUA-larla hücum edib. İsrail ordusunun sözçüsü Daniel Haqari bildirib ki, ord

14 aprel